KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: “Türkiyənin nə Avropa İttifaqından, nə də NATO-dan imtina etmək şansı yoxdur”

Hasan Oktay: “Türkiyənin nə Avropa İttifaqından, nə də NATO-dan imtina etmək şansı yoxdur”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
247 0

Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Avropa Birliyi Türkiyədən qopmağa çalışır. Qiymətləndirməmizi edəcəyik və bu qiymətləndirmələrdən sonra lazım gələrsə, Avropa Birliyi ilə yollarımızı ayıra bilərik” -deyə verdiyi açıqlama sözün əsl mənasında dünya gündəmində yer tutub. Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl hava limanında sualları cavablandırıb. O, deyib ki, tezliklə Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün Nyu-Yorka gedəcək. “BMT-nin bütün üzv ölkələrinin təmsil olunduğu Baş Assambleyanın müzakirələrində 150-dən çox ölkənin dövlət və hökumət başçıları səviyyəsində iştirakı gözlənilir. Hər il olduğu kimi bu il də ABŞ-da son dərəcə sıx təmas və görüş trafikimiz olacaq”-deyə prezident Rəcəb Tayyib Ərdoğan əlavə edib.
Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay prezident Ərdoğanın bu açıqlamasını Bizimyol.info xəbər portalı üçün şərh edib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan keçən iyul ayında Vilnusda keçirilən sammitdə “Məqsədimiz Avropa Birliyidir” cümləsini açıq və aydın şəkildə işlətmişdi. Onun iki aydan az bir müddət sonra belə bir cümlə işlətməsi prezidentin BMT samitində çıxışı ilə bağlı ipucu vermək baxımından son dərəcə əhəmiyyətlidir.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay
“Sentyabrın əvvəlində Soçidə keçirilən Putin-Ərdoğan görüşündə Ərdoğan taxıl dəhlizi məsələsi ilə bağlı BMT kürsüsündə bütün dünyaya müjdə vermək və bununla da gündəmi müəyyən etmək istəyirdi. Ancaq Soçi görüşündə gözlənilən nəticə əldə olunmayanda Ərdoğan gündəmi dəyişmək üçün Avropa Birliyi məsələsini önə çəkmək istəyir. Türkiyənin Avropa Birliyi layihəsi dövlət siyasətidir, əslində 150 illik layihədir. Ərdoğanın Avropa Birliyindən imtina edib başqa birliyə doğru getməsi şansı demək olar ki, yoxdur. Amma buna baxmayaraq, hazırda ən çox görüşdüyü Putinlə birlik yaradaraq, Qərblə üz-üzə gəlmək istəməsi Ərdoğan üçün çox da yaxşı nəticə verə bilməz”-deyən Oqtay hesab edir ki, Türkiyə-Rusiya-Şimali Koreya birliyi kimi bir anlayışa gətirib çıxaracaq ki, bu da Türkiyənin beynəlxalq sistemdəki nüfuzunu xeyli zəiflədəcək.

Politoloq vurğulayıb ki, Ərdoğanın həm Türkiyədə, həm də dünyada gündəm yaratmaqda ciddi problemi olduğu üçün onun zaman-zaman belə açıqlamalar verdiyi müşahidə edilir. Ərdoğanın 22 illik tarixə malik siyasətinə baxdıqda bunu daha asan və aydın şəkildə başa düşmək olar. Vilnüs görüşündə Finlandiya və İsveçin NATO-ya üzv olacağına söz versə də, hətta Avropa Birliyinə daxil olmağın ən böyük hədəf olduğunu desə də, indi bunu deməsi çox məqbul və başa düşülən deyil.

“Belə bir açıqlama verildiyi üçün indi bütün yerli və xarici mətbuat bundan danışır. Türkiyənin nə Avropa İttifaqından, nə də NATO-dan imtina etmək şansı yoxdur”-deyə Həsən Oqtay əlavə edib.

İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/469541.html?fbclid=IwAR2B6ou6hzD1G-oAOiPKG8eno016Ez6l5Ju9qNxhKYdFOd7CEYOCm7ec6Ts

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir