KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Zəngəzur bölgəsi nəzarətə götürülür? – Güc tətbiqi ehtimalı…

Hasan Oktay: Zəngəzur bölgəsi nəzarətə götürülür? – Güc tətbiqi ehtimalı…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
161 0

“10 noyabr üçtərəfli sazişində bir çox maddənin konkret nə ifadə etdiyi anlaşılmır”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib.

Professor diqqətə çatdırıb ki, Laçın dəhlizi məsələsi açıq formada üçtərəfli sazişdə yer alsa da, sənəddə Qarabağdakı ermənilərlə bağlı məsələlər, onların gələcəyi qeyri-müəyyən saxlanmışdı: “Qarabağdakı Rusiya sülhməramlı kontingenti qarşıdurmanı əngəlləmək üçün bölgəyə yerləşdirilmişdi. Ancaq antiterror tədbirlərindən və erməni sakinlərin Ermənistana kütləvi köçündən sonra sülhməramlılar bölgədə qalmaqda davam edir”.

Onun fikrincə, əslində həmin vaxt Türkiyə də 10 noyabr üçtərəfli sazişinin tərəflərindən biri olmaq istəyərdi. Əgər Türkiyə orada olsaydı, bəyanatda tam anlaşılmayan bəzi bəndlərin daha açıq formada qeyd olunmasına çalışa bilərdi: “Lakin Rusiya buna imkan vermədi. Qərb də razılıq vermir. Azərbaycan tərəfi oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan görüşdən məhz Türkiyə olmadığı üçün imtina etmək qərarı aldı”.

Müsahibimiz vurğulayıb ki, iddialar o yöndədir ki, Laçın dəhlizinə ehtiyac qalmadığı üçün Zəngəzur dəhlizinin də reallaşması qeyri-mümkün görünür: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması o qədər də inandırıcı görünmür. Hazırda İran üzərindən bir dəhliz məsələsi gündəmdədir. Əslində İran və Rusiya da dəhlizin reallaşmasında maraqlı deyil. Tehran hər fürsətdə buna qarşı olduğunu söyləyir. Düzdür, müəyyən hazırlıqlar gedir. Lakin hesab edirəm ki, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi marşrutu üzrə çalışmaları Azərbaycan-Ermənistan və Türkiyə arasında üçlü sülh müzakirələrindən və danışıqlarından sonra daha real mahiyyət kəsb edəcək”.

Hasan Oktay: Laçın dəhlizinə ehtiyac qalmadığı üçün Zəngəzur dəhlizinin də reallaşması qeyri-mümkün görünür

H.Oktay qeyd edib ki, ehtimallardan digəri isə Azərbaycanın hərbi güc tətbiq etməklə Zəngəzur bölgəsini nəzarətə götürməsi və dəhlizin açılmasına nail olmasıdır.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”ndan verilən məlumata görə, Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq. Qeyd olunub ki, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 faizdən çoxu hazırdır: “3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib. Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq. Ötən həftə Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib.

Aydın Baxış
https://bakivaxti.az/az/posts/detail/zengezur-bolgesi-nezarete-goturulur-guc-tetbiqi-ehtimali-1696933019

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir