KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Türkiyə, Rusiya və Ukrayna münasibətləri necə davam edəcək?

Hasan Oktay: Türkiyə, Rusiya və Ukrayna münasibətləri necə davam edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
188 0
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Rusiyaya Ukranya müharibəsinin bitməsi üçün bir sıra təklif irəli sürüb. O, qeyd edib ki, bu məsələlər onun Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı müzakirə edilib. Kalın əlavə edib ki, “bu bir plan deyil, sadəcə bəzi perspektivlərdir. Rusiyanın müharibədə qazandığını demək olmaz, indiyədək təxminən 500-600 min insan həlak olub. Rusiya hərbi və iqtisadi cəhəddən itkilər verməyə davam edir”.
“Müharibə başlamazdan əvvəl Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunda çıxış edərək bu münaqişənin dayandırılması üçün böyük səylər göstərib”.
Bu fikirləri Ednews-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.
Politoloq qeyd edib ki, bütün cəhdlərə baxmayaraq Türkiyənin bu cəhdi uğursuz alınıb.
“Müharibə başladığı andan Türkiyə tərəfsizliyindən çox yaxşı istifadə etdi və zaman-zaman bu münasibəti ilə həm tənqid olundu, həm də təqdir edildi. Montro boğazı razılaşması Türkiyəyə Ukrayna müharibəsi üçün çox kritik bir fürsətə çevirmişdi.
İsveç və Finlandiya Rusiya ilə qarşılaşmadan NATO-ya daxil olmaq üçün bacardıqları qədər müqavimət göstərdilər. Nəticədə Türkiyədəki seçkilərdə qalib gəlmək və bu prosesdə Qərblə qarşı-qarşıya qalmamaq üçün Finlandiya seçkidən əvvəl NATO-ya üzvlük vetosunu ləğv etdi. Seçkidən sonra İsveç Rusiya Türkiyəni bu münasibətinə görə tənqid etsə də, Türkiyə bu qədər müqavimət göstərə bildi”.
Politoloq Türkiyənin sülh üçün İstanbul masası qurduğunu  və ciddi bir toplantı keçirildiyini vurğulayıb:
“Lakin rus hərbi və təhlükəsizlik bürokratları bu masanı yararsız hala saldılar. Bu, sülh üçün ən etibarlı addım olsa da, heç bir nəticə əldə oluna bilmədi.  Sonrakı danışıqlarda taxıl dəhlizi çox vacib addım kimi görünürdü, amma sonda Rusiya bu prosesin onun əleyhinə işlədiyini söyləsə də, buna davam etdi”.
Hasan Oktayın sözlərinə görə, ötən ay Çin prezidenti iflasla bağlı 12 bənddən ibarət təklif təqdim etdi, bu da birmənalı qarşılanmadı.
“Keçən həftə Ankarada KEİB parlament sədrlərinin toplantısında Ukrayna-Rusiya müharibəsinin kiçik əksini yaşadıq. Rusiya rəsmiləri Ukrayna bayrağını endirmək istəyəndə ukraynalı deputatlar rusiyalı məmura hücum etdilər. Hətta bu, iki ölkə arasındakı müharibənin gərginliyinin nə qədər dərin olduğunu göstərir. Türkiyənin təklifləri indi hər iki ölkə tərəfindən araşdırılsa da, tərəflərin tələbləri qəbul edilmir. Belə olanda sülh üçün daha güclü cəhd lazımdır. Bundan başqa, Türkiyədə prezident seçkiləri keçiriləcək və seçkinin nəticələrinə görə yeni gediş edilməlidir. Çünki Ərdoğanın Rusiya ilə çox yaxşı münasibətləri olsa da, bunun nəticəsində seçkinin nəticələrinə görə yeni münasibət sərgilənməlidir”.
Aysel Şahmar
https://ednews.net/az/news/world/592664-turkiye-rusiya-ukrayna-munasibetleri-nece

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir