Kafkaz Türklerinin Uyanış devri

Dış politikadan, içimize propaganda

Azerbaycan Cumhuriyeti’nin Güvenlik , Savunma Politikası

The Rise of New Nationalism in Armenia, Azerbaijan, and Georgia in the Late 1980s and Early 1990s

HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ QURBAN BAYRAMINI TƏBRİK ETMƏK MƏQSƏDİ İLƏ TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ OLDULAR

Gürcistan 1 Eylül 2017
347

Gürcüstanın hökumət nümayəndələri Qurban bayramı münasibətilə Tbilisi Cümə məscidinə baş çəkiblər. Qonaqları Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, mufti Hacı Yasin Əliyev və Qərbi Gürcüstan müftisinin müavini Adəm Şantadze qarşlayıb. Məsciddə keçirilən görüşdə Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrinin səfirləri, millət vəkilləri, din və ictimaiyyət xadimləri də iştirak edib.
Gürcüstanın Baş nazirini təmsilən nazir Sozar Subari çıxışında müsəlman icmasını müqəddəs bayram münasibətilə təbrik edib. Ölkə vətəndaşlarının tarix boyu bir arada səmimiyyət, mehribanlıq və dostluq çərçivəsində yaşadıqlarını deyib. Müsəlman vətəndaşlarının da Gürcüstanın inkişafında böyük rolu olduğunu qeyd edib.
Sonra çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və müfti müavini öncə Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların dualarının, kəsilən qurbanların qəbul olunmasını dilədikdən sonra Qurban bayramının fəlsəfə və hikmətindən söz açıblar. Sonda isə Gürcüstan Müsəlmanları İdarəsinin müsəlmanların dinlərini öyrənmələri, məscidlərin təmiri və dini ibadət və mərasimlərini keçirmələri yönündə görülən işlərdən danışıblar. Onlar Gürcüstan dövlətinə son zamanlar göstərilən diqqət və qayğının artmasndan dolayı minnətdarlıqlarını bildiriblər.
Daha sonra isə təbrik üçün söz Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə və Azərbaycanın fövqəladə və səlahiyyətli səfirləri Zeki Levent Gümrükçü və Dursun Həsənova verilib.
Görüşdən sonra qonaqlarla bayram süfrəsi ətrafında bir araya gəliblər. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov müsəlmanlara göstərilən diqqət və qayğıdan dolayı Baş nazirə yazdığı “Təşəkkürnamə”ni təmsilçi nazirə təqdim edib.

Yorumlar