KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Ukrayna ilə Rusiya arasında sülh İstanbulda imzalana bilər

Hasan Oktay: Ukrayna ilə Rusiya arasında sülh İstanbulda imzalana bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
97 0

Ukraynada səfərbərlik üçün yeni hərtərəfli plan elan olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski deyib. Ancaq dövlət başmısı səfərbər olunacağı gözlənilən Ukrayna vətəndaşlarının dəqiq sayını açıqlamayıb.

Ukrayna ordusunun Baş Qərargahı isə hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istəyib. Zelenski əlavə edib ki, belə səfərbərlik hökumətə 500 milyard qrivnaya başa gələcək.

Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç isə deyib ki, Ukrayna ilə Rusiya arasında sülh bağlanılmalı və Qərbə qarşı birgə məhkəmə iddiası qaldırılmalıdır: “Bir-birimizi öldürəcəyik, yüzlərlə, minlərlə, onminlərlə qurban verəcəyik. Nə üçün? Bundan Rusiya və Ukrayna nə əldə edir? İki regional mərkəz üçün hər iki tərəfdən minlərlə qurban verməklə nə qazanırıq? Tarixi baxımdan nə əldə etmişik? Biz ətrafımızda dayanan və iki bıçaqlı meymunun bir-birinin üzərinə atılmasını alqışlayan Vaşinqton və Brüsseldən olan dayılarınmı xoşuna gəlirik? Axı, bu, bizim nəyimizə lazımdır”.

Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qərb Ukrayna məsələsini yaxından izləyir.

Professorun sözlərinə görə, 2024-cü ildə sülh gözləntisi və müqavilənin İstanbulda imzalanması məsələsi gündəmdədir: “Türkiyə NATO ölkəsi olaraq, Macarıstan isə Avropa Birliyinin üzvü kimi Kiyev-Moskva arasında sülh sazişinin öz ölkələrində imzalanmasını istəyir və bu yöndə fəaliyyət göstərir. Qərb müharibənin Ukrayna ərazisindən Aİ coğrafiyasına sıçramasından qorxduğu üçün idarəolunan müharibə və məqbul sülh nəzəriyyəsi üzərində işləyir. Zelenski Rusiyanın işğal etdiyi ərazilərdən çıxacağı təqdirdə sülhə imza atacağını desə də, Rusiya bu günlərdə Ukraynanın ikiyə, hətta dördə bölünməsi üzərində işləyir. Təbii ki, bütün bu ssenarilər Zelenskini sülhə vadar etmək üçün irəli sürülür”.

Hasan Oktay:Zelenski Rusiyanın işğal etdiyi ərazilərdən çıxacağı təqdirdə sülhə imza atacağını desə də…

Hasan Oktay vurğulayıb ki, son zamanlar ordunun baş qərargah rəisi ilə prezident arasında fikir ayrılığı yaşanır. Hətta Qərbin Zelenskinin yerinə bu adamı hakimiyyətə gətirəcəyi ilə bağlı xəbərlər yayılır: “Bunlar psixoloji müharibə üsullarının tətbiqi nəticəsində yaranan məsələlərdir. Serbiya seçkilərinə etiraz və küçə nümayişləri Rusiyanın diqqətini yayındırmaq üçün yaradılmağa çalışılan yeni situasiyadır. HƏMAS-İsrail savaşı ilə Rusiya Qərbin diqqətini Ukraynadan İsrailə çəkdiyi kimi Qərb də Serbiya hadisələri ilə Moskvaya cavab verir. Belə görünür ki, Ukrayna müharibəsi bitməyəcək və dünyanın bir çox bölgələrinə yayılacaq”.

Aydın Baxış
https://bakivaxti.az/az/posts/detail/ukrayna-ile-rusiya-arasinda-sulh-istanbulda-imzalana-biler-1703828490

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir