KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “Sadəcə, o, indi gedən prosesləri daha yaxşı anlamaq, müşahidə etmək üçün səssizliyə qapılıb

Hasan Oktay: “Sadəcə, o, indi gedən prosesləri daha yaxşı anlamaq, müşahidə etmək üçün səssizliyə qapılıb

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
293 0

PKK lideri, hazırda ömürlük məhbus həyatı yaşayan Abdullah Öcalan sanki unudulub. Hətta hər zaman kiçik xırda hadisələrə belə yer verən Türkiyə mediası son aylarda “Apo”ya heç diqqət ayırmayıb.

Türkiyədə kürd separatizmini dayandırmaq üçün ortaya atılmış “həll prosesi” (2015-ci ildə dayandırıldıqdan sonra ümumiyyətlə Öcalanın adı unudulub. Türkiyə hakimiyyəti 2015-ci ilin yayında “həll prosesi”ndən imtina edib və PKK-ya qarşı silahlı antiterror əməliyyatları başlayıb. Bundan sonra Türkiyə ordusu ölkənin cənub-şərq rayonlarında böyük əraziləri PKK-dan azad edib. Hazırda isə Türkiyə ordusu həm ölkənin cənub-şərq rayonlarında dağlarda, həm də İraq ərazisində PKK mövqelərini vurur.

Ancaq bütün bu prosesdə Öcalan demək olar ki, kölgədə qalıb. Halbuki daha öncə, yəni təxminən 20 il ərzində Öcalan həm PKK-nın əsas lideri kimi, həm də kürd siyasi qüvvələrinin təyinedici gücü kimi qəbul olunub. Hökumət onunla danışıb, bəzən hökumət təmsilçiləri, bəzən də HDP-nin nümayəndə heyəti həbsxanaya gedərək Öcalanla görüşüblər. Və Öcalan PKK-nın atəşkəs elan etməsində həlledici söz sahiblərindən biri olub. Ancaq indi görünən odur ki, PKK özü də indi Öcalanı lider kimi təqdim etmək istəmir.

Dr. Hasan OKTAY

Hasan Oktay

Ankarada yerləşən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Öcalan həbs olunduqdan sonra da uzun illər terror mövzusunda önəmli liderlərdən biri olaraq qalıb: “Xüsusən də AKP-nin 16 illik iqtidarı dövründə Öcalan davamlı olaraq hökumətin terror mövzusunda danışıqlarda əsas tərəf müqabili olub. Xüsusən də 7 iyun 2015-ci il seçkilərində HDP-nin 80 deputat yeri qazanaraq parlamentə girməsi Türkiyədəki siyasi nizamı alt-üst etdi. Xüsusən də bu dönəmdə kürdlər üzərindən siyasət aparan bəzi qüvvələr xüsusən də Öcalanı kənarda qoyaraq yeni bir siyasi sistem yaratmağa cəhd etdi”.

H.Oktay deyir ki, məhz bu dövrdə PKK-nın “həll prosesi” dövründə Türkiyənin cənub-şərq rayonlarında “yerli özünüidarə” yaratması, hətta mərkəzi idarəçilik institutlarını formalaşdırma cəhdləri vardı. Ancaq Türkiyə hökuməti sonunda bu planın baş tutmasının qarşısını aldı, PKK-nın qurmağa çalışdığı özünüidarə institutları və terror şəbəkəsinə qarşı silahlı mübarizə başladıldı. Nəticədə bu sistem çökdürüldü. H.Oktay deyir ki, həm də 7 iyun seçkilərindən sonra baş verənlər AKP-nin təkbaşına iqtidar olması prosesinin qarşısını aldı: “7 iyun seçkilərindən sonra hökumət qurulmadı və MHP sədri Dövlət Baxçalının səyləri nəticəsində noyabrın 1-də növbədənkənar seçkilər təyin olundu. 1 noyabr seçkilərində isə MHP səslərini artırdı, eləcə də AKP təkbaşına hökumət qura bilmədi. Bununla da həm də AKP və HDP-nin birgə apardığı ”açılım prosesi” sıradan çıxdı. Eyni zamanda kürdlər üzərindən taktika quraraq siyasi oyunlar oynamaq istəyən Qərb ölkələrinin planları pozuldu. Bu baş verənlər zamanı əksər proseslərdə APO əsas oyunçulardan biri kimi səhnədə idi. ancaq bundan sonra kürd siyasi separatizminin arxasındakı qüvvələr Öcalanın yerinə səhnəyə HDP həmsədri Səlahəddin Dəmirtaşı çıxardılar”.

Hasan Oktayın fikrincə, Öcalanın tamamən kürd siyasi elitasından çıxdığını, mövqeyini itirdiyini demək olmaz. Sadəcə o, öz zamanını gözləməyə çalışır: “Bu prosesdə isə Öcalan siyasi kürd hərəkatı ilə əlaqələrini dayandırdı, yalnız regionda baş verənləri izləməyə başladı. Eyni zamanda Öcalan bu prosesdə həbsxanada olmasına baxmayaraq mütəmadi olaraq qohumları və vəkilləri ilə görüşür, təsiri altında olan qüvvələri idarə etməyə çalışır. Hazırda Türkiyədə kürd hərəkatının əsas lideri Öcalan olaraq qalır. Sadəcə o, indi gedən prosesləri daha yaxşı anlamaq, müşahidə etmək üçün səssizliyə qapılıb”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir