KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasanbala Sadıkov: AZƏRBAYCANDA VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR RUHUNU ƏBƏDİYYƏTƏ QƏDƏR QORUMALIYIQ!

Hasanbala Sadıkov: AZƏRBAYCANDA VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR RUHUNU ƏBƏDİYYƏTƏ QƏDƏR QORUMALIYIQ!

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
359 0

Azərbaycan xalqının içərisindəki azadlıq ruhu və istiqlal eşqi zamanı gələndə qarşısı alınmaz tufana çevrilib azadlığımıza və süverenliyimizə qəsd edənləri silib süpürüb, tarixin zibilliyinə göndərir. Biz bunun bariz nümunəsini Vətən müharibəsində gördük və dünya da təsdiq etdi:– QALİB MİLLƏT ADIMIZ MÜBARƏK!
Millətlər çox amillə qruplaşdırılırlar. Əsas olan əhalinin aborigen, yoxsa erməni kimi gəldiyi gün də bəlli olan gəlmə xalq olmasıdır. Onlardan biri də torpağa münasibətlə əlqədardır. Türklər və Qafqazın başqa aborigen xalqları dünyaya gəldiklərindən torpağa sahib olub ANA torpaq demişlər,yəni doğulduğum torpaq.Kaspi tipinə mənsub olan və tədqiqatçıların da aid etdiyi azərbaycanlılar və başqaları Qafqazda aborigendirlər.
Görkəmli tarixçi, professor Virxov uzun müddət davam edən tədqiqatları nəticəsində bu qənaətə gəlmiş və beynəlxalq elmi jurnallada qeydə aldırmışdır ki, ERMƏNİLƏRİN QAFQAZIN ƏN QƏDİM ƏHALİSİ İLƏ HEÇ BİR BAĞLANTISI YOXDUR.
Mən 1985- ci ildə Gəncədə erməni qəzetində işləyən jurnalistlə çox maraqlı söhbətim oldu. Ondan erməni dilində ana torpaq deməsini xahiş etdim. O bildirdi ki, erməni dilində “ana torpaq”” deyimi yoxdur. Əldə etdiyimiz torpaqlara “mənim torpağım” deyirik. Mənim torpağım ermənilərdə hansı forma və vasitə ilə ələ keçirirlərsə sahiblənirlər.
Ermənilərlə əlaqədar görkəmli gürcü tarixçisi Azərbayçan xalqının böyük dostu Quram Marxuliya qeyd edir ki qələbə ilk növbədə Azərbaycan dövlətinin, dövlət başçısının uzaqgörən, praqmatik siyasətinin nəticəsidir. Müəllif ermənilərin vətən axtarışı adında kitab yazıb. Haylar Ermənistan axtarışında.Gəlib haylar Armeniyaya yerləşiblər və hay adından imtina edib Armeniya adına əsaslanaraq erməni adını qəbul ediblər.
Erməni başbilənlərinə görə “millət davasının”-saxtalaşdırmaların, xəyanətlərin, soyqırımlarının həyata keçirilməsinin “qızıl qaydası” ondan ibarətdir ki, xidmət edənlərin fəaliyyət formasından(hətta ən dəhşətli terrorist də) asılı olmayaraq haqsızı, eyni zamanda günahkarı yoxdur. Milli qəhrəmandırlar. Bu sadə bir bildiriş deyildir, həmin qərara uyan və ya uymalı olan, bütün dövrlərdə məcburi olaraq mənasız avantüraya cəlb edilmiş ermənilərin tarixin dəfələrlə təsdiq etdiyi inam kredosudur. Xalqları haqqlı olduqlarına inandıra bilmədən arxanca aparıb, onları çox sayda olan avantüranın qurbanı edə bilməzsən.
Erməni liderləri total olaraq xalqı “mənim xalqım bütün xalqlardan yaxşıdır, yüksəkdir” fikri ilə geriyə yolu olmayan davaya qoşur.Hətta erməni başbilənlərindən-Xorenli Moisey, Toma Ardzrouni və onları dəstəkləyənlər iddia edirlər ki, erməni irqi NUH peyğəmbərin nəslinin davamıdır.
Öz xalqını daha ağır fəlakətlərə sürükləyən Ermənistan rəhbərliyi nazilərə baxıb tarixdən qətiyyən dərs almaq istəmirlər.
Qədim dünyanın etnik xəritəsində özlərinə hay deyən MÜŞRİKİLƏR var.Heç bir elmi dəlil olmadan haylar özlərini urartuluların varisi hesab edirlər.Haylar və urartuluların dilləri tamam ilə fərqli qruplardadır.Armeniya hayların ana vətəni olmaqdan çox uzaqdır.
Gürcü antropoloqu M.Q.Abduşelişvili erkən tunc dövründən l minilliyin ortalarına qədər bölgə əhalisinin Kaspi tipinə mənsub olduğunu əsaslı arxeoloji dəlillərlə isbat edir.
Həqiqətən 44 günlük Vətən müharibəsindəki böyük qələbəmiz də bu nihilistləri susdura bilmədi. Dünya bizim uğurları öyrənmək istəyir. Kölgəşünaslar isə hər hansı vasitə ilə olursa olsun qələbəmizə kölgə salmağa çalışırlar. Məsləhətli don gen olur deyib babalar. Siyasətdə mütəxəsis olmayıb, “ən düz mükəmməl mənim fikrimdir” yanaşması qəbul edilmir.
Erməni kimi məkrli düşməni olan millət həmrəyliyini daha da möhkəmləndirməlidir. Bizim erməni ilə qonşuluğumuz sadəcə coğrafiya deyildir. Onunla qonşuluq bir dəfəlik qəbul edilməlidir ki, ŞƏR VƏ FƏLAKƏTLƏ qonşuluqdur. Gəlirəm demir, amma bütün zamanlara imkan axtarır.
Erməni ilə sülh, hətta onun kapitulyasıya aktını imzalaması da simvolikadır. Onların baş strategiyadan- xəyali olaraq onlara təqdim olunan şirin yalandan-Böyük Ermənistandan imtina etməsi kimi qəbul edilə bilməz. Onların əsas şüarı-bütün vəziyyətlərdə formasından asılı olmayaraq əbədiyyətə qədər müəyyən edilmiş torpaqların işğalı uğrunda mübarizə.
Onların bizə qarşı mübarizəsinin başlanma tarixi 1828- ci ildə yurdu torpağı olmayan ermənilərin bu torpağa köçürülmələri ilə başlamışdır.
Son 200 ildə haylar olduqları halda erməni adını qəsb etmişlər. Açıq və gizli formada permanent, fasiləsiz regionda yaşayan erməni olmayan bütün xalqlara qarşı təxribat və terror təşkil etmişlər.
Yaranışdan erməni xisləti belədir ki, “kapitülyasiya imzalandı. Yaşasın bütün vasitələrlə terror da daxil olmaqla millət işi uğrunda mübarizə” deyib yeni mərhələyə daxil olurlar.
Terroru 80-ci illərin sonlarında regiona ermənilər gətirmişlər və kar, kor və lal dünyada hələ də Azərbay cana qarşı olan terrordakı məlum olan təşkilatçılar cəzalandırılmamışlar.
Hasanbala Sadıkov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir