KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünü təmin etmək lazımdır

Hasan Oktay: Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünü təmin etmək lazımdır

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
214 0

Ərdoğan ilk səfər ənənəsini pozmamaq üçün bunu etmədi – Türk professor

 

Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünü təmin etmək lazımdır

“Mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gələn Ərdoğan ənənə halını alan ilk beynəlxalq səfərini Kipr və Azərbaycana etdi. Kipr beynəlxalq hüquqa görə tanınmamış ölkə hesab edildiyi üçün Ərdoğanın seçkidən sonra ilk rəsmi dövlət səfəri Azərbaycana olub”.

Bu sözləri AzNews.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana səfər etməsini şərh edərkən bildirib.

“Ənənəni pozmamaq üçün Ərdoğan bu yaxınlarda Moldovada baş tutan mühüm toplantıya qatılmadı. Türkiyə-Azərbaycan münasibətləri nadir dövlətlərarası əlaqələrdən sayılır. Ən çox görüşən liderlər arasında isə Ərdoğan və Əliyev birinci yerdədir. Daha sonra bu siyahıya Ərdoğan Putin danışıqları da əlavə edilir”, – deyə o əlavə edib.

Hasan Oktay onu da vurğulayıb ki, bu gün Türk Dövlətləri Təəşkilatının üzvləri arasında Türkiyə-Azərbaycan əlaqələri çox inkişaf etməkdədir:

“Xüsusilə Qarabağda 7 rayonun işğaldan azad edilməsi uğrunda gedən mübarizədə Türkiyə Azərbaycana hər cür dəstək verdi. Bundan sonra da görüləsi çox iş var. Bunlardan birincisi regionda yaranacaq təhlükələrə qarşı Azərbaycanla hərbi əməkdaşlığı maksimuma çatdırmaq, Azərbaycanın müasir döyüş strategiyası və silahları əldə etməsini təmin etməkdir. Azərbaycan-Türkiyə münasibətlərini Şuşa bəyannaməsindən kənara çıxarmaq və ən əsası Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünü təmin etmək lazımdır. Bu, Azərbaycanın enerji resurslarının sağlam şəkildə Qərb bazarına çıxması üçün vacibdir”.

Ayan Rzayeva

https://www.aznews.az/news/surveillance_point/317600.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir