KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Ya Azərbaycan müharibə elan edəcək, Ermənistan xəritədən silinəcək, ya da

Hasan Oktay: Ya Azərbaycan müharibə elan edəcək, Ermənistan xəritədən silinəcək, ya da

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
268 0

“Digəri isə Türkiyə-Ermənistan-Azərbaycan arasında sülhü bərqərar etməklə quru-hava dəmir yolu nəqliyyatını qurmaqdır. Amma Rusiya və İran bu üçtərəfli sülhü qətiyyən istəmir”

“Ukrayna böhranına görə Rusiya dostlarının sayını artırmaq və düşmənlərinin sayını azaltmaq üçün fərqli strategiya tətbiq etməklə yanaşı, mövcud vəziyyəti bərqərar etməyə çalışır”.
Bunu “Sherg.az”a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq
Hasan Oktay Zəngəzur dəhlizinin açılması ilə bağlı Ankara və Moskvanın razılığa gəlməsinə münasibət bildirərkən deyib.

O, söyləyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan yeddi rayonu işğaldan xilas edilsə də, Qarabağda problemi hələ tam həll edilməyib:

“Bundan əlavə, 10 noyabr müqaviləsi ilə keçmiş sovet dövrünü çatdırılma və kommunikasiya xətlərinin açılması maddəsi də hələ qüvvəyə minməyib. Həmçinin bu müqavilədə Zəmgəzur dəhlizi mənası yoxdur. Təəssüf ki, Türkiyə ictimaiyyətində belə bir gözlənti yaranıb. Yəni tarixi keçmişi yaxşı bilməklə bu günü və sabahı qurmaq lazım olsa da, məsələləri anlıq gündəm ilə dəyərləndirməyə çalışarkən böyük bir xəyal qırıqlığı yaşayırıq. Ümumiyyətlə Türkiyədə regionun reallıqlarını və əhəmiyyətini bilən çox az adam var. Ona görə də bu məsələlərlə bağlı strategiya hazırlamaq çox çətindir. Həmçinim 1828-ci il Türkmənçay sülh müqaviləsinin nə demək olduğunu görmək lazımdır. Belə bir dəhliz gözləmək indi bizi qeyri-mümkün bir həyatla qarşı-qarşıya qoyur. Çünki Ermənistan öz ərazisindən müstəqil dəhlizin keçməsinə imkan verməz. Digər tərəfdəm İran da Fars körfəzi vasitəsilə apardığı Qara dənizin cənub-şimal xəttindəki işinin şərq-qərb Zəngəzur dəhlizi tərəfindən əngəllənməsini istəmir. Rusiya isə Ukrayna böhranına görə daha sakit olsa da, bölgədəki prosesləri İran vasitəsilə istiqamətləndirməyə çalışır. Hətta Ərdoğanın son səfərində ilk dəfə İranın bu dəhlizin açılmasını rəsmi şəkildə əngəllədiyi bildirilib”.

H.Oktay əlavə edib ki, İndi edilə biləcək ən mühüm iki hadisə var:

“Birincisi çətin olandı. Ya Azərbaycan müharibə elan edəcək və Ermənistan xəritədən silinəcək. Bununla da türklər bu dəhlizlə birbaşa əlaqə quracaqlar. Digəri isə Türkiyə-Ermənistan-Azərbaycan arasında sülhü bərqərar etməklə quru-hava dəmir yolu nəqliyyatını qurmaqdır. Amma Rusiya və İran bu üçtərəfli sülhü qətiyyən istəmir. Yəni baxmayaraq ki, Rusiya Türkiyə ilə bu məsələləri ən yüksək səviyyədə müzakirə edir, lakin nəticə əldə olunacağına işarə yoxdur. Hətta noyabrın 10-da imzalanan razılaşmadan təxminən 3 ilə yaxın vaxt keçib, ancaq heç bir irəliləyiş yoxdu. Hər atəşkəsin pozulması isə Rusiyanın bölgədə qalma müddətini uzadacaq. Həmçinin Amerika, Moskva və Avropada aparılan danışıqlar hələlik heç bir nəticə vermədiyindən son günlər toqquşmalar artıb. Rusiya bir tərəfdən bu danışıqlara zəmin yaradaraq sülhsevər xarici siyasət yürüdür, digər tərəfdən isə Ermənistan müxalifətini Paşinyana qarşı çevriliş etməyə sövq edir. Paşinyana vurulan zərbə isə bütün gözləntiləri və danışıqları puç edəcək.
Azərbaycan parlamenti ilk növbədə 1920-ci ildə Ermənistana hədiyyə edilmiş Zəngəzur rayonunu yenidən Azərbaycan ərazisi elan edib beynəlxalq hüquq baxımından mübarizəyə başlaya bilər. Yaxud da bütün bunları bir kənara qoyub, ən qısa zamanda Azərbaycan Ermənistan Türkiyə üçlü sərhəd və sülh müqaviləsi bağlanaraq problem kökündən həll olunar”.

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara və Moskvanın marşrutla bağlı artıq anlaşdığını bildirib.
Uraloğlu söyləyib ki, İrəvan yenə də şərtlər irəli sürür, Tehran isə layihənin baş tutmasına imkan verməmək üçün yeni yollar arayır. Halbuki Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.
Onun sözlərinə görə, dəmiryol marşrutunun Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılması nəzərdə tutulub.
A.Uraloğlu Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb:
“Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq” deyə Türkiyəli nazir deyib.

Nihat Müzəffər
https://sherg.az/gundem/230189

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir