KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə – Ermənistan yaxınlaşması: Sərhəddəki görüşün perspektivləri

Hasan Oktay: Türkiyə – Ermənistan yaxınlaşması: Sərhəddəki görüşün perspektivləri

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
88 0

“Rusiya 30 ildir Cənubi Qafqazda öz siyasətini Ermənistan vasitəsilə həyata keçirdiyi halda, Ermənistanın 44 günlük müharibədən sonra Rusiyadan uzaqlaşmaq və Qərbə açılmaq cəhdləri üzərinə, bu yeni dövrdə Rusiya daha 30 il Cənubi Qafqazda qalmaq istəyini nümayiş etdirəcək. Türkiyə bu hadisələri yaxından izlədiyi üçün bütün mümkün addımlar üzərində işləyir və sərhəd qapısının açılması qərarını bir seçim olaraq saxlayır”.

Bu sözləri Ednews – a KAFKASSAM sədri Hasan Oqtay Türkiyə və Ermənistan arasında dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası imkanlarını şərh edərkən söyləyib:

hI5PDxz9YkVZPF3awLA9.jpg

“1991-ci ilin dekabrında SSRİ dağılandan sonra Türkiyə üç Cənubi Qafqaz ölkəsini, Azərbaycan, Gürcüstan və Ermənistanı tanıdı, onların sərhəd qapılarını açdı, Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu, səfirliklər açdı, lakin Ermənistanla diplomatik əlaqələr qurmadı və səfirliklər açmadı. SSRİ, tarixi Çarlıq dövründən başlayan Cənubi Qafqaz siyasətini davam etdirdiyi kimi, yeni yaradılmış Rusiya Federasiyası bu siyasətini davam etdirmək istəyirdi. Ona görə də Dağlıq Qarabağ problemi ilə bağlı regionda qalmaq üçün Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaq və Ermənistanın Rusiya adından Azərbaycan torpaqlarını işğal etməsi bu diplomatik münasibətlərin qurulmasına mane olub. Halbuki Türkiyənin Ermənistanla sərhəd qapılarını açması onun xoş niyyətindən xəbər verirdi. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcər ermənilər tərəfindən işğal olunanda Türkiyə bu işğalı əsas gətirərək Ermənistanla açdığı sərhəd qapılarını bağladı. Təxminən 30 ildən sonra Azərbaycan 44 günlük müharibə ilə işğal altında olan torpaqlarını azad etdi. Kəlbəcər də bu işğaldan azad edilən torpaqlar sırasında olduğu üçün Türkiyənin Ermənistanla sərhədlərini bağlamaq bəhanəsi aradan qalxmış oldu. Lakin Türkiyə Cənubi Qafqaza ədalətli və davamlı sülh gətirmək üçün sərhəd qapılarını açmaq qərarını müvəqqəti olaraq daim təxirə salırdı”.

Ekspert bildirib ki, 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmasından sonrakı prosesdə Türkiyə ilk olaraq altıtərəfli görüş təklif etsə də, Rusiya ilə münasibətləri pis olduğu üçün bu, nəticə vermədi.

“2022-ci ildə Türkiyə xüsusi nümayəndələr vasitəsilə əvvəlcə Moskvada, daha sonra Avstriyanın paytaxtı Vyanada Ermənistanla görüşməyə başladı. Sonuncu dəfə 2022-ci il iyulun 1-də baş tutan 4-cü iclasda Türkiyə və Ermənistan sərhədlərinin üçüncü ölkə vətəndaşlarına açılmasına qərar verilib. Bu qərara baxmayaraq, Türkiyə Azərbaycanla Ermənistan arasında münaqişələrin həlli və Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh müqaviləsinin imzalanması üçün sərhəd qapısı ilə bağlı bu qərarın icrasını daim gecikdirirdi. Noyabrın 10-da imzalanan sazişdən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Türkiyənin məqsədi Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü sülh sazişini təmin edərək bölgəyə daimi əmin-amanlıq gətirməkdir. Xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında keçirilən son danışıqlarda 1 iyul 2022-ci il tarixli qərara bənzər bir qərar qəbul edilib və iki ölkənin diplomatik və ya rəsmi pasportlara malik üzvlərinə viza məsələsi ilk olaraq buna istinadən ediləcək. Moskva səfirlikləri, daha sonra isə Gürcüstandan və ya İrandan gələn sərhəd qapılarında Tbilisi səfirliklərində hava yolu ilə gedərkən viza ehtiyacını azaltmaqla tranzit asanlaşdırılacaq. Bu, sərhəd qapısının açılması ilə bağlı yeni addım kimi qiymətləndirilir.

Politoloqun fikrincə Cənubi Qafqazda davamlı və ədalətli sülhə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan üçtərəfli sülh sazişinin imzalanması irəli sürülməli olan ilkin şərtlərin həllinə vaxt verilməsi ən yaxşı üsul kimi görünür:

“Üçtərəfli sülh sazişdən sonra sərhəd qapısında dəmir yolunun təkmilləşdirilməsi və yolların sürətlə istifadəyə verilməsi üçün ilkin hazırlıq işləri görülüb. Rusiya 30 ildir Cənubi Qafqazda öz siyasətini Ermənistan vasitəsilə həyata keçirdiyi halda, Ermənistanın 44 günlük müharibədən sonra Rusiyadan uzaqlaşmaq və Qərbə açılmaq cəhdləri üzərinə, bu yeni dövrdə Rusiya daha 30 il Cənubi Qafqazda qalmaq istəyini nümayiş etdirəcək. Türkiyə bu hadisələri yaxından izlədiyi üçün bütün mümkün addımlar üzərində işləyir və sərhəd qapısının açılması qərarını bir seçim olaraq saxlayır. Cənubi Qafqazda davamlı və ədalətli sülhə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan üçtərəfli sülh sazişinin imzalanması, Ermənistan – Azərbaycan və Türkiyə arasında irəli sürülməli olan ilkin şərtlərin həllinə vaxt verilməsi ən yaxşı üsul kimi görünür”.

Əkbər Novruz

https://ednews.net/az/news/politics/672286-turkiye-ermenistan-yaxinlasmasi-serheddeki-gorusun

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir