KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: “Türküstan coğrafiyasını Türkiyə ilə birləşdirən yollar və tunellər sürətlə açılacaq”

Hasan Oktay: “Türküstan coğrafiyasını Türkiyə ilə birləşdirən yollar və tunellər sürətlə açılacaq”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
325 0

“Türkiyə olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət veririk”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib. O, qeyd edib ki, Türkiyə Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir. Onun sözlərinə görə, Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi Türkiyə üçün vacibdir.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Rəcəb Tayib Ərdoğanın Qazaxıstan görüşünü Bizimyol.info xəbər portalı üçün şərh edib. O, bildirib ki, Qazaxıstanda keçirilən görüşdə Ərdoğan öncə nəqliyyatla bağlı mühüm məsələlərə toxunub.

Həsən Oqtay Həsən Oqtay
“Transsərhəd elektrik xətləri, qatarlar və digər nəqliyyat vasitələri xüsusilə Çin böhranından sonra ciddi əhəmiyyət qazandı. Xüsusilə, Ukrayna-Rusiya böhranı və Xəzərin Qara dənizinin şimalındakı yollarda təhlükəsizlik problemlərinin olması Türkiyə mühüm tranzit marşrutuna çevrilib”,- deyə Həsən Oqtay əlavə edib ki, Putinin Türkiyənin Avropa ilə qaz problemində mühüm mərkəz ola biləcəyi ilə bağlı bəyanatından sonra Xəzər hövzəsi daha da əhəmiyyət kəsb edib.

Politoloq bildirib ki, Xəzər tuneli, qalan Tbilisi Qars dəmir yolu indi çox daha vacib hala gəlib.

“Türküstan coğrafiyasını Türkiyə ilə birləşdirən yollar və tunellər sürətlə açılacaq. Ermənistanı regionda normallaşdırmaq lazımdır” – deyə Hüseyn Oqtay əlavə edib.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna böhranı, ABŞ-Çin rəqabəti, koronavirus xəstəliyi dünyada əsas ehtiyacların istehsalı və ehtiyac bazarına çıxarılması nəqliyyatda böyük çətinliklər yaradıb. Belə ki, indi əsas ərzaq məhsulları demək olar ki, tükənir və ehtiyacı olanlara çatdırılmasında böyük böhran yaşanır.

“Ərdoğanın yol və nəqliyyat haqqında çıxışı ehtiyacın çox kiçik bir hissəsini qarşılayacaq. Bu, təcili ehtiyacların qarşılanması baxımından son dərəcə əhəmiyyətlidir” – deyən politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında problemlərin həlli regional sülh və bu yolların təhlükəsizliyi baxımından getdikcə daha çox əhəmiyyət daşıyır.

Hüseyn Oqtay qeyd edib ki, Ukrayna böhranı davam edərsə, bu yollar daha çox gündəmə gələcək. Ona görə də artıq bu barədə danışmaq yox, tez bir zamanda həyata keçirmək lazımdır. Ukrayna böhranı Belarusiya, Moldova kimi yerlərə yayıla bilər və Şərqi Avropa müharibə ilə alovlanabilər.

“Rusiya-Ukrayna böhranını öz xeyrinə çevirə bilməyəcək. İranda sistem dəyişikliyi olacaq. Tezliklə Çində sistem dəyişikliyi olacaq. Bundan sonra Türküstan coğrafiyası Türkiyə Xəzər dənizinin keçid tuneli ilə birləşəcək, buna hazırlıq görülməlidir” – deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir