KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İctimai nəzarət mexanizmləri getdikcə təkmilləşir

İctimai nəzarət mexanizmləri getdikcə təkmilləşir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
479 0

Son bir ildə Azərbaycanda aparılan islahatlar ölkəmizin inkişafına mane ola biləcək xoşagəlməz hallara son qoyulmasını şərtləndirir. Bu isə onu göstərir ki, ölkəmizdə ictimai nəzarət mexanizmləri getdikcə təkmiləşir. Bu fikirləri “Müasir İnkişaf” İctimai Birliyinin sədri, “Yeni Media” internet televiziyasının direktoru Mübariz Göyüşlü bildirib.

Mübariz Göyüşlü qeyd etdi ki, Prezident İlham Əliyevin mayın 21-də Seymur Oruco­vu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rza­yevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunma­ları ilə əlaqədar video­formatda qəbul etməsi, onlara ciddi tapşırıqlar verməsi bir daha islahat­larda yüksək tələbkarlıq şərtlərinin olmasını təsdiqlədi. Dövlət başçısı onları qəbul edərkən dedi: “Azərbaycanda korrupsi­yaya, rüşvətxorluğa qarşı mübarizə amansız apa­rılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bil­dirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrup­siyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaq­dır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir… Birinci növbədə, siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatma­yan məsələlər barədə mü­vafiq mərkəzi icra orqanla­rına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın.”

Dövlət başçısı bildirdi ki, bizim bölgələrdə gör­düyümüz işlərin mənbəyi xalqın iradəsidir. Artıq regi­onların dördüncü sosial-iq­tisadi inkişafı Dövlət Proq­ramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. “Mənim bölgələrə, rayon­lara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazır­lanmasında xüsusi rol oynayır. Çünki bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir”. Ona görə Prezidentinin çıxışının əsas məzmunu da məhz bundan ibarət idi ki, icra hakimiyyəti başçı­ları vəziyyəti təhlil edərkən ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlasınlar.

Son təyinatlarda dövlət başçısının icra başçılarına qəti göstərişləri, bir sıra əli korrupsiyaya bulaşmış icra başçılarının həbs olun­ması prosesin çox ciddi və tələbkar prinsiplərini üzə çıxardı. Beləliklə, Azərbaycanda xalq-dövlət birliyinin təmin olunmasın­da zəruri olan vasitələr, keyfiyyətlər ön plana çıxarılır. Bu qətiyyətlilik ölkəmizin işıqlı sabahı­nın təmin olunmasında müstəsna əhəmiyyət da­şıyır” – deyə, M.Göyüşlü əlavə edib.

Anar TURAN, “Xalq qəzeti”

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir