Əhalinin sayına görə Hindistan Çindən sonra dünyanın ikinci böyük dövlətidir. Hindistanın əhalisi təxminən 1 milyard 300 milyondur. Çində koronarivus yayıldıqda Hindistan da ciddi tədbirlərə baş vurdu.
Hindistanın baş naziri Narendra Modi xalqa müraciətində çətin qərar vermək məcburiyyətində qaldığını və ölkədə martın 23-dən ciddi karantin rejiminə keçdiyini bəyan etdi. 21 günlük karantin aprelin 14-də qədər uzanacaq. Modi məhdudiyyətlərə məhəl qoymayanları həyatlarını risq altında qoyduğunu da bildirdi.
Hazırda Hindistanda koronavirusa yoluxanların sayı min nəfər, ölənlərin sayı isə 25 nəfər civarındadır. Koronavirusdan sağalanların sayı da artır. Başqa sözlə Hindistan virusla hələ ki, uğurla mübarizə apara bilir. Buna baxmayaraq, Hindistan polisi karantinə ciddi nəzarət edir. İnternetdə yayılan çoxsaylı görüntülərdən də bəlli olur ki, polis karantin şərtlərini pozan vətəndaşlarla sərt davranmaq məcburiyyətindədir. Hindistanda nəqliyyatın və metronun fəaliyyəti məhdudlaşdırılıb. Hidnsitanda ştatlar arasındakı sərhədlər də bağlanıb. Ştatdan ştata ancaq polisin xüsusi icazəsi ilə keçmək olar. Aprelin 14-ə qədər Hindistanda daxili və xarici təyyarə uçuşları da dayandırılıldı.
Narendra Modi müxtəlif ölkələrin liderləri ilə təmaslara ara vermir. Modi Cənubi Asiya liderləri ilə (dünya əhalisinin 20 faizi bu bölgədə yaşayır) videokonfrans keçirərək koronavirusa qarşı qonşu ölkələrlə birgə mübarizə tədbirlərini müzakirə edib. Hindistanın Pakistanla münasibətlərinin gərgin olmasına baxmayaraq, videokonfransda Pakistan nümayəndəsi də iştirak edib. İndi elə vəziyyətdir ki, gərgin münasibətlər arxa plana keçməli və gözəgörünməz düşmənə qarşı birgə mübarizə metodları nəzərdən keçirilməlidir. Modi qonşu dövlətlərə çağırış edərək, koronavirusdan əziyyət çəkən digər dövlətlərin səhvlərini təkrarlamamağa çağırıb. Modi ayrıca Cənubi Asiya ölkələrinin koronavirusla mübarizə məqsədilə fond yaradılmasını zəruri sayaraq Dehlinin bu fonda ilikin olaraq 10 milyon dollar ayırmağa hazır olduğunu bildirib. Rəsmi Dehli test keçirmək üçün Cənubi Asiya ölkələrinin həkimlərindən və mütəxəssislərindən ibarən birgə komanda yaradılmasını da təklif edib. Bu heyətin zəruri tibbi avadanlıqlarla təhciz olunacağı qeyd edilib. Cənubi Asiya ölkələrinin liderləri Modinin irəli sürdüyü təklifi dəstəkləyiblər.
Narendra Modinin özü yoqa üzrə mütəxəssisdir, hər gün yoqa ilə məşğul olur. Modi beynəlxalq aləmə səslənərək yoqa ilə məşğul olmağın insan ömrünü uzatdığını və müxtəlif xəstəlikləri, o cümlədən koronavirusdan qoruna biləcəyinə əmindir. Modinin yoqa təlimləri youtube kanalı üzərindən populyarlıq qazanıb. Modi görüşdüyü bütün liderlərlə, o cümlədən ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinə də yoqa ilə məşğul olmağı məsləhət bilib.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi
HİNDİSTAN KORONAVİRUSDAN NECƏ QORUNUR?
404 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.