KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İlham Şaban: Neft və pero…

İlham Şaban: Neft və pero…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
379 0

1984-cü ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşam, 1991-ci ildə artıq Azərbaycan Sənaye Universitetinin diplomu ilə oranı bitirmişəm, institutdan sonra təyinatımı indiki SOCAR Tower-in yerində fəaliyyət göstərən “Ulduz” İstehsalat birliyinə elektron plataların layihələndirilməsi üzrə mühəndis vəzifəsinə almışam (gecələr isə “Azneft”də işləyirdim), 13 sentyabr 1992-ci ildə SOCAR-ı “qundaqda” görənlərdən olmuşam (həmin gün smendə idim Azneftin baş qərargahında), sonra “Gülüstan” sarayında “əsrin müqaviləsinin” imzalanma mərasiminin canlı şahidləri ilə o günün sevincini yaşamışam, daha sonra İlham Əliyevdən komment alıb onu Reuters agentliyinə dollara satmışam və bundan sonra Turan agentliyindən transfert təklifi almışam, 1 oktyabr 1997-ci ildə Turan-Energy-ni” xoda salmışam, 1 il sonra onun yaşını ölkənin ENERJİ sektoru ilə elə qeyd etmişəm (təşkilatçı Bakı Press Klub olub) ki, o pozitiv enerji bu gün də dozasını itirməyib.. və 2003-cü ildən sadəcə neft ekspertiyəm…
İlham Şabanov necə İlham Şaban oldu. Mənə ilk dəfə soyadımla 2-ci sinifdən müraciət etməyə başlayıblar.Sinifdə iki İlham olduğu üçün. O Əliyev idi, sinif jurnalında adı birinci gəlirdi, ona görə də İlham deyəndə onu nəzərdə tuturdular, mən isə sonuncu idim – müəllimlər ancaq soyadımla çağırırdılar. Oğlan sinif yoldaşlarım isə Şaban. Başqa sinifdəkilər soruşanda hansı İlham? deyərdilər ki, İlham Şaban…
İlk dəfə İlham Şaban imzası ilə 1989-cu ildə “Yeni Fikir” qəzetində kiçik bir yazım çap olunub. İkinci yazımı da həmin il Çingiz Firudinoğlu jurnalda dərc etmişdi. Sonra 90-lardan bu imza tez tez görünməyə başladı..
İlham Şaban

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir