KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə NATO münasibətləri: – “Rusiya və ABŞ Türkiyənin mövqeyini tanımalıdır”

Hasan Oktay: Türkiyə NATO münasibətləri: – “Rusiya və ABŞ Türkiyənin mövqeyini tanımalıdır”

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
369 0

Siyasi baxışlarına görə Qərblə müəyyən ziddiyyətlər yaşayan Türkiyə əslində Qərbin dünyada təhlükəsizlik məqsədilə formalaşdırdığı Şimali Atlantik Alyansı təşkilatının, yəni NATO-nun ən faydalı və aparıcı üzvlərindəndir. 1952-ci ilin 18 fevral tarixində Tükiyə NATO-ya üzv olub və həmin tarixdən bəri Qərb ittifaqında bir çox anti-terror əməliyyatlarında aktiv iştirak edib.

Türkiyə bu gün də təşkilatın üzvü olmaqla öz ərazi təhlükəsizliyi uğrunda, habelə Orta Şərqdə bir sıra mühüm əməliyyatlarda uğurla çıxış etməkdədir. Lakin bir çox hallarda xüsusilə geosiyasi maraqlarda Qərblə toqquşan Türkiyə, ittifaq üzvü olduğu halda bu alyansın çətiri altında özünü tam güvəndə hiss edə bilmir.

Məsələn, ötən ildən bəri həll edilməmiş qalan F-16 və F-32 qırıcı təyyarələrinin Türkiyəyə verilməsi, uzun müddətdən bəri Türkiyə sərhədlərinə yaxın olan Suriyanın İdlib bölgəsində mövcud olan təhlükəli vəziyyət, o cümlədən Qərbin Orta Şərqdə terrorçu qruplaşmalara pərdə arxasından maddi yardım göstərib, lakin dünyanın gözündə onlarla riyakarca mübarizə aparması və bu kimi bir çox qeyri-səmimi olaylar tərəfdaşlıq münasibətlərində çatlar əmələ gətirir.

Məsələ ilə bağlı Ednews-a danışan KAFKASAM siyasi araşdırmalar mərkəzinin rəhbəri, türkiyəli siyasi analitik, doktor Həsən Oqtay ilk olaraq, NATO-nun Türkiyə üçün faydasından söz açıb.

Tarihi Gerçekler. – Prof. Dr Hasan OKTAY – Haber Pars – Daima Doğru ve Gerçeğin Yanında

“İkinci Dünya Müharibəsi illərində Türkiyə tərəfsizliyini qoruyaraq, müharibənin sarsıdıcı təsirlərindən qurtulmağa çalışdı. Ancaq müharibənin sonunda baş verən dünya konyukturası və Rusiyanın dünyaya yayılma strategiyası istər-istəməz Türkiyəni yeni proseslər qarşısında seçim etməyə məcbur etdi. Beləliklə, Türkiyənin 200 illik dövlət siyasəti olan qərbləşmə nöqtəsində yeni qurulmaqda olan NATO ilə birlikdə hərəkət etmək üstünlüyü inkişaf etdi. NATO qərb ittifaqı olsa da, Türkiyənin müraciətini müsbət qiymətləndirib, türk və müsəlman dövlətini tərkib hissəsinə daxil edib.

Rusiyanın imperialist siyasəti dünyanın bir çox ölkəsində ciddi risk və təhlükə yaratsa da, Türkiyə həmişə bu risklərə qarşı davam gətirib. Hətta 1979-cu il Əfqanıstan hadisələrində də Türkiyənin seçiminin əsaslarının nə qədər doğru olduğu özünü açıq-aydın göstərdi”.

Siyasi analitik həmçinin bildirib ki, Türkiyə fayda baxımdan NATO-dan daha fərqli və daha çox şeylər gözləyirdi. Onun sözlərinə görə, ittifaqın tərkində olduğu müddətdə, Türkiyə hərbi standartlarını NATO-ya uyğun inkişaf etdirib.

“Bu müddətdə Türkiyə Qərb dövlətləri ilə sıx əlaqələr qurub. Təbii ki, NATO-nun da Türkiyəyə bir çox faydası olub. Soyuq müharibə zamanı Türkiyə qərb blokunda olduğu üçün NATO-dan həm də Sovetlərə qarşı qalxan kimi istifadə edib. Lakin Sovet işğalından sonra Türkiyə regionda yeni bir anlayışla qarşılaşdı. Türkiyə bir tərəfdən NATO ölkəsi, digər tərəfdən isə Rusiya Federasiyası ilə yaxşı münasibətlər qura bildi. Bu həm də Qərb tərəfində Türkiyəyə qarşı qısqanclıq hissləri oyatdı”.

Söhbət əsnasında Həsən Oqtay strateji güc baxımdan tərəflərin hansının daha çox faydalı olduğu və hansı tərəfin digərindən daha çox asılı olduğu məqama da toxunub.

“Əslində güc nisbəti baxımdan NATO Türkiyənin, Türkiyə də NATO-nun sayəsində güclüdür. Türkiyə NATO-nun ikinci ən böyük ordusudur. Bu isə Türkiyəni NATO-da əvəzolunmaz bir müttəfiqə çevirir. Xüsusən də Avropa İttifaqının bərqərarından sonra Avropanın müdafiəsi dedikdə ağıla ilk gələn ölkə Türkiyə olur. Bu vəziyyət Türkiyəyə müsbət mənada ciddi töhfə verib”.

O, həm də Türkiyənin NATO-dan gözlətiləri barədə də söz açıb.

“Türkiyə NATO üçün faydalı olduğu qədər də, həm də ondan gözləntiləri də var. Türkiyənin əsas priotiteti NATO Baş Katibliyidir. Çünki NATO-nun ikinci böyük ölkəsi qüdrətli ölkə olsa da, indiyədək bir türk baş katibi olmayıb. Bu məqamda deyə bilərəm ki, Türkiyənin NATO-dan böyük umacağı var”.

Bəzən dövlət təhlükəsizliyi və prinsiplərinə aid maraqlarına görə Türkiyə həm Orta Şərqdə, həm də bəzi siyasi məsələlərdə Qərblə qarşı-qarşıya gələ bilir. Türkiyənin bu addımı Qərblə münasibətlərdə kritik bir durum yaratmasa da, müəyyən dərəcədə mənfi səbəblər meydana gətirə bilir. Həsən Oqtayın fikrincə, Qərblə maraqların toqquşması Türkiyənin müstəqil dövlət olaraq şərq ölkələri ilə Qərbin diktəsi olmadan əlaqələr qurmaq niyyətidir.

“ Türkiyənin geosiyasi prioriteti və strateji mövqeyi ondan həm NATO, həm də şərq ölkələri ilə əlaqələr qurmağı tələb edir. Türkiyənin xarici siyasətdə müstəqil hərəkət etməsi olduqca normaldır və bu, Türkiyə üçün vazkeçilməz məqamdır. Türkiyə NATO-nun özünəməxsus prinsiplərinə uyğun rolu yerinə yetirərkən, həm də öz müstəqil xarici siyasətini həyata keçirir. Bu isə daha çox şərqdə gözü olan ABŞ-ı qıcıqlandırır. Buna baxmayaraq, Türkiyə yeni dövrdə NATO ilə birlikdə hərəkət edərək eyni anda NATO-ya yox deyə bilən bir strategiyanı da həyata keçirə bilir”.

Türkiyənin Rusiya ilə birlikdə hərəkət etdiyinə baxmayaraq, o yeri gəldikdə, NATO adından çıxış edərək Rusiyaya yox deyə bildiyini qeyd edən siyasi analitik vurğulayıb ki, bunu ABŞ, həm də Rusiya görməlidir.

“Türkiyə NATO ilə birlikdə hərəkət edəcək, eyni zamanda Rusiya ilə də mehriban qonşuluq çərçivəsində öz siyasətini sürdürəcək”.

Elnur Ənvəroğlu

https://ednews.net/az/news/analytical-wing/504103-turkiye-nato-munasibetleri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir