Լեւոն Տեր-Պետրոսյան. Իմ եւ Նիկոլ Փաշինյանի հարաբերությունների մասին

NAZARBAYEV RUSİYAYA MARAQLI MESAJLAR GÖNDƏRİR

Трудный союз. Смогут ли Россия и Турция договориться по Сирии

7-8 տարի հետո մեզ սպասվում է դեպոպուլյացիա. Մենք շատ ենք ուշացել

İlham Əliyevlə Paşinyanın Davos görüşü erməniləri təşvişə saldı

Azerbaycan, Ermenistan, Gündem 24 Ocak 2019
25

Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi Ermənistanı ciddi şəkildə narahat edir
Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Təəccüblüdür ki, prezidenti İlham Əliyevlə Paşinyan arasında Davosda baş tutan görüşdən sonra erməni baş nazirə qarşı Qarabağ klanının üzvləri tərəfindən kampaniya başladılıb. Axar.az xəbər verir ki, başladılan kampaniya çərçivəsində Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına yaxınlığı ilə seçilən müxtəlif ekspert və siyasətçilər Paşinyanın İlham Əliyevlə görüşünü şübhə altına qoymağa çalışıblar. Qarabağla bağlı sülh danışıqlarından istifadə edən bu şəxslər Paşinyanın nüfuzuna Əliyevlə Davosda olan görüşündən sonra zərbə vurmağa cəhd ediblər. Belə ki, facebook səhifəsində paylaşım edən erməni politoloq Ayk Martirosyan tərəflər arasında görüşün guya niyə baş tutduğunu anlamadığını deyib: “Bütün bunlarda Ermənistanın faydası nədir? Niyə bununla bağlı informasiya əvvəldən verilmir və ya müzakirələrin məzmunu açıqlanmır? Ter-Petrosyan, Köçəryan və Sərkisyan dövründəki gizliliyin səbəbi bəlli idi. İndi bu yoxdur. Niyə şəffaflıq şəraitində belə şəffaflıq yoxdur? Niyə görüşlər belə aktivdir? Erməni tərəfi nəyə çalışır?”

S.Sərkisyanın sadiq kadrı və hazırda Respublikaçılar Partiyasının sədr müavini olan Armen Aşotyan isə hökumətdən Əliyevlə görüş barədə daha ətraflı izahat istədiyini və bunun xalqın tələbi olduğunu deyib.

Maraqlı məqam odur ki, Sərkisyanın hakimiyyəti dönəmində Aşotyan parlamentin Xarici Siyasət Komitəsinə rəhbərlik edib və Qarabağla bağlı hökumətin həyata keçirdiyi siyasətin əsas icraçılarından biri olub. Hazırda Paşinyanı tənqid edən Aşotyan baş nazirdən aşkarlıq tələb etsə də özü Sərkisyan dönəmində niyə Qarabağ danışıqlarıyla bağlı aşkarlığın olmasına aydınlıq gətirməyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, onun fikrincə, Davos görüşündə tərəflərin Düşənbə görüşündəki müzakirələr davam etdirilib: “Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ ”Qarabağ klanının” nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi. Buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb. Odur ki, Paşinyan buna görə İlham Əliyevə minnətdar olmalıdır. Əks halda, Paşinyan ciddi problemlərlə üzləşəcəkdi. Rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan tanıdı və o qələbə çaldı, “Qarabağ klanını” parlamentdən uzaqlaşdırdı. Azərbaycan hakimiyyəti düşündü ki, “Qarabağ klanı”ndansa Paşinyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi”.

E.Şahinoğlu şübhə etmir ki, Qarabağ ətrafında ciddi müzakirələr aparılıb: “Çünki 1 saat yarım az vaxt deyil. Ancaq Paşinyana tanınan limiti uzatmaq da olmaz. Hazırda parlament Paşinyanın nəzarəti altındadır. Ona görə də Davos görüşünün məzmunu fərqli olmalıdır və artıq Ermənistanın baş nazirinə əlavə vaxt verməyə lüzum yoxdur”.

Politoloq Ermənistanda bu görüşlə bağlı narahatlığı da təbii saydı: “Paşinyanın mövqeyini zəiflətməyə çalışacaqlar. Qoy olsun. Ermənistanda daxili gərginlik bizim də maraqlarımıza uyğundur. Ona görə də qoy öz aralarında didişsinlər. Biz öz mövqeyimizi müdafiə edək, torpaqlarımızın işğaldan azad olunmasına çalışaq, danışıqlar davam etsin, amma Ermənistanın da içərisində qovğa olsun. Mən hesab etmirəm ki, məsələn, Paşinyan Qarabağla bağlı hansısa güzəştə hazırlaşır. Ümumiyyətlə, Paşinyan Qarabağ danışıqlarına hazır deyil. Çünki onu daxildə çox böyük problemlər gözləyir. ”Qarabağ klanı” da fürsət axtarır ki, ondan intiqam alsın. Amma bütün hallarda danışıqların baş tutması və bu cür təmaslar əgər Ermənistanda şübhə toxumu yaradırsa, qoy yaratsın. Yetər ki, biz il ərzində torpaqlarımızın azad olunması istiqamətində addımlar ataq”.

Diqqətçəkən digər bir məqam var. N.Paşinyan Davos Forumunu tərk edəndən sonra, 25 yanvarda birbaşa Rusiyaya uçacaq. Çox güman ki, o, Azərbaycan prezidenti ilə apardığı danışıqların detallarını da Vladimir Putinə çatdıracaq.

Lakin maraqlı bir xəbər yayılıb ki, Putinin qrafikində hələlik Ermənistan baş naziri Nikol Paşinyanla görüş yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Mənim bildiyim qədər, görüş planlaşdırılmır. Siz bilirsiniz ki, onlar tez-tez telefonla danışıqlar aparır və tez-tez görüşürlər. Cümə günü prezident üçün kifayət qədər dolu gündür. Ona görə də bilmirik ki, hansı dəyişikliklər olacaq”, – deyə o bildirib.

Ermənistanda Paris görüşündən sonra çox ciddi narahatlıqlar hökm sürür. İddialar var ki, Paşinyan torpaqların qaytarılması istiqamətində addımlar atmaq niyyətindədir və xalqların sülhə hazırlanması anlaşması da bunu təsdiqləyir. Bu arada Ermənistan ictimai televiziyası “Keçmişin dostluğu və bu günün düşmənçiliyi” başlıqlı reportaj təqdim edib. Kult.az xəbər verir ki, reportajda ermənilərlə azərbaycanlılar arasında Qarabağ müharibəsindən əvvəlki əlaqələr və gələcəkdə bu dostluğun bərpasından bəhs olunub. Televiziya hazırladığı reportajda xüsusi olaraq Tavuş vilayətinin sərhədyanı Aygepar kəndinin sakinlərini danışdırıb. Reportajda erməni kəndinin sakinləri sovet dövründə Azərbaycanın Əlibəyli kəndinin sakinləri ilə necə dostluq əlaqələri qurmalarından bəhs ediblər. Rerortajda həmçinin iki xalq arasında münasibətlərin bərpasına nümunə kimi gürcülərlə osetiyalılar arasındakı əlaqə göstərilib. Jurnalist hazırladığı reportajında həmçinin Qarabağ konfliktini “ərazi konflikti” də adlandırıb.

Erməni KİV-ləri isə Davos görüşünün son ana qədər məxfi saxlanmasından heyrətini gizlətməyib və görüş təşəbbüsünün kim tərəfindən gəldiyini araşdırmağa cəhd edib. Davosdan öncə həmsədrlərin təşəbbüsü ilə keçirilən Paris görüşündəki anlaşmaya diqqət çəkən erməni mediası ardınca liderlər səviyyəsində görüşün reallaşdırılmasını təsadüfi saymır. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan prezidentinin qətiyyətli mövqeyi, ərazilərin qaytarılmasında israrlı olması işğalçı ölkədə təşviş doğurub.

E.PAŞASOY

Yorumlar