Elnur Paşa: Dilencisi olmayan şehir TEBRİZ

KORONAVİRÜS VE PETROL FİYATI KRİZİNİN BOKO HARAM İLE MÜCADELEYE ETKİSİ

Bakü Avtovagzalında biletler kassalarda yok otobüslerde satılıyor

Rus uçakları Türkiye semalarında gözlem uçuşuna başladı

İdlibdəki Saldırı və Rusiya Daxili Siyasəti

Gündem 1 Mart 2020
222

İdlibdəki Hucum və Rusiya Daxili Siyasəti

İdlib məsələsinə Rusiya daxili siyasəti perspektivindən də baxmaqda fayda var.

Son 3 ayda Rusiyada Putin sonrası üçün güc mübarizəsi ciddi şəkildə qızışıb.Putinin xəstə olduğuna dair iddialar da bu mübarizənin xususilə gərginləşməsinə səbəb olub. Gərginləşmə Rusiya daxili siyasətində özünü ciddi şəkildə göstərir. Ölkədə Putinin varislərinin “vurulma” prosesi yeni mərhələyə keçib. Vurulma motivləri isə “varislərin” öz işlərinin öhdəsindən lazımınca gələ bilməmələridir.

Belə ki, Putin varislərində birincisi, Baş nazir Dmitri Medvedev yanvar ayında çoxları üçün gözlənilməz şəkildə Putin tərəfindən istefaya göndərildi. Putin ardından ölkədə bəzi sosial-iqtisadi islahatların keçirəcəyini bəyan etdi.Rəsmi olaraq, Medvedevin ölkədəki ağır iqtisadi vəziyyət səbəbiylə istefa göndərildiyi deyilir.

İkinci olaraq, Rusiyada mövcud rejimin “boz kardinalı” hesab edilən və Putin sonrası üçün varis namizədlərindən biri olan prezidentin köməkçisi Vladislav Surkov işdən çıxarıldı. Surkovun göndərilmə səbəbinin isə da ölkədə qurulan otoriter Putinizmin əvvəlki kimi effektiv olmaması ilə izah edilir. Müxalifətin bələdiyyə seçkilərindəki uğuru və Putinin siyasi islahatlar vədi bu mənada köhnə sistemin əvvəlki kimi işləmədiyinin işarələri sayıla bilər.

Rusiyada adı Putinin varisi kimi hallandırılan üçüncü şəxs isə müdafiə naziri Sergey Şoyqudur. Unutmayaq Putinin son illərdə xarici siyasətdə ən önəmli strateji uğuru NATO-nun ikinci böyük ordusuna malik və ABŞ-ın Orta Şərqdəki ən mühüm ikinci müttəfiqi Türkiyə ilə Rusiyaya hər tərəfli sərfəli əməkdaşlıq qurmaqdır. İdlib hadisəsi Putinin bu uğuruna zərbədir. Əgər İdlib bir sabotaj isə Suriyadakı bu zərbənin fakturası ilk növbədə müdafiə naziri Soyquya və onun başında olduğu nazirliyə çıxar. Bu hadisə ən azından Putunin Şoygunun sistemi kontrol və idarə etmə imkanlarına inamını sarsıda bilər. Ya da Şoyqunun rəqibləri Putinin belə düşünməsini istəyə bilər.
Üstəlik Türkiyənin son əməliyyatı ilə Rusiya müdafiə nazirliyinin uğurla apardığı Suriya kampaniyasına ciddi kölgə düşə və hadisə Şoyqunun uğursuzluq xanasına yazıla bilər.

Putin və Şoyqununun buna daxili baxımından necə reaksiya verəcəyi maraqlıdır. Bu mənada önümüzdəki dövrdə Rusiya Müdafiə Nazirliyində və xüsusilə onun Suriya siyasətindəki əsas rəsmilərin və Əsədin müşaviri olan Rus generalların taleyini izləməkdə fayda var.

Ümumilikdə unutmayaq Rusiya siyasətində gerçək olan bir şey var:
1999 ilində Putin Rusiyada bütün mühüm qrupların (kəşfiyyat, ordu, liberal qanad, oliqarxlar, nomeklatura və s.) üzərində uzlasdığı adamdı.
Bugün hələlik Putin sonrası üçün belə bir adam dəqiqləşməyib. Gərginləşən mübarizə Putin sonrasının o qədər də uzaq gələcək olmadığını da işarəsi sayıla bilər.
Dr Nazim Cafersoy

Yorumlar