KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyədə seçkilər təxirə salınacaqmı: “Şərait tələb edərsə…”

Hasan Oktay: Türkiyədə seçkilər təxirə salınacaqmı: “Şərait tələb edərsə…”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
195 0

Türkiyədə 38 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra yaxınlaşan seçkilərin təxirə salınacağı ilə bağlı məlumatlar yayılıb.

Prezident seçkiləri əslində iyunun 18-də keçiriləcəkdi. Sonradan qərar verildi və seçkilərin may ayında olacağı bildirildi. On gün əvvəl baş verən zəlzələ isə seçkilərin təxirə salınacağı ab-havasını yaradıb. Baş verən zəlzələ fonunda seçkilər təxirə salına bilərmi?!

“Türkiyənin 10 vilayəti 100 min km² əraziyə və 14 milyon əhaliyə təsir edən güclü zəlzələ ilə üzləşdi. Aradan on gün keçməsinə baxmayaraq, dağıntılar altında hələ də sayı bilinməyən qədər insan var. 61 min ev dağılıb, minlərlə ev yaşayış üçün yararsız vəziyyətə düşüb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.Hazırda hökumət bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edib. Amma şərtlər tələb edərsə, bu müddət artırıla bilər”. Bu barədə bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay açıqlama verib. Bildirib ki, zəlzələdən 10 gün keçməsinə baxmayaraq, bölgədə lazımi və kifayət qədər işlər görülmür. Bölgə əhalisi sürətlə Türkiyəyə yayılır.

“Hava şəraiti, qış və soyuq olduğu üçün bölgə əhalisi yaşayış yeri ilə kifayət qədər təmin edilmir. Bu müvəqqəti köç zamanla daha çox problemlər yarada bilər”.

Zəlzələyə görə, seçkilər təxirə salına bilərmi sualına gəldikdə isə siyasi şərhçi bildirib ki, Türkiyədə seçkilərin təxirə salınması ilə bağlı konstitusiya səlahiyyəti bəllidir. Yəni müharibə vəziyyəti varsa və ya Türkiyə müharibə elan edirsə, yaxud xarici dövlət Türkiyəyə müharibə elan edirsə, prezidentin seçkini təxirə salma səlahiyyəti var.

“Fövqəladə vəziyyətlə bağlı seçkilərin təxirə salınmasından söhbət gedə bilməz. Lakin hökumət mayın 14-də keçirməyi planlaşdırdığı seçkini normal tarixdə iyunun 18-də keçirə bilər.

Hazırkı vəziyyətdə belə geniş ərazinin dağılması fonunda seçki keçirilsə, “iqtidar seçkidə uduzar” narahatlığı ilə Ali Seçki Şurası vasitəsilə seçkini ləğv etdirməyə çalışırlar. Ancaq müxalifət buna icazə verməyəcəyi üçün Türkiyə sürətlə seçki qarışıqlığı atmosferinə doğru irəliləyir”-deyən Oktay bildirib ki, seçkilər iyunun 18-də keçirilə bilər və təxirə salmaq prezidentin səlahiyyətində olmayan bir məsələdir. Amma əgər bu baş verərsə, Türkiyədə demokratik bir xaos yaranar.

“Belə olan şəraitdə Türkiyə zəlzələnin də yaratdığı dağıntılarla anti-demokratik, diktator rejimli bir ölkəyə doğru sürətlə irəliləyər. Bu isə Türkiyə üçün yaxşı nəticələnməz. Türkiyə demokratik ölkədir və buna görə də hərəkət etməlidir”-deyə Oktay əlavə edib.

İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/442628.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir