KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Separatçıların münaqişə yaratmaq cəhdində Rusiya izi: Kreml hansı bəhanəni axtarır?

Hasan Oktay: Separatçıların münaqişə yaratmaq cəhdində Rusiya izi: Kreml hansı bəhanəni axtarır?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
210 0

Separatçıların başçısı Araik Artyunyan yenə də eyni xarakterlə – terrorçu xisləti ilə çıxış edib. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib. Baş separatçının bu açıqlaması açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar.

Məsələyə münasibət bildirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Publika.az-a açıqlamasında deyib ki, işğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsi nəticəsində Rusiyanın nəzarəti altında tələsik imzalanan 10 noyabr sülh müqaviləsi bölgədəki problemləri həll edə bilmədi:

“SSRİ dağılarkən Rusiyanın əsas planı Cənubi Qafqazda qalmaq idi. Bunun üçün də Qarabağ problemini yaratdı. Bu gün hələ də Azərbaycanla Ermənistan arasında tez-tez münaqişə yaşanır. Bu da Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmasına səbəb olur. Problemin çıxılmaz vəziyyətə düşdüyünü görən Ermənistan Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olduğunu bildirərək məsələni Rusiya-Azərbaycan üzərinə çevirdi. Rusiya Ukrayna böhranı ilə məşğul olarkən, digər tərəfdən də Qarabağ üzərində nəzarəti əldən verməmək üçün intensiv mübarizə aparır”.

Politoloqun sözlərinə görə, noyabrın 10-da imzalanan sazişdəki Laçın dəhlizi məsələsi Rusiyanın Qarabağ bölgəsində işlərini asanlaşdırmaq üçün düşünülsə də, zaman keçdikcə problemə çevrildi:

“Azərbaycan öz ərazisi daxilində beynəlxalq problemin yaranmasının qarşısını almağa çalışır. Bəzi qüvvələr Araik Artyunyan vasitəsilə bu problemi süni şəkildə artırmağa çalışır. Azərbaycan diplomatiyanı səfərbər etməklə yanaşı, hərbi güc variantını da masada saxlayır. Araik təxribatçı hərəkəti ilə münaqişənin yolunu açmağa çalışır. Münaqişə olarsa, Rusiya bölgədə qalma müddətini uzatmaq üçün bəhanə tapacaq. Azərbaycan öz ərazisində nəzarətdən kənar strukturların olmasına imkan vermək istəmir. Bu məqamda Azərbaycanın əlini gücləndirəcək bir razılaşmaya ehtiyac var. Təbii ki, bu da sülh müqaviləsinin bağlanmasıdır”.

Aysel Şahmar
https://publika.az/news/nida_tehlil/466390.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir