KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Ukrayna Rusiyanı içdən zəiflətmək istəyir

Hasan Oktay: Ukrayna Rusiyanı içdən zəiflətmək istəyir

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
307 0

Federasiynın tərkibindəki dövlətlər müstəqilliyini tələb edə bilərmi?

Ukrayna Rusiyanı içdən zəiflətmək istəyir – Federasiynın tərkibindəki dövlətlər müstəqilliyini tələb edə bilərmi?
Rusiya ilə təkbaşına cəhbədə vuruşan Ukrayna düşməni zəiflətmək üçün artıq fərqli bir taktikanı seçmək qərarına gəlib. Belə ki, rəsmi Kiyev yarım ilə yaxındır ki, cəbhədə Rusiya ilə üzbəüz döyüşməyin yorucu olduğunu anlayaraq Rusiyanı içdən zəiflətmək qərarına gəlib.

Rəsmi mənbələrdən əldə olunan məlumata görə, Ukrayna Ali Radasında Rusiya Federasiyasına daxil olan Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi irəli sürülüb. Onun təşəbbüskarları xalq deputatları Aleksey Qonçarenko və Musa Maqomedov olublar.

Öz “Telegram” kanalında qanun layihəsini şərh edən Qonçarenko, onun mahiyyətini açıqlayaraq vurğulayıb ki, Rusiya Çeçenistan ərazisini güc yolu ilə Federasiyanın tərkibinə daxil edib.

Deputatın sözlərinə görə, İçkeriyadan olan hərbçilər indi Ukraynanın tərəfində Rusiyaya qarşı vuruşurlar. Qonçarenko qətnamənin tez bir müddətdə qəbul edilməsi üçün həmkarlarına çağırış edib.

“Mən Ukrayna prezidentinə Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanımağı təklif edirəm. İçkeriya Rusiyadan azad və müstəqil olmalıdır”,- deyə, ukraynalı deputat vurğulayıb.

Türkiyəli siyasi ekspert Həsən Oqtayın fikrincə, bu Ukraynanın Rusiya-Çeçenistan bağlarını qırmaq üçün istifadə etdiyi bir həmlədir. Ekspert əlavə edib ki, Çeçenistan Respublikası müstəqilliyini elan etmədikcə, Ukraynanın Rusiyanın tərkibində olan Çeçenistanı müstəqil dövlət kimi tanıması onun beynəlxalq hüququn ən mühüm prinsipi olan ərazi bütövlüyünün pozulmasıdır.

“Məsələyə hüquqi cəhətdən yanaşsaq, deyə bilərəm ki, Çeçenistan özü müstəqilliyini elan etmədikcə, Ukraynanın qəbul edəcəyi qərar layihəsinin bir əhəmiyyəti yoxdur. Lakin siyasi baxımdan Ukrayna Çeçenistanın daxilində olub Rusiya siyasətinə zidd olan bir dövləti Rusiyaya qarşı təhrik etmək məqsədi güdür. Daha aydın desək, Ukrayna müharibədə Rusiyaya hər cür dəstək verən Çeçenistan arasında qarşıdurmanı alovlandırmağı və bununla da Rusiyanın bir qədər də başını qarışdırmağı hədəfləyir”.

Bundan əlavə, türkiyəli siyasi ekspert Ukraynanın bu cür qərarının arxasında Qərbin dayandığını da bildirib:

“Fikrimcə, bu Ukrayna rəhbərliyinin özbaşına verdiyi bir qərar deyil. Ukraynanı belə bir işə sövq edən tərəf ABŞ-ın rəhbərlik etdiyi qərb cinahı ola bilər”,- deyə Həsən Oqtay belə vurğulayıb. O, eyni zamanda Çeçenistan rəhbərliyi və ümumən çeçen xalqının Ukrayna Ali Radasının onu müstəqil dövlət kimi tanıması qərarına münasibətindən söz açıb.

“Çeçenistan Rusiyanın tabeliyində muxtar respublika olsa da, 90-cı illərin Rus-Çeçen müharibələrindən dərs alan Rusiya Çeçenistana və çeçen xalqına çox yaxşı qayğı göstərir. Əslində Rusiya coğrafiyasında ən yaxşı şəraitdə yaşayan xalq kimi çeçenlər göstərilir. Ona görə də Rusiya çeçenlərlə döyüşmək əvəzinə onlara yaxşı şərait yaratmaqla istədiyinə nail olub. Kadırov administrasiyası da bundan xəbərdardır. Bundan başqa, Kadırov administrasiyası Ukraynadakı administrasiyanın və ukraynalı əsgərlərin “nasizmi” dəstəklədiyini düşünür. Ona görə də çeçenlər Ukraynada xalqa qarşı deyil, nasistlərə qarşı vuruşduqlarını düşünür və bunun dini baxımdan xeyirlə-şərin müharibəsi olduğunu hesab edir. Nəticə olaraq, Ukraynanın Çeçenistanı müstəqil respublika kimi tanıması nə Çeçenistan administrasiyası, nə də çeçen hüququ üçün məna kəsb etmir”.

Həsən Oqtay bundan başqa Ukraynanın başlatdığı bu ideyanın Rusiya federasiyasının tərkibindəki digər dövlətlərə təsirlərindən danışıb. O, Ukraynanın müharibədə zəfər qazamnasının yolunu belə izah edib:

“Rusiyada federasiyaya daxil olan dövlətlərin demoqrafik strukturları bir-birindən fərqlidir. Muxtar respublika olan çeçenləri Rusiyadan ayırmaq yuxarıda qeyd olunan səbəblərə görə mümkün olmayacaq. Buna baxmayaraq, Rusiyadakı digər türk əsilli xalqlar rus idarəçiliyindən razı deyillər. Ukrayna müharibəsində Rusiya məğlub olarsa, bu dövlətlərin Rusiyanı tərk etmək tələbləri ortaya çıxa bilər.

O ki, qaldı həmin dövlətlərin Ukraynanın təşəbbüsü və tanıması ilə müstəqillik tələbi, bu, heç də real görünmür. Çünki belə bir halda digər dünya dövlətlərinin də onları müstəqil olaraq tanıması vacibdir. Bu səbəbdən də Ukraynanın hələlik etməli olduğu federasiyaya daxil olan dövlətlərin müstəqilliyini tanımaq deyil, Rusiyanı döyüş meydanında məğlub etməkdir. Çünki heç bir federasiya birliyi məğlub olmuş Rusiyanın ona hökmranlıq etməsini istəməz. Həm də onların arasında bəzi dövlətlər artıq öz müstəqilliyini tələb edir”.

Qeyd edək ki, 2022-ci il mayın 17-də Ukrayna prezidentinin saytında “Çeçenistan İçkeriya Respublikasının suverenliyinin tanınması” tələbi ilə bağlı petisiya qeydə alınıb. İyulun 12-nə olan məlumata görə, petisiya 119 səs toplayıb və onun baxılmaq üçün prezidentə təqdim edilməsi üçün 25 min səs lazımdır.

Elnur Ənvəroğlu

https://m.ednews.net/az/news/politics/529742-ukrayna-rusiyani-icden-zeifletmek-isteyir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir