Alman uzman: Türkiye ekonomisinin çökmesi Almanya’nın da zararına olacaktır

Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Hizbullah qərarı

Gündem, İran 19 Mayıs 2018
48


Tramp və müttəfiqləri İranın Yaxın Şərqdəki ən böyük gücünü hədəfə aldı
Hizbullah rəhbərləri və yaxın şirkətlər sanksiya siyahısına salındı, Tramp İranın Yaxın şərqdəki “vuran əlini” zəiflətmək istəyir
Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri “Hizbullah” hərəkatının yüksəkvəzifəli nümayəndələrinə və bu təşkilatı dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etmək barədə qərar veriblər. AZƏRTAC Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya 10 nəfər daxil edilib. Onlardan 5-i hərəkatın rəhbərliyində təmsil olunur. Bu şəxslərin əmlakı və aktivləri dondurulacaq.
Məlumatda bildirilir ki, “bu addım ABŞ-la tərəfdaşlıqda, terrorizmin maliyyələşdirilməsi ilə bağlı məlumatların təhlili və hazırlanması mərkəzi (Terrorist Financing Targeting Center) və mərkəzin digər üzv ölkələri (Bəhreyn, Küveyt, Qətər və BƏƏ) ilə birgə atılıb.
Sanksiya tətbiq edilən şəxslər siyahısında Hizbullah baş katibi Həsən Nəsrullahın müavini Şeyx Nəim Qasim və təşkilatın Ali Şurasının 3 üzvü – Məhəmməd Yazbək, Hüseyn əl-Xəlil və İbrahim əl-Əmin də var. Qərarda bu şəxslərə aid əmlakın və hesabların dondurulması, eləcə də onların beynəlxalq maliyyə şəbəkəsinə girişi qadağan edilib. Qeyd edək ki, təşkilatın baş katibi Həsən Nəsrullah 1995-ci ildən ABŞ sanksiyalarına məruz qalıb. Ancaq ilk dəfədir ki. onun müavini və təşkilatın rəhbər şəxsləri də sanksiyalara məruz qalır.
Bundan başqa Hizbullaha yaxın daha 6 şəxs və şirkətə də sanksiya tətbiq olunub. Talal Hamiyə, Əli Yusif Çarar, “Spectrum Qrup”, “Mahir Ticarət”, Haşim Seyfəddin, Ədhəm Tabaca, Əl-İnmaa Qrup və Əl-İnmaa Mühəndislik və İnşaat şirkətləri də var.
Qeyd edək ki, bu, ABŞ-ın İranla nüvə anlaşmasından çəkilməsindən sonra İranı hədəfə alan sayca 3-cü qərardır. Bundan əvvəl ABŞ hökuməti İran İnqilab Keşikçiləri Korpusu və İran Mərkəzi Bankına maliyyə ötürən bir İraq bankını sanksiya tətbiq edib.
Hizbullaha qarşı sanksiyaların isə məhz Livan seçkilərindən dərhal sonra qəbul edilməsi diqqət çəkir. Mayın 6-da Livanda keçirilən parlament seçkiləri nəticəsində Hizbullahın liderlik etdiyi “8 mart” seçki koalisiyası Səudiyyə Ərəbistanının dəstəklədiyi baş nazir Səəd Həririnin liderlik etdiyi “14 mart” koalisiyasına qalib gəlib. Hizbullahın parlamentə namizəd göstərdiyi 13 nəfərin hər biri qalib gəlib. Güman ki, yaxın zamanlarda seçkilərin nəticəsində Hizbullahın müttəfiqi olan sünni siyasi lider hökuməti formalaşdıracaq. Livan qanunlarına əsasən prezident maruni xristian, baş nazir sünni, parlament sədri isə şiə olmalıdır. Məhz seçkilərdən sonra Suriya ərazisində İsrail və İran arasında gərginlik yüksəlib. İsrail Suriya ərazisindəki İran və Hizbullah bazalarını bombaladı. Bir gün sonra isə Suriya ərazisindən İsrailin işğalı altında olan Colan təpələri bölgəsi raket atəşinə tutuldu. Raket zərbələri o qədər gözlənilməz olub ki, İsrail hərbi hava qüvvələrini havaya qaldıraraq Suriya ərazilərini bombalayıb. İndi isə ABŞ Hizbullaha qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, 1980-ci illərin əvvəlində İsrailin Beyrutu işğal etdiyi dövrdə şiə partizanlar tərəfindən qurulan Hizbullah Hərəkatı Beyrutda küçə döyüşlərində püxtələşib, daha sonra təkcə Livanda deyil, bütövlükdə Yaxın Şərqdə aktiv hərbi partizan gücünə çevrildi. 1983-cü ildə Beyrutda ABŞ hərbi dəniz piyadalarının kazarması və 8 dəqiqə sonra isə Fransa ordusunun hərbi bazası partladılıb. Nəticədə ABŞ bazasında 241 nəfər, Fransa bazasında isə 58 nəfər ölüb, onlarla insan yaralanıb. Bu hadisənin Hizbullah tərəfindən törədildiyi bildirilib və qruplaşma terror təşkilatı siyahısına salınıb.
1989-cu ildə Livanda 15 il davam edən vətəndaş müharibəsinin başa çatması haqqında Taif (Səudiyyə Ərəbistanı – K.R.) anlaşması imzalandı. Taif anlaşmasına əsasən Hizbullah istisna olmaqla Livanda fəaliyyət göstərən bütün hərbi qruplaşmalar silahı yerə qoyurdu. Hizbullah isə İranın da dəstəyi ilə daha da böyüyərək təcrübəli və güclü hərbi-siyasi təşkilata çevrildi. 2006-cı ildə İsrail Livana hücum edərkən Hizbullahın sərt müqaviməti ilə qarşılaşdı və Hizbullah silahlıları dünyanın ən hazırlıqlı ordusuna ciddi müqavimət göstərdi.
Livanla yanaşı Hizbullah 1990-cı illərdə Balkan respublikalarında müsəlmanların təşkilatlanması, 2000-ci illərin əvvəllərində İraqda, daha sonra Yəməndə hərbi-siyasi təşkilatların qurulmasında və partizan müqavimət dəstələrinin qurulmasında iştirak edib. Suriya münaqişəsinə 2013-cü ildə qoşulan Hizbullah Bəşər Əsədin taleyini həll edib. Məhz Hizbullah qüvvələri Livan sərhədi yaxınlığında yerləşən Quseyr şəhərini Nusra Cəbhəsi qruplaşmasından geri almaqla Bəşər Əsədin ardıcıl olaraq geri çəkilməsi prosesini durduraraq müharibənin taleyini dəyişiblər. Ancaq Hizbullah Suriyada ciddi itkilər verib.
Hərbi qanadı ilə yanaşı siyasi qanadı olan Hizbullah parlament seçkilərində iştirak edir və hökumət kabinetində təmsil olunur. 2005, eləcə də 2009-cu il seçkilərində Hizbullah nümayəndələri parlamentə seçilib, eləcə də koalisiya hökumətində nazirlə təmsil olunub. Son seçkilər isə Hizbullahın qələbəsi ilə nəticələnib.
Livan ərazisinə görə kiçik ölkə olsa da, Yaxın Şərqin ən qaynar və hərəkətli ölkəsidir. İsraillə və Suriya ilə qonşu olması, etnik və dini zənginliyi, 16 etnik və dini-məzhəbi qrupun fəaliyyət göstərdiyi Livanda proseslər təkcə regionun deyil, həm də dünyanın böyük güclərinin maraq və diqqət mərkəzindədir. Heç şübhəsiz ki, Hizbullah dedikdə İran yada düşür. Çünki bu qruplaşmanı İran maddi. Silah və digər vasitələrlə dəstəkləyir. Hizbullah İranın Yaxın Şərqdə “vuran əli”, başqa sözlə islam müqavimət cəbhəsinin avanqard təşkilatıdır. Bu səbəbdən də həm ABŞ. Həm də onun region müttəfiqləri Hizbullahı sıradan çıxarmaq, bununla da İranın regiondakı gücünü zəiflətməyə çalışırlar.
Kənan Rövşənoğlu

Yorumlar