KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İlqar Gülablı: 21 Azər Hərakatı və Pişəvəri

İlqar Gülablı: 21 Azər Hərakatı və Pişəvəri

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
51 0

21 Azər yəni 12 dekabr Təbrizdə qurulan “Milli Hökumətin” 79-cu il dönümünü artıq geridə qoyduq. Bu hərəkat İran Azərbaycanı üçün çox əhəmiyyətli bir hərakətdır. Amma çox təəssüf ki, İranın molla rejimi bu hərəkatı guya İranı bölmək istəyən pantürkist və separatçı bir hərakat, hərakatin lideri Seyid Cəfər Pişəvərini isə pantürkist və separatçı biri kimi qələmə verirlər. Halbuki bu hərəkat nə pantürkist və separatçı hərakat deyildi, nədə Pişəvəri pantürkist və separatçı biri olub. S. C. Pişəvəri 1892-ci ildə İranın Xalxal rayonunda doğulub. Uşaq ikən İranda baş verən feodal ara müharibələri nəticəsində valideynləri ilə birgə Bakıya köçür. Ali məktəbi bitirdikdən sonra Bakıda müəllimlik edir. Eyni zamanda jurnalistika ilədə məşğul olur. Mətbuatda yazıları çıxır. 1920-ci ildə bolşeviklərlə əlbir olaraq Azərbaycanda sosialist inqilabında rol oynayır. Gilanda baş vermiş sosialist inqilabındada böyük rolu olur. Və Mirzə Küçüm xanın yaxın silahdaşı olur. Gilandakı sosialist hərakatı yatırıldıqdan sonra 10 il həbsxanada yatır. Həbsxanadan çıxandan sonra İran Kommunist Partiyasına üzv olur. Hətta İran parlamentinə millət vəkilidə seçilir. Ancaq şah tərəfindən mandatı təsdiqlənmir. 1923-cü ildə İran-SSRİ müqaviləsinə görə əgər İranda SSRİ əleyhinə təhlükə olarsa SSRİ İran ərazisində hərbi əməliyyat keçirə bilər. 1942 ildə bu müqaviləni əsas gətirən SSRİ İranın Hitler Almaniyası ilə əlaqələrini təhlükə hesab edərək İrana hücum edir. Böyük Britaniya isə Hindistanda olan ərazilərindən hücum edir. Beləliklə SSRİ şimaldan, Böyük Britaniya cənubdan İran ərazisinə soxulur. Rza şah Pəhləvi istehfa verib Parisə gedir. Yerinə oğlu Məhəmmədzra Pəhləvi keçir. İranın şimal hissəsi isə Sovet ordusunun nəzarətinə keçir. Sovet hökuməti İranda sosialist respublika qurmaq və hər etnosa milli muxtariyyət statusu vermək, İranda federativ və sosialist respublika elan etmək niyyətində idi. Pişəvəridə bu ideyanı dəstəkləyirdi. İran Kommunist Partiyasına buna etiraz edirdi. Pişəvəri bu partiyadan istehfa verib öz partiyasını “Azərbaycan Demokratik Firqəsini (partiyasını)” qurur və onun sədri olur. 1945-ci il 12 dekabr yəni 21 azərdə Təbrizdə “Azərbaycan Milli Hökuməti (muxtariyyətı)” elan edilir. Pişəvəridə onun sədri seçilir. Eyni zamanda İranın Kürdüstan vilayətindədə “Mahabat Cümhuriyyəti” adlı kürd muxtariyyəti elan olunur. Onunda sədri Qazi Məhəmməd idi. Pişəvəri və Qazi Məhəmməd yaxın dost və əməkdaş idilər. Hər iki muxtariyyətdə dostluq və əməkdaşlıq edirdilər. ABŞ SSRİ-ni ATOM bombası ilə hədələyir və onu geri çəkilməyə məcbur edir. SSRİ qorxusundan 1946-cı ildə öz ordusunu İrandan çıxarır. Pişəvəri getmək istəməsədə onu zorla aparırlar. Çünki o SSRİ-nin çox sirrini bilirdi. Əgər Təbrizdə qalsaydı “Milli Hökuməti” qorumaq üçün şahla əməkdaşlıq edərdi və SSRİ-nin bütün sirlərini ABŞ-a sata bilərdi. Buna görə onu zorla Sovet Azərbaycanına apardılar və 1947-ci ildə avtomobil qəzasına salaraq öldürdülər. Sovet ordusunun İrandan çıxmasından sonra mollalar silahlanaraq “Milli Hökumətin” tərəfdarlarını kütləvi şəkildə- bunlar kafirdir, kommunistdir- deyərək hamısını qırdılar. Şah qoşunları gələnə qədər təbrizli mollalar Təbrizdə böyük qırğınlar törətmişdilər. Göründüyü kimi mərhum S. C. Pişəvəri mollaların uydurduğu kimi heçdə İranı bölmək istəyən pantürkist və separatçı biri deyil, əksinə iranlı patriyot (vətənpərvər) və sosialist inqilabçı idi.

İlqar Gülablı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir