KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Ukraynadan sonra Rusiyanın hədəfi bu ölkə ola bilər

Hasan Oktay: Ukraynadan sonra Rusiyanın hədəfi bu ölkə ola bilər

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
51 0

“Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsindən çox şey öyrənir. İlk növbədə, müharibənin uzanması həm Aİ, həm də NATO-nun hədəflərini dəyişir”.

Bu sözləri Avropa İttifaqının Moldova və Ukraynanın üzvlük üçün namizədliyinin təsdiq etməsi ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay səsləndirib.

Ekspertin sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi Avropa coğrafiyasındadır və Aİ-yə üzv olmayan ölkələr arasında Moldova ən çox risk daşıyır. Çünki, Ukrayna-Rusiya müharibəsinin ora sıçrayacağı ehtimalı var:

“Məncə NATO və Avropa İttifaqı dünyada baş verənləri tam oxuya bilmədi. Digər bir məsələ ondan ibarətdir ki, Rusiyaya qarşı sarsıdıcı strategiya planını həyata keçirənlər çox ləng hərəkət etdilər. Son zamanlar Ukraynada rus hərbiçilərinin xeyli irəlliləməsi həm NATO-nu, həm də Aİ-nı ciddi şəkildə təşvişə salıb”.

Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsi ilə əlaqədar ekspert söyləyib ki, bununla qurumlar səhvlərini bir tərəfdən gizlətməyə, digər tərəfdən isə bərpa etməyə çalışırlar:

“İndi tələsərək İsveç və Finlandiyanın NATO-ya qəbul prosesinin başladılması və eyni zamanda Moldova və Ukraynanın Aİ-yə qəbulu prosesinin sürətləndirilməsi Rusiyaya qarşı strateji səhvlərin yaratdığı problemin həlli üçün atılan addımlardır. Gürcüstanın Avropa İttifaqına qəbul olmamasına gəlincə isə, indi Gürcüstan tamamilə Rusiyanın təsiri altında qalıb və qısa müddətdə orada böyük hadisələr baş verə bilər. Xüsusilə Lavrovun İrəvan və Bakı səfərindən sonra mümkün dəyişikliklər olacaq”.

Uzun illər öncə Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılmamasını isə ekspert ölkəsinin hadisələrə daha real və sürətlii yanaşması ilə əlaqələndirib:

“Türkiyənin NATO-nun əsas aparıcı üzvlərindən biri olmasına baxmayaraq, uzun illərdir Avropa İttifaqına üzvlüyünün qəbul olunmamasında əsas məsələ Türkiyənin hadisələrə real yanaşması və öz mövqeyini açıq şəkildə ortaya qoymasıdır. Misal üçün deyə bilərm ki, Türkiyə beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünü tanıdı, amma Rusiyaya qarşı sanksiyalara qoşulmadı.Türkiyə indiyə kimi bütün ölkələrin NATO-ya üzvlüyünə etiraz etmədi, amma İsveç və Finlandiyanın üzv olmasına etirazlarını səsləndirdi”.

Leyla Şah, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.