KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyəyə qarşı informasiya çirkliliyi: “İsrail sosial media vasitəsilə ictimai rəy yaratmağa çalışır”

Hasan Oktay: Türkiyəyə qarşı informasiya çirkliliyi: “İsrail sosial media vasitəsilə ictimai rəy yaratmağa çalışır”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
139 0

Türkiyəyə qarşı informasiya çirkliliyi: “İsrail sosial media vasitəsilə ictimai rəy yaratmağa çalışır” – Hasan Oktay

İranda İsmayıl Haniyənin qətlindən sonra Türkiyə sosial mediada ciddi informasiya çirkliliyi ilə üzləşdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədir, professor Hasan Oktay deyib.

Analitik “Instagram” sosial şəbəkəsinin Türkiyədə fəaliyyətinin qeyri-müəyyən müddətə qədər dayandırılmasının səbəblərini izah edib.
Onun sözlərinə görə, xüsusilə də İsrail sosial media vasitəsilə Türkiyədə ictimai rəy yaratmağa çalışır:

“Onlar saxta PKK hesabları açaraq, ölkənin şərqi və cənub-şərqində üsyan hazırlamağa çalışırlar. Xüsusilə İsmayıl Haniyənin bu gün cənazəsi emosional fon yaratdığından Türkiyədə matəm günü elan edildi. Bu matəmlə bağlı ictimai rəydə fikir ayrılığına səbəb olmamaq üçün sosial mediaya məhdudiyyətlər qoyulub. Çünki bu matəm elanı Türkiyədə geniş etirazla üzləşib.
Türkiyə müxalifətinin yükünün böyük hissəsinin İsrail tərəfindən idarə olunması qəbuledilməzdir. İranda sui-qəsdin necə baş verdiyi və onu kimin həyata keçirməsi ilə bağlı müzakirələr isə özü-özlüyündə ölkəmizdə parçalanmaya səbəb olub”.

Rafi Müslümov

https://yenicag.az/turkiyeye-qarsi-informasiya-cirkliliyi-israil-sosial-media-vasitesile-ictimai-rey-yaratmaga-calisir-hasan-oktay/

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir