Ermənistanda Paşinyan hakimiyyətinə qarşı Azərbaycanla həmsərhəd Tavus rayonunda kütləvi aksiyalar baş qaldırmasının pərdə arxasında duran güc Rusiyadır. Erməni millətçiləri və radikal xristian dindarları Ermənistan işğal etdiyi Qazax rayonunun 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Ermənistan tərəfindən Azərbaycana geri qaytarılacağı barədə razılaşmanı bəhanə edərək bunu erməni xalqına xəyanət sayaraq xalqı qızışdırıb ayağa qaldıraraq Paşinyanı devirməyi planlaşdırırlar. 1991-1994 illərdə baş verən l Azərbaycan-Ermənistan müharibəsində Ermənistan ordusu və qondarma Dağlıq Qarabağ Respublikası separatçıları tərəfindən keçmiş Dağlıq Qarabağ ərazisi, onun ətrafındakı 7 rayonla birgə həmdə Qazax rayonunun 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri işğal olunmuşdur. Eləcədə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndidə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Azərbaycan Respublikası ordusuda sonradan Ermənistana birləşdirilmiş keçmiş Azərbaycan kəndi Başkəndi (Artsvaşen) ələ keçirib. Hazırda bu kənd Azərbaycan Respublikasının Gədəbəy rayonunun bir kəndidir. Qarabağın tamamilə azad edilməsindən sonra Azərbaycan Ermənistandan bu kəndləri geri qaytarmağı tələb etdi. Eyni zamanda Ermənistanda Başkəndi (Artsvaşen) tələb etdi. Aparılan danışıqlar nəticəsində nəhayət Ermənistan Qazax rayonunun 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərindən əvvəlcə dördünü geri verməyə, daha sonra da digər üçünü və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun işğal altında olan Kərki kəndini geri verməyə razı olub. Bu kəndlər bunlardır Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı. Digər üç kənd isə anklav ərazi olduğu üçün sonrakı danışıqlar nəticəsində veriləcək. Eləcədə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndidə Azərbaycana veriləcək. Başkəndin (Artsvaşen) isə məsələsinə sonra baxılacaq. Bu yaxınlarda Ermənistan hakimiyyəti verdiyi sözü tutaraq 4 kəndi Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı geri qaytardı. Razılaşmaya əsasən mayın 15-ə qədər delimitasiya və demarkasiya prosesi başa çatdırılacaq. Bu Ermənistanın Rusiyapərəst müxalifəti tərəfindən etirazla qarşılanıb. Qatı millətçi, faşist, Rusiyapərəst Ermənistan müxalifəti erməni kilsəsinidə öz tərəfinə çəkərək erməni xalqının milli mənəvi dəyərləri istismar etməklə sadə insanları manipulyasiya edir. Bütün dünyada olduğu kimi millətçilər burada da dindən istifadə edirlər. Dini siyasətə alət edirlər. Rusiya çalışır ki, həmişə Zaqafqaziyada öz gücünü qorumaq üçün etnik qarşı durmalardan istifadə etsinlər. Sovet İttifaqının süqutundan sonra Rusiya himayəsində olan 14 respublikanı itirdi. İndi Rusiyanın çalışdığı həmin respublikaları öz asılılığında saxlamaqdır. 1991-ci ildə Ermənistanda daşnakların, keçmiş Dağlıq Qarabağda isə Miatsum (birləşmə) terrorçularının iş başına gəlməsi ilə Azərbaycan SSR-ə qarşı ərazi iddialarına başladılar. O zaman ki, Ermənistanın anti-Rusiya siyasəti və Azərbaycan SSR-in Rusiyaya sadiq olması Rusiyanın Ermənistana qarşı hərəkata keçirdi. Və Azərbaycan SSR hökuməti o vaxt ermənilərə qarşı antiterror əməliyyatı keçirərək keçmiş Dağlıq Qarabağ ərazisində Şaumyan rayonunu və 30 kəndi ermənilərdən təmizlədilər. Hazırda Şaumyan rayonunu ərazisi Goranboy rayonunun Çaykənd qəsəbəsidir. Və orada Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. Bu Ermənistana qarşı Rusiya və Azərbaycanın vurduğu ən böyük zərbə idi. Ancaq müstəqillikdən sonra AXC hökumətinin anti-Rusiya siyasəti Azərbaycanla Rusiya arasında problemlərə səbəb oldu. Bunun nəticəsində Rusiya daha çox Ermənistana dəstək verdi. Buna baxmayaraq Azərbaycan ordusu müharibənin əvvəllərində üstünlüyü ələ almışdı. Və Qarabağın 60% işğaldan azad etmişdi. Lakin vətəndaş qarşıdurması və hakimiyyət uğrunda mübarizə nəticəsində geri çəkilmələr oldu və bundan istifadə edən ermənilər Azərbaycan torpaqlarının 20% işğal etdilər. AXC hökuməti fiyaskoya uğradı və məğlub oldu. 1993-cü ildə ulu öndər və ümumilli lider mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan və Rusiya əlaqələri gücləndirildi. Azərbaycan həm Rusiya, həm qərb, həmdə Türkiyə və İranla yaxın əlaqələr qurdu. Və Qarabağ problemini dünya gündəminə qaldırdı. Azərbaycanın haqlı mövqeyini bütün dünyaya sübut etdi. Bunun nəticəsində Ermənistan hücumunun qarşısını aldı və Ermənistanı atəşkəsə məcbur etdi. Ermənistanda isə Rusiyapərəst qüvvələr Robert Köçəryan və Serj Sarkisyan Rusiyanın əli ilə çevriliş edərək hakimiyyəti ələ aldılar. Bundan sonra Rusiya və Ermənistan əlaqələri daha da gücləndi. Belə ki, Ermənistan Rusiyanın bir vassal dövləti oldu. Rusiya hər iki müttəfiqi ilə yaxın dostluq əlaqələri yaradır və heç birini tam dəstəkləmir vəziyyəti həll etmir və bu yolla hər iki dövləti özündən asılı vəziyyətdə saxlayırdı. Azərbaycan qərbə yaxınlaşanda Ermənistan vasitəsilə atəşkəsi pozaraq təxribat törədir, Ermənistan qərbə yaxınlaşanda isə Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırırdı. Amma 2018-ci ildə vəziyyət kökündən dəyişdi. Heç gözlənilməyən bir vaxtda qərbpərəst Nikol Paşinyan Ermənistanda məxməri inqilab edərək Ermənistanı Rusiyanın caynağından azad etdi. Və Ermənistan-Rusiya münasibətləri yenidən pisləşdi. Heydər Əliyevin layiqli davamçısı olan cənab prezident İlham Əliyevin isə Rusiya ilə balanslı siyasət yeritməsi və iki ölkə arasında olan qarşılıqlı dostluq səbəb oldu ki, Rusiya Ermənistandan tam dəstəyini çəksin və Azərbaycanın yanında olsun. Beləliklə Azərbaycan Respublikası çoxdan bəri gözlədiyi fürsəti əldə etdi. Və 2020-ci il ll Azərbaycan-Ermənistan müharibəsi başladı. 44 gündə Azərbaycan Respublikası ordusu işğal olunmuş torpaqlarının 90% nı işğaldan azad etdi. Rusiya düşünürdü ki, bu yolla Ermənistanda millətçiləri ayağa qaldıracaq və Paşinyanı devirəcək. Əslində Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyirdi. Çünki qərb Ermənistana təzyiq edirdi. Demokratik və qərbə inteqrasiya etmiş Ermənistan gərək heç bir dövlətin torpaqlarını işğal etməsin. Amma sülh yolu ilə də qaytara bilməzdi. Ermənistan müxalifəti və millətçilər buna razı olmazdı. Oda bunun üçün müharibəyə zəmin yaradır. Rusiya bütün Qarabağın azad olmağın istəmir. Çünki hər iki tərəfi özündən asılı vəziyyətdə saxlamaq istəyirdi. Ona görə də Rusiya Azərbaycanı sadəcə Şuşaya qədər getməyə imkan verdi. Sonra müharibəni dayandırdı. Və sülhməramlı qüvvələrini keçmiş Dağlıq Qarabağ ərazisində yerləşdirdi. Ancaq Ermənistanın öz yolundan dönmədi. Bu səfər Rusiya Azərbaycanın yolundan çəkildi və Azərbaycan 2023-cü il antiterror əməliyyatı nəticəsində Azərbaycan yerdə qalan 10% torpaqlarınıda azad etdi. Rusiyanın planlarına görə Qarabağdan gedən erməni əhali Ermənistanda Paşinyanı devirəcəkdi. Buna görə Rusiya sülhməramlı qüvvələri erməni əhalini Qarabağdan Ermənistana göndərir. Təbii ki, Azərbaycan hökuməti bunu istəmirdi. Çünki erməni əhalinin Azərbaycan Respublikası ərazisində qalması Azərbaycan dövlətinin imicini daha da inkişaf etdirəcək və Azərbaycan Respublikasının tolerant və multikulturalist ölkə olduğunu göstərəcəkdi. Rusiyanın planı yenə baş tutmadı və Ermənistan cəmiyyəti Paşinyanı dəstəklədi. Rusiya indi də 8 kənd kartını oynayır. Amma yenə məğlub olacaq. Və doğru olanda budur. Paşinyan nə qədər qərbə yaxınlaşsa Rusiya Zaqafqaziyadan sıxışdırılacaq. Azərbaycan 4 kənddən sonra, daha 4 kəndidə geri alacaq. Sonra Zəngəzur dəhlizidə açılacaq. Rusiya heç bir şey edə bilməyəcək. Burada qazanan Azərbaycan və Ermənistan olacaq, məğlub olan isə Rusiya. Yaxın gələcəkdə bu iki ölkə arasında sülh müqaviləsi olacaq və iki düşmən dövlət dost və mehriban qonşuluq siyasətinə başlayacaq. 1905-ci ildən bəri Zaqafqaziyada hakimiyyətini qoruyub saxlamaq istəyən Rusiya tərəfindən araları süni şəkildə vurularaq düşmənə çevrilmiş bu iki xalq Paşinyan sayəsində gələcəyin iki mehriban qonşusuna çevriləcək.
İlqar Gülablı