KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyənin PKK-ya qarşı əməliyyatlarında yeni dövr başlayır

Hasan Oktay: Türkiyənin PKK-ya qarşı əməliyyatlarında yeni dövr başlayır

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
25 0

Bağdadla Ankara arasında RAZILAŞMA: Türkiyə ordusunun PKK-ya qarşı əməliyyatlarında yeni dövr başlayır
1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulanda şərqdə Gürcüstan və Ermənistan SSRİ-nin tərkibində forpost kimi saxlanıldığı halda, 1925-ci ildə min il türklərin hökmranlığı altında olan İran ingilislər tərəfindən farslara təslim edildi. Osmanlı dövləti dağılana yaxın isə cənub sərhədləri ingilislər və fransızlar tərəfindən işğal edildi. Daha sonra da bu torpaqlarda İraq və Suriya dövlətləri quruldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İraq səfərindən sonra Bağdadla Ankara arasında əldə olunan razılaşmadan söz açıb.

KAFKASSAM sədri hesab edir ki, bu dövlətləri quran Böyük Britaniya-Rusiya cütlüyünün məqsədi türklər arasında birliyin qarşısını almaq üçün Türkiyəni təzyiq altında saxlamaq, eləcə də onun ətrafına edə biləcəyi təsiri minimuma endirmək idi:

“Türkiyə zaman keçdikcə bu maneələri aşmağa başlayanda PKK terror təşkilatı yaradıldı. Bu təşkilatın arxasında kimin dayandığı məsələsi illərdir müzakirə edilir, lakin Türkiyə bu təşkilatı dağıtmaq üçün israrla böyük mübarizə aparırdı. Xüsusilə ABŞ-nin İraqdakı 2003-cü il əməliyyatlarından sonra İraqın şimalı PKK üçün əlverişli bölgəyə çevrildi. Suriya böhranından sonra isə peşmərgələr yaranan boşluqdan istifadə edərək, Türkiyəyə qarşı hərəkətə keçməyə və bölgədə hökmranlıq qurmağa başladılar. Prezident Ərdoğanın İraqa son səfəri zamanı imzalanan üçtərəfli razılaşma ilə Türkiyə, ilk olaraq, İraqın şimalına nəzarət etmək fürsəti əldə etdi və onun yerinə cənub-şərq sərhədlərində terroru dağıtmaq üçün hərəkətə keçdi.

Hesab edirəm ki, Türkiyə PKK terror təşkilatını darmadağın edəcək və beləliklə, İraq dövləti öz ərazisində hakimiyyətini quracaq. Bundan başqa, İraqda təkcə PKK deyil, bir çox terror təşkilatları da fəaliyyət göstərir ki, yaxın perspektivdə onlar da məhv ediləcək”.

Qeyd edək ki, İraqla bağlanan müqaviləyə görə türk ordusu sərhəd boyunca 300 km dərininə isə 40 km. olan ərazini bufer zona olaraq istifadə edə biləcək.

Ankarada hesab edirlər ki, bu razılaşma Türkiyənin sərhəd ətrafı əməliyyatlarında yeni bir era aça bilər. Belə ki, bundan öncə Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan etmişdi ki, Türkiyə dövləti bu ilin yay aylarına qədər PKK-nın Şimali İraqda yerləşən bir sıra düşərgələrinə intensiv hava və quru hücumları həyata keçirərək, bu terror təşkilatının kökünü kəsəcək.

Rafi Müslümov
https://yenicag.az/bagdadla-ankara-arasinda-razilasma-turkiye-ordusunun-pkk-ya-qarsi-emeliyyatlarinda-yeni-dovr-baslayir/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir