Şimdi yükleniyor

Hasan Oktay: Terrorsuz Türkiyə yolunda tarixi addım

Kafkassam başkanı Hasan Oktay Azerbaycanda yayın yapan Respuplika gazetesine açıklama yaptı.


Qafqaz Strateji Araşdırmalar Mərkəzininin (KAFKASSAM) təsisçisi prof, dr. Hasan Oktay mövzunu şərh edərək deyib: “Ötən illər ərzində PKK Orta Şərqdə Türkiyəyə qarşı mübarizə aparmaq üçün bir meydan formalaşdırıb və ətrafında ciddi xarici dəstək əldə edib. Nəticə etibarilə bu gün PKK Türkiyəyə qarşı apardığı mübarizəni uduzduğuna görə öz mövcudluğunu sona çatdırmaq qərarı alıb. Qrup bu mübarizəni yeni bir müstəviyə daşımaq yolunu seçib. Silahı yerə qoyduğunu və bundan sonrakı dövrdə tələblərini siyasi gündəmə gətirəcəyini bəyan edən təşkilatın irəli sürdüyü məsələlər Türkiyə Cümhuriyyəti dövləti tərəfindən yaxından izləniləcək. Bu səbəbdən Prezident Ərdoğan bu prosesi “həssaslıqla yaxından izləyəcəyik” ifadəsi ilə xarakterizə edib”.

Professor əlavə edib ki, ölkədə Öcalana əfv gözləntisi və Türkiyə Cümhuriyyəti Konstitusiyasında dəyişikliklərlə bağlı istəklər də mövcuddur: “Bu məsələlər qarşılıqlı olaraq yaradılacaq heyətlər tərəfindən diqqətlə izləniləcək, araşdırılacaq və həyata keçirilməsi mümkün olanlar yerinə yetirilə bilər. Lakin tələblər təzyiq vasitəsinə çevrildiyi anda Türkiyə Cümhuriyyəti dövlətinin heç bir terror təşkilatı ilə pazarlıq etməyəcəyi hər kəsə məlumdur. Dövlət Baxçalı da bu kontekstdə “Əgər terror bitəcəksə, onda Abdullah Öcalan gəlsin və parlamentdə təşkilatın ləğv olunduğunu elan etsin” ifadəsini işlədib. Bundan sonrakı mərhələdə müsbət tendensiya müşahidə ediləcəksə, yeni bir etimad mühiti formalaşa bilər”.
https://respublika-news.az/az/news/terrorsuz-turkiye-yolunda-tarixi-addim

Share this content:

Yorum gönder