Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

Hasan Oktay: “terror, İslam ölkələrinin taleyi deyil, bundan xilas olmaq asandır”

Gündem 16 Nisan 2016
637

Müsəlman ölkələrinin daha çox terrora məruz qalmasının əsas səbəbləri açıqlandı

işid
Xəbər verildiyi kimi, Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin birinci sessiyasında çıxışı zamanı Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb. Prezident daha sonra bu gün dünyada islamofobiyanın ciddi təhlükələrdən biri olduğunu bildirib: “Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində, İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.
Elə siyasi şərhçilər də birmənalı olaraq Prezidentin səsləndirdiyi fikrə dəstək verirlər. Terrordan daha çox müsəlmanların əziyyət çəkməsini isə müxtəlif səbəblərlə izah edirlər.

Hasan Oktay: “Bu, İslam ölkələrinin taleyi deyil, bundan xilas olmaq asandır”
10561802_10153265574507375_3178343235061588344_n
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Osmanlı dövlətinin süqutundan sonra İslam ölkələri coğrafiyasında rus, ingilis, fransız işğalları meydana çıxdı: “Daha sonra fərqli zamanlarda müstəqillik prosesləri yaşandı. Ölkələrin çoxunun müstəqilliyi gözlənildiyi kimi olmadı. İşğal edən ölkələr istədikləri şəxsləri həmin ölkələrin rəhbərliyə gətirdilər. Bununla da xalqına zülm etdirə bildilər. Xalq ilə rəhbərlik arasında başlayan döyüş terroru doğuran səbəblər içərisində əhəmiyyətli bir yer tutur.
İslam ölkələrinin dünya ilə rəqabətə girişməsini istəməyən ölkələr daxildə aktiv insanlarını ələ alır, terrorçu qruplara əl altından yardım etməklə xaos mühitini davamlı dəstəkləyirlər. Beləcə özünə bağlı iqtidara daha rahat nəzarət edə bilirlər. Bunun yanında bəzən müasir mənada qanunun aliliyinə, insan hüquqlarına söykənən bir sistem qurulmadığı üçün rüşvətxor fərdlərlə terrora zəmin hazırladılar. Yəni, daxili və xarici səbəblərə görə İslam ölkələri terrora ən çox uğrayanlardır. Bu, İslam ölkələrinin taleyi deyil, bundan xilas olmaq asandır».
Aydın Mirzəzadə : “Hal-hazırda müsəlman ölkələri məhz bu problemlərdən azad olmaq yollarını axtarırlar”

Millət vəkili Aydın Mirzəzadə bildirir ki, müsəlman ölkələrinin əksəriyyətində hələlik cəmiyyətin təhlükəsizlik sistemi kifayət qədər mükəmməl qoruna bilmir:
aydın mirzazade
“Bu, onların uzun müddət əsarət altında qalması, müstəmləçilikdən yeni azad olması, eyni zamanda onların təbii sərvətlərinin transmilli şirkətlər tərəfindən istismar olması nəticəsində yaranıb. Hal-hazırda müsəlman ölkələri məhz bu problemlərdən azad olmaq yollarını axtarırlar. İslam Əməkdaşlıq Təşkilatının qarşısna qoyduğu məsələlərdən biri də bundan ibarətdir.
Müstəqillikdən maksimum istifadə edilməsi, təbii sərvətlərə özün sahib olmaq, sahibkarlığın inkişafı, beynəlxalq aləmdə özünün layiqli yerinin tutulması bu kimi məsələlər müsəlman ölkələri üçün aktualdır. Eyni zamanda dövlət-din münasibətlər sistemində dinin dövlətdən ayrı olması da vacib məsələlərdən biri hesab edilir”.

Qriqori Trofimçuk: “Təkcə onu xatırlamaq kifayətdir ki, son illərdə Liviyanın, İraqın neft yataqları Qərbin mülkiyyətinə keçib”
qrigori
Rusiyalı politoloq Qriqori Trofimçuk bildirdi ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı Prezidenti İlham Əliyev terrordan daha çox müsəlman ölkələri əziyyət çəkdiyini və İslamı terrorla eyniləşdirməməyi qeyd etdi: “Bununla bağlı qeyd etmək lazım gəlir ki, İslamın sülh dini olması barədə tezislər son illərdə daha aktiv şəkildə səslənir. Amma təəssüf ki, bu, həmin dinə qarşı yanaşmada qlobal tendensiyanın hələ də əsaslı şəkildə dəyişə bilməyib. İslam hələ də bu fonda təzyiq altından çıxmayıb. Amma bu təzyiq əsasən onunla bağlıdır ki, bir sıra müsəlman ölkələrində strateji təbii ehtiyatlar, enerji daşıyıcıları cəmlənib. Bu səbəbdən həmin ölkələrin baza idealogiyasına zərbə sözügedən ehtyiatların dünyanın digər güc mərkəzlərinin tabeçilyinə keçməsinə şərait yaratmaq iqtidarındadır. Təkcə onu xatırlamaq kifayətdir ki, son illərdə Liviyanın, İraqın neft yataqları Qərbin mülkiyyətinə keçib. Bu məqsədlərə çatmaq üçün də terror aktları müsəlman ölkələrinin özündə törədilir. Belə aksiyaların da məqsədi odur ki, həmin ölkələrdə ictimai-siyasi, sosial vəziyyət gərginləşsin və bu dövlətlərlə istədiklərini etmək asanlaşsın”.

mubarizbayramov
Mübariz BAYRAMOV
http://www.movqe.az/78971.html

Yorumlar