KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İbni-Xəldun: Ərəblər nədən vəhşidir?

İbni-Xəldun: Ərəblər nədən vəhşidir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
323 0

İnbi-Xəlduna görə xalis və arınmış soy çöldə yaşayan ərəblər və onlar kimi yaşayan millətlər arasında mövcud olar. Bunun səbəbi onların çətin həyat şərtlərinə, yoxsulluğa və evsiz yaşam biçiminə alışmalarıdır. Gərgin həyat biçimi və rahatlıqdan uzaq bir yaşantı, soy arınmışlığını onlarda bir yazqı halına gətirər. Çətin çöl yaşamı ərəblərin dəvəçilik etmələri üzündəndir. Ərəb, dəvəsini artırmaq üçün dəvə sürüsünü quraq otlaqlarda otladırkən bütün diqqəti dəvələrin pensinin qorunmasına və sağlıqlı qalmasına yönələr. Çünkü çöl şərtlərində dəvənin pensi zərər görə bilər və bu da dəvələrin sonu və ərəbin iqtisadi qaynaqlarının çökməsi və dolayısıyla yox olması deməkdir. Ərəbin iqtisadi xəyalının mərkəzində dəvənin pensi yer alar. Əslində dəvə və dəvəçilik ərəbi quraq çöllərdə tutar və vəhşi həyata alışdırar. Ərəb bir yandan dəvə üçün uyqun otlaq tapmalı, digər yandan da dəvənin doğurması üçün münasib qumlu yerlər aramalıdır, yəni Ərəbistan iqlimi. Susuz və bitki azlığı olan çöl, çətin və vəhşi həyatın doğurucusudur. Lakin ərəb bu çətinliyin və vəhşi şərtlərin içində dünyaya göz açar və o həyata alışar. Böyləcə əski dədələrinin vəhşi yaşam xatirələri onların həyatlarının içinə girərək varlığını sürdürər. Vəhşilik onların doğal özəlliklərinin bir parçası olar. Böyləcə onların soyu təmiz qalar. Bir yandan kəndiləri mədəniləşmiş xalqlarla ilişkiyə girəməzlər, digər yandan verimli iqlimlərin mədəni xalqları vəhşi yaşam qoşullarında burxulub qalmış olan ərəblərlə sosial bağlar qurmaq istəməzlər.
Güntay Gencalp
*********
Qaynaq: Həna Əlfaxuri—Xəlil Əlcər, İslam dünyasında fəlsəfənin tarixi, farscaya çevirən: Abdulhəmid Ayəti, III nəşr, Tehran—1367 (h.ş) , s. 744—745.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir