KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Türkiyə-Ermənistan-Azərbaycan sülhü bölgəyə sabitlik və sülh gətirəcək

Hasan Oktay: Türkiyə-Ermənistan-Azərbaycan sülhü bölgəyə sabitlik və sülh gətirəcək

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
274 0

“44 günlük Qarabağ müharibəsindən sonra imzalanan Moskva sazişi regionda gərginliyin qarşısını almaq üçün yetərli olmadı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib. Politoloq qeyd edib ki, Ermənistan Türkiyə ilə daha yaxşı münasibət içərisində olmaq üçün Paşinyanmaz yanaşmalar göstərməyə başlayıb:

“Ötən gün Soçidə Putinin sədrliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri yenidən görüşərək problemləri müzakirə etdilər. Amma nə Ermənistan, nə də Azərbaycan üçün gözlənilən nəticə alınmadı. Məhz Paşinyan Soçi görüşündən sonra İrana gedərək orada da regional məsələlərlə bağlı danışıqlar apardı. Paşinyan bildirdi ki, Ermənistan Türkiyə ilə ünsiyyətdə çətinliklərin öhdəsindən gələ bilib. Əvvəla, hər kəs regionda öz maraqlarını sırımağa çalışdığından, Ermənistan Türkiyə ilə daha yaxşı münasibət içərisində olmaq üçün Paşinyanmaz yanaşmalar göstərməyə başlayıb. Çünki Türkiyənin Cənubi Qafqazda sülhü istəməkdən başqa və Azərbaycanın daha güclü hala gəlməsindən başqa heç bir istəyi və gözləntisi yoxdur. Bu da Ermənistan tərəfindən artıq anlaşılmaya başlayıb. Ermənistan bölgədəki mövcudluğunu saxlamaq istəyirsə, bunu ancaq və ancaq Türkiyə ilə birlikdə edə biləcəyini görməyə başlayıb. Çünki nə İran, nə də Rusiya Ermənistana lazımi əhəmiyyət və hörmət göstərmir və göstərməməkdədir.

Azərbaycan Ermənistanla daim gərginlik yaşasın deyə nə Dağlıq Qarabağ problemi, nə Laçın dəhlizi, nə də Zəngəzur dəhlizi həll olunmadığı üçün bu problemlər üzərindən Azərbaycana təzyiqlər edildiyi üçün Türkiyə-Ermənistan-Azərbaycan sülhü region üçün ən vacib məsələyə çevrilib. Bunun üçün Ermənistan Rusiya və İrandan gözləntilərini doğrulda bilmədiyi üçün Türkiyəyə üz tutmalı oldu. Hesab edirəm ki, Türkiyə-Ermənistan-Azərbaycan sülhü bölgəyə sabitlik və sülh gətirəcək”.

Aynurə

Demokrat.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir