KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Yunanıstan-Türkiyə gərginliyinin qığılcımları Cənubi Qafqaza da sıçraya bilər

Hasan Oktay: Yunanıstan-Türkiyə gərginliyinin qığılcımları Cənubi Qafqaza da sıçraya bilər

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
281 0

Dünyada güc mərkəzlərindən birinə çevrilən Türkiyə Qərbin, daha açıq desək ABŞ-ın nəzərlərini tamamilə üzərinə çəkib. NATO birliyinə üzv olmasına rəğmən ABŞ öz ambisiyalarını yürütmək naminə yenə də Yunanıstanla Türkiyəni qarşı-qarşıya gətirməyə çalışır.

Ednews-a açıqlama verən türkiyəli ekspert Həsən Oqtay bunu tarixdə bir qrup insanların buraxdığı xəta adlandırıb.

Bəs görəsən Yunanıstanla Türkiyə arasında yaranan böhranın tarixi əlamətdar hadisələri nədir?

“KAFKASSAM” siyasi araşdırmalar mərkəzinin qurucusu və rəhbəri Həsən Oqtay qeyd edib ki, NATO tarixində heç vaxt iki üzv ölkə arasında müharibə olmayıb: “Bunun müstəsna halı 1974-cü ildə Kiprdə yaşanmışdı. Kiprin Yunanıstanla heç bir əlaqəsi olmadığı üçün bu münaqişəni birbaşa Türkiyə-Yunanıstan münaqişəsi hesab etmək düzgün olmazdı. Lakin Türkiyə Kiprə müdaxilə edərək türkləri xilas etdiyi üçün ABŞ tərəfindən Türkiyəyə embarqo qoyuldu,” deyə, ekspert belə vurğulayıb.

Qeyd edək ki, həmin dövrdə Yunanıstan buna raksiya olaraq NATO-nun hərbi qanadından çəkildi. Səbəb isə…

“Həmin dövrdə Türkiyənin Kiprdə türkləri müdafiə etməsi Yunanıstanı çox pərişan etdi. Yunanıstan ABŞ-dan Türkiyəyə qarşı sərt bir cavab umduğu halda bunu görmədi və buna reaksiyasını bildirmək üçün NATO-nun hərbi qanadından çıxmaq qərarına gəldi”.

Ekspertin sözlərinə görə, bu gün Yunanıstanın yenidən Türkiyəyə qarşı baş qaldırmasının özəl səbəbi məhz 1980-ci ildə Türkiyədəki hərbi çevrilişdən sonrakı proseslər olub.

“1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra çevriliş edənlər dünya ictimaiyyətinin qəzəbini üzərinə almamaq üçün Yunanıstanın yenidən NATO-ya daxil olmasına icazə verdilər. Halbuki, 1980 çevrilişini edənlər Yunanıstanın NATO-ya daxil olmasına veto qoysaydılar, bu gün Yunanıstan böhranı deyilən problemlə üzləşməzdik.”

Ekspert əlavə edib ki, bu gün Yunanıstanın ABŞ-ın yanındakı xüsusi yeri erməni lobbisinin senatdakı nüfuzu kimidir.

“ABŞ-dakı Rum lobbiləri Amerika seçkilərində təsirli olduğu üçün Türkiyə-Yunanıstan münasibətlərində ABŞ yunan tərəfini tutmuş kimi görünür. Lakin Türkiyə NATO-nun ikinci mühüm qüvvəsi olduğundan, həmçinin Rusiya NATO münasibətlərində mühüm vasitəçi olduğu üçün ABŞ-ın diqqətindən kənarda qala bilməz. Amerikanın Yunanıstanı silahlandırmasını birbaşa Türkiyəyə qarşı əməliyyat hesab etmək düzgün olmazdı. Amerika Türkiyə ilə Yunanıstanın müharibə etməsini istəmir, amma yunan lobbiləri Amerikanın Türkiyəyə qarşı olduğu görüntüsünü nümayiş etdirir”.

Həsən Oqtay Yunanıstanla Türkiyə arasında hətta birbaşa müharibə ola biləcəyi təqdirdə bunun təsirləri barədə də söz açıb:

“Bütün ehtimalları nəzərə alsaq və nəticədə Türkiyə və Yunanıstan müharibə ilə üzləşsə, bunun şübhəsiz ki, regional təsirləri olacaq. Əvvəla, Türkiyə Rusiya-Ukrayna müharibəsi kimi uzunmüddətli müharibəyə girməyəcək. Bu müharibə ən çox bir həftə davam edə bilər. Burada Rusiyanın bir həftə ərzində Ukraynanı alacağı fikrini daşıyanların rəyi ilə bizim bu məsələdə münasibətimiz eyni deyil. Türkiyə müharibəyə girərsə, bütün nəticələri hesablayaraq bu müharibəni davam etdirəcək. Təbii ki, müharibə arzuolunan vasitə deyil, amma baş verərsə, Cənubi Qafqaza da təsiri olacaq, çünki Yunanıstanı Türkiyəyə qarşı təxribata sürükləyənlər Ermənistanı da Azərbaycana qarşı təxribata cəlb ediblər”.

H.Oqtayın fikrincə hazırda bütün şərhlərdə ABŞ-ın Rusiyaya qarşı bir neçə cəbhədə savaş açmaq iddiası müzakirə edilir: “Həmin cəbhələrdən biri Cənubi Qafqazda daha əhatəli bir tədqiqat sahəsidir. Yunanıstan böhranı və ya müharibəsi Cənubi Qafqazda silahlı münaqişəni alovlandıra bilər. Fİkrimcə Türkiyə bunu nəzərə aldığı üçün bütün imkanlarını səfərbər edib”.

Məsələni diplomatik trəfdən görməyə çalışna türkiyəli ekspert həmçinin, Yunanıstanla Türkiyə arasında nə zamansa münasibətlərin normallaşmasını belə dəyərləndirib: “Kimin səbəbkar olmasından asılı olmayaraq, Yunanıstan-Türkiyə münasibətləri nə vaxtsa yaxşılaşmalıdır. Çünki Yunanıstan Türkiyə ilə bu gərginliyi saxlaya bilməz. Çünki bunu gərginliyin arxasında iddia edilən ABŞ-da istəməz.

Bilirsiniz, beynəlxalq münasibətlərdə çoxölçülü düşünmək son dərəcə vacib amillərdəndir. Yunanıstanı Türkiyəyə qarşı təhrik edən tərəfin Amerika olduğunu düşünəndə ortada həm də Rusiya və Çin faktoru meydana gəlir. Çünki iki NATO ölkəsinin münaqişəsi diqqət çəkəcək, Rusiya bölgədə rahatlaşacaq, Çin isə baş verənlərdən xeyli mənfəət əldə edəcək”.

Elnur Ənvəroğlu

https://m.ednews.net/az/news/politics/545049-yunanistan-turkiye-gerginliyinin-qigilcimlari-cenubi?fbclid=IwAR182Pj8_tpUgfkSDh__-I8QlKPCudv30-QfIouA-i2I6yvqNjYPYwz-JTk

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir