KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: vəziyyəti gərginləşdirməyin

Hasan Oktay: vəziyyəti gərginləşdirməyin

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
225 0

“Mənim yeni nəsil silahlarım var, vəziyyəti gərginləşdirməyin” – Türkiyəli palitoloqdan sualtı minalarla bağlı AÇIQLAMA

Dünyada ilk dəfə olaraq Türkiyədə uzaqmənzilli ağıllı sualtı mina yaradılıb. Mina F-16 qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından yüksək hündürlükdən atıla bilir ki, bu da onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir. Minanın yaradıcıları ona qanadlı bələdçi, hədəfləri aşkar etmək üçün ağıllı funksiya əlavə ediblər.

Bununla bağlı türkiyəli politoloq Hasan Oktay “MediaPost”a açıqlamasında bildirib ki, bu tərz silahların varlığı Türkiyəni yaşana biləcək hücumlardan müdafiə xarakteri daşıyır:

“Türkiyə hərbi müdafiə sənayesində son 10 ildə çox böyük irəlləyişlər əldə edib. Qara dəniz hövzəsində yarana biləcək potensial problemlərdən qorunmaq üçün Türkiyə müdafiə nazirliyi özünü sığortalamaq üçün önləyici tədbirlərə əl atmaq məcburiyyətində qaldı. Bunun ən bariz nümunəsi İHA – insansız uçuş aparatlarının (Pua-ların) istehsalının artırılması və daha da təmkinləşdirilməsidir. İHA-lar dünyadakı savaş texnologiyasını və savaş anlayışını da dəyişdirdi. Bu yeni texnologiyalar dünyanın diqqətini Türkiyəyə yönləndirmiş oldu. Türkiyənin hərbi bazara təqdim etdiyi yeni avadanlıqlar, iqtisadiyyat baxımından ciddi qazanc mənbəyinə çevrildi. Bu da öz növbəsində Türkiyənin texnoloji sahədə irəlilədiyini bir daha sübut edir”.

Politoloq Türkiyənin “nano” tipli silahların istehsalına nəyə göre bu qədər önəm verdiyinin səbəbini açıqladı

İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən sonra NATO-nun Baltik dənizini nəzarət etməyə başlaması yeni bir mübarizənin başlanğıcı oldu. Bu isə Türkiyə üçün özünü müdafiə etməli olduğu prioritlərdənbirinə çevrildi. Qara dənizdən Rus donanması hücumların ola bilmə ehtimalı, bütün dünyanı narahat edən mövzulardan biridir. Türkiyənin məhz bu dönəmdə “nano” tipli silahları bazara çıxarması heç də təsadüfi deyil. Türkiyə Qara dənizdə və ətrafında yarana biləcək problemlərin qarşısını almaqdan ötrü “Mənim yeni nəsil silahlarım var, mənimlə durumu gərginləşdirməyin” mesajını dünyaya ötür ötürmüş oldu”- deyə politoloq bildirdi.

Zərifə Səfərova
https://mediapost.az/menim-yeni-nesil-silahlarim-var-menimle-durumu-gerginlesdirmeyin-turkiyeli-palitoloqdan-sualti-minalarla-bagli-aciqlama

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir