KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Soruları bitməyən Zəngəzur dəhlizi

Hasan Oktay: Soruları bitməyən Zəngəzur dəhlizi

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
71 0

Hasan Oktay: “Zəngəzur dəhlizi, yaxud Türkiyə-Azərbaycan-Ermənistan üçlüyünün əməkdaşlığı Rusiya və İranı avtomatik olaraq kənarda qoyur”

Rusiya İran üzərindən Zəngəzur dəhlizini əngəlləməyə çalışır”

Qarabağ müharibəsində qazandığımız şanlı qələbədən sonra regionda yaranmış yeni reallıq və postmüharibə dövrünün ən önəmli məsələlərindən biri Zəngəzur dəhlizidir. Bu dəhliz hələ sovet dövründə aktual məsələ olsa da, Ermənistan rəhbərliyi elə o dövrdə də bu dəhlizin açılmasına mane olmuşdu. Azərbaycanın regionda yaratdığı mövcud vəziyyət isə bu dəhlizin açılmasını artıq reallığa çevirib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza qeyd edib ki, Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər:

“Bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq “Böyük Ermənistan” mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər”.

Ümumilikdə qeyd etmək lazımdır ki, regionda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin qurulması sülh şəraitinin formalaşmasına təkan verəcək başlıca amillərdir. Ermənistan siyasi rəhbərliyi də illərdir Ermənistanı yuvarladıqları iqtisadi uçurumun dibindən qurtarmaq üçün Azərbaycanın diktə etdiyi reallıqları qəbul etməyə məcburdurlar. Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler bildirib ki, atəşkəs sazişi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkil olunmasına imkan verəcək dəhlizin açılmasını nəzərdə tutur və orada həqiqətən bərpası mümkün olan dəmir yolu mövcuddur: “Amma Ermənistan Zəngəzur dəhlizindən keçməyən daha uzun dəmiryol marşrutunun açılmasında təkid edir. Bu marşrut daha uzun vaxt aparacaq, eyni zamanda onun bərpası və təmiri daha baha başa gələcək”. Onun sözlərinə görə, daha əvvəl Türkiyənin BOTAŞ enerji şirkəti Naxçıvanla Ermənistan sərhədində iri zavodun tikintisində maraqlı idi: “Əgər bu məqsəd üçün Ermənistanın cənub hissəsində boru kəməri tikmək mümkün olsaydı, bu, iqtisadi inkişafa ethiyacı olan bölgədə emal kompleksinin tikintisi sayəsində yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdi”.

Ekspertlərə görə, Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək. Eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq. Bununla yanaşı, bu dəhlizin reallaşması region üçün vacibdir. Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək. Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil.

Dəhlizlə bağlı “Şərq”ə danışan türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Zəngəzur koridorunun açılmasının zərurət olduğunu çıxış etdiyi bütün platformalarda dilə gətirib. Professor bildirib ki, dəhlizlə bağlı anlaşma mətni mediaya tam açıqlanmadığı üçün proses bir ilə qədər yubadıldı: “Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq.

Çünki tərəflər arasındakı hansısa yekun razılaşma orada əks olunan müddəaların qarşılıqlı icrası ilə mümkündür. Laçın dəhlizi açıq olduğu müddətcə, onunla paralel böyük siyasi-iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi də işlək olmalıdır. Ermənistan tərəfi Rusiya və İranın yanaşmasını əsas götürərək bir az ləng və istəksiz davranır. Ancaq koridor məsələsi daha çox uzanmamalıdır. Bir il vaxt kifayət qədər böyük zamandır və artıq səbrimiz yoxdur”.
Professor vurğulayıb ki, İranın son günlər Azərbaycana qarşı aqressiv yanaşması, təhdidləri məhz Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün idi: “Ermənistan rəsmiləri ilə İran təmsilçiləri arasındakı təmaslar Təbriz-İrəvan-Batum avtomobil və dəmir yolunun reallaşmasına xidmət edirdi. Zəngəzur dəhlizi isə İranın bu layihəsinin önündəki ən böyük əngəldir. Hazırda Azərbaycan Naxçıvanla əlaqəsini İran üzərindən həyata keçirir. Ancaq Zəngəzur dəhlizi işə düşəndən sonra İran dövriyyədən çıxır. Tehran rejimi bu imkanı da əlindən vermək istəmir. Zəngəzur dəhlizi, yaxud Türkiyə-Azərbaycan-Ermənistan üçlüyünün əməkdaşlığı Rusiya və İranı avtomatik olaraq kənarda qoyur. O səbəbdən Rusiya İran üzərindən Zəngəzur dəhlizini əngəlləməyə çalışır”.

İsmayıl Qocayev
https://sherg.az/siyaset/179475

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.