KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov; ATƏT MINSK QRUPUNUN BƏYANATI:- DİPLOMATİYADA QU QUŞUNUN VİDA ŞARKISIDIR

Həsənbala Sadıqov; ATƏT MINSK QRUPUNUN BƏYANATI:- DİPLOMATİYADA QU QUŞUNUN VİDA ŞARKISIDIR

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
316 0

Bu gün yenə 30 il bundan əvvəl eşitdiyim, o cümlədən dünyanın eşitdiyi səs yenidən səsləndi. Bu səs fəaliyyətsizliyinə görə çox yaxşı tanıdığımız ATƏT-in Minsk Qrupunun (əvvəlki adı ATƏM-in Minsk qrupu)-həmsədrlərinin alışmış formada bəyanatda olan səsi idi. 28 may 2021-ci il tarixində ATƏT Minsk Qrupunun həmsədrləri mətbuatdan da göründüyü kimi heç əziyyət çəkib köhnə kağızlarında dəyişiklik etmədən heç bir betnəlxalq hüquqi əsası olmayan bəyanat yayıblar. (Həmsədrlər: İgor Popov, Stephane Visconti, Andre Schofer )
Tarixi arayışdan yola çıxsaq biz bu səsi ilk dəfə eşidəndə sevinmişdik. O zaman hələ də dünyanın siyasi mərkəzlərinin ədalətinə inanırdıq. Hələ fikirləşmirdik ki, qarşıda bu səsi 30 il eşitməyə məcbur olacağıq. İlk eşitdiyim gün sanki toy bayram idi. İnananlar çox idi . Az inananlar belə çox ciddi etiraz edə bilmirdilər. Əslində o zaman ATƏT Minsk qrpunun yaranması hamımıza sanki dünyada mövcud olan ədalətin təcəllisi idi.
Tarixi arayış: Minsk Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
Təşkilatın Azərbaycanın və türk dünyasının ictimai fikrinə çox mənalı və təsirli siyasi mesajı var idi. Ona görə ki, ATƏT Minsa Qrupu beynəlxalq təşkilat olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Bu qurumun missiyası dınc, sülh, müharibə olmadan Minsk qrupunun vasitəsi ilə məsələni həll etmək. Tam obyektiv, tərəfsiz və şəffaf . Bircə qalırdı ki, Minsk qrupu həmsədrləri rəsmi sənədlərlə ciddi tanış olsunlar. Sonra da BMT-nin bayrağı altında hadisənin baş verdiyi coğrafiyada monitorinq keçirsinlər. İnanılırdı ki, Minsk qrupunun həmsədrləri beynəlxalq təşkilatın səlahiyətli nümayəndələri kimi vəziyyət haqqında təqdimat yazıb yüksək mərtəbələrdə məsələnin həll edilməsinə nail olacaqlar. Hələ o zaman Minsk qrupuna olan inam ölməmişdir.
Minsk qrupunun 30 illik fəaliyyətsizliyinin nəticəsi olaraq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarını azad etdi. Onların yerinə yetirməli olduqlarını yerinə yetirdi. Ermənistan respublikasının Baş naziri Paşinyan, Rusiya Federasiyasının prezidenti Putin və azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə kapitulyasiya aktına imza atdı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan beynəlxalq təşkilatların görməli olduqlarını yerinə yetirdi. Artıq Ermənistan işğalı aradan qaldırıldıqdan sonra Azərbaycanın Qarabağ məsələsi aradan qalxmış oldu. Azad edilmiş ərazilər heç bir xarici hakimin nəzarəti və iştirakı olmadan Azərbaycan ərazisisi, o ərazidə etnik mənsubiyyətindən asılı olmayaraq yaşayanlar Azərbaycan vətəndaşı olurdular.
30 il nəticəsiz gözləmələrdən sonra Azərbaycanın Vətən müharibəsində qələbəsindən 7 ay sonra ATƏT Minsk qrupunun həmsədrlərinin yadına yenə də Qarabağ düşür. Onlar fəaliyyətləri dövründə saysız hesabsız ölü doğulan bəyanatlar vermişlər. Təəssüf olsun ki, onların bəyanatlarının birinə belə Ermənistan tərəfi heç bir reaksiya verməmişdir. Hətta Ermənistan günahı əks tərəfin üzərinə atmaq üçün Minsk Qrupu həmsədrlərinin BMT bayraqlı CİP-ni də atəşə tutmuşlar. Bu Ermənistanın ATƏT Minsk Qrupu həmsədrlərinə ermənisayaq”xoş gəldiniz!” deməsi idi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi ilə ATƏT Minsk Qrupunun ömrü sona çatmışdır. ATƏT Minsk Qrupu həmsədrləri Vətən müharibəsindəki qələbəmizlə onların kurasiyasından çıxmış məsələni yenə də gündəliyə qaytarmaq istəyirlər. İlk olaraq həmsədrlərin yenə bəyanat vermələri beynəlxalq mətbuatda sakit havada şimşək effekti yaratdı. Buna doplomatlar bilməsə də “toydan sonra nağara” da demək olar.
Həmsədrlərin Bəyanatdan nədən bəhs edilir? Bəyanatda “Azərbaycanla Ermənistanı “danışıqlara başlamağa çağırırdılar.” Tamam ilə diplomatik savadlızlıq və erməni himayəsinin bariz ifadəsidir. 2020-ci ilin noyabrında Ermənistanın imzaladığı kapitulyasiya aktı ilə 30 illik tarixi bir dövrə son qoyulmişdur. Azərbaycan Respublikası tarixi qələbə ilə Ermənistanla olan problem özü həll etmişdir. Elə olduqda Azərbaycanın Ermənistanla “danışmalı” heç bir məsələsi qalmamışdır.
ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan sərhədindəki gərginliyə diqqət yetirirlər. Burada qeyd etmək çox vacibdir ki, iki müstəqil dövlət olan Azərbaycan və Ermənistan sərhəddindəki gərginliklə ATƏT Minsk qrupunun aşağıdan və ya yuxarıdan heç bir əlaqəsi yoxdur. Əgər iki müstəqil dövlət sərhəddində ciddi gərginlik olarasa bu ATƏT Minsk qrupunun deyil, BMT-nın müvafiq başqa təşkilatlarının maraqlanması lazımdır. İkinci məsələ altı Ermənistan diversantının saxlanılmasından narahat olduqlarını bəyan ediblər. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara bəyan edib ki, bizdə Ermənistanın hərbi əsirləri yoxdur. Lakin son zamanlarda Azərbaycan Sərhəd Mühafizə Qüvvələri Ermənistanın azad olunmuş ərazilərimizə göndərdiyi diversantları tərksilah etmişdir. Ermənistan indi də diversantları beynəlxalq aləmdə “hərbi əsirlər” olaraq təqdim etməyə başlamışlar.
Dövlətlərin də millətlərin də səbr limiti vardır. ATƏT Minsk qrupu ilə olan münasibətlərdə artıq Azərbaycan Respublikasının səbr limiti tamamlanıb. Nəticə 44 günlük qalibiyyətli Vətən müharibəsi ilə nəticələndi. Minsk qrupunun həmsədrlərinin yenidən meydana çıxıb. Onlar hər iki tərəfi missiyalarına daxil olmasa da sərhədləri dinc yolla delimitasiya və demarkasiya etmək üçün danışıqlara başlamağa çağırır.. Artıq müharibə kapitulyasiya aktı ilə tamamlanmışdır. Delimitasiya və demarkasiya edilməsi ilə əlaqədar danışıqlara başlamaq ikitərəfli münasibətlərin-Azərbaycan və Ermənistanın beynəlxalq hakimlər olmadan həyata keçirəcəkləri dövlətlərarası ikitərəfli münasibətdir.
Azərbaycan və Ermənistan qoşunlarının müxtəlif coğrafiyaya dislokasiya edilməsi də beynəlxalq deyil, ikitərəfli münasibətlərin məsələsidir. Azərbaycan tərəfi Ermənistanla qonşu olaraq dinc yaşamağa tərəfdar olduğunu müsahibələrində bəyan edir. Bizi 30 il gözlədən Minsk qrupunun həmsədrləri “təcili addımlar atmağa çağırıblar.” Onlar 30 ildən sonra yatıb yuxudan ayılandan sonra təcili iş görmək üsulunu öyrəniblər. Gec də olsa Allaha çox şükürlər olsun.
Həmsədrlər bəyanatda “bütün hərbi əsirlərin və digər məhbusların azad edilməsinə” çağırıblar” Çox maraqlıdır ki, hərbi əsrlərin ünvanını dəqiq ifadə edə bildikləri halda. TERRORİSTLƏRİ VƏ DİVERSANTLARI əsassız olaraq “digər məhbuslar” kateqoriyasına daxil edirlər. Həmsədrlər tərəfləri noyabrdakı atəşkəs bəyannaməsi çərçivəsində götürdükləri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb. Noyabrda Azrbaycanın qalib millətin cəbhədəki qələbə ilə Ermənistana qəbul etdirdiyi şərtlər də Mİnsk qrupuna aid deyildir.
Onlar yenə yanlış qapı döyürlər. “Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc təhdidi qəbuledilməzdir,”- bəyanatda qeyd olunur. ATƏT Minsk Qrupunun bəyanatı diplomatiyada “keçən günlərimi qaytaraydılar qalan günlərimi qurban verərdim” ariyasının çox uğursuz versiyasıdır. ATƏT Minsk qrupunun 28 may bəyanatının 30 il bundan əvvəlki bəyanatlardan fərqi ondan ibarətdir ki, artıq dünyada və Azərbaycanda ona inanan yoxdur. Ölü doğulan uşağın ağlamasını eşidən olmur. ATƏT Mİnsk Qrupunun fəaliyyəti tarixin arxivinə verilmişdir. Bəyanat isə statussuzluq .şəraitində ATƏT Minsk Qrupu həmsədrlərinin status axtarışıdır.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar Müəllimi
29 may 2021-ci il

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir