KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Hasan Oktay: Rusiya-Ukrayna müharibəsi: Gürcüstan nədən ehtiyat edir?

Hasan Oktay: Rusiya-Ukrayna müharibəsi: Gürcüstan nədən ehtiyat edir?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
337 0

2008-ci il hadisələrindən və Ukrayna böhranından sonra Avropa İttifaqı genişlənmə prosesinə daha təmkinli yanaşır. Hazırda Gürcüstanla təşkilat arasında münasibətlərdə ciddi mənada çəkingənlik yaşanır. Rusiya təsirindən başqa, Gürcüstan müxalifətinin də təşkilatdan gözləntilərinin yüksək olması da bu çəkingənliyin əsas səbəblərindəndir.

Bu sözləri Yenipress.az-a Aİ-Gürcüstan münasibətləri və ölkə daxilində baş verən proseslər haqqında açıqlamasında Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay deyib. Professorun sözlərinə görə, Gürcüstan müxalifəti ölkənin Rusiyanın növbəti hədəfinə çevrilməsindən çəkindiyi üçün belə davranır:

“Ölkədə müxalifət partiyaları xalqla birlikdə mitinq keçirərək, hökumətdən daha aktiv olmasını və konkret addımlar atmasını tələb edir. Avropa Komissiyası 23-24 iyunda Gürcüstan, Ukrayna və Moldovanın üzvlüyə namizədliyi ilə bağlı qərar vermək üçün yenidən toplanacaq. 24 iyunda həm də Tiflisdə müxalifətin növbəti mitinqi olacaq. Ukrayna və Moldovaya namizəd statusunun verilməsini, Gürcüstanın məsələsinin isə sonra yenidən dəyərləndirilməsini tələb etdiklərini qeyd edən Ursula fon der Leyen isə hər şeydən öncə Tiflisdə siyasi konsolidasiyaya nail olmanın vacibliyini vurğulayıb. Hər üç ölkəyə namizəd statusunun verilməsi üçün 23-24 iyunda keçiriləcək Aİ Liderlər Zirvəsində üzvlərin hamısının razılığı əldə edilməlidir. Baş nazir İrakli Qaribaşvili ölkəsinin təşkilata sürətli şəkildə qatılması üçün müraciət ərizəsini 3 martda imzalayıb. Ukrayna müharibəsi bir çox dövlət kimi Gürcüstanı da təhlükəsizlik barədə daha ciddi düşünməyə vadar edir. Ortada ziddiyyətli vəziyyət var. Aİ yaxasını kənara çəkərək, Tiflisə daha məsafəli davranır, Gürcüstan müxalifəti isə Ukraynadan sonra ölkələrinin Rusiyanın hədəfinə çevrilməkdən ehtiyat edir və təşkilatın zirehinin altına girmək istəyir”.

Söhrab İsmayıl
https://yenipress.az/news/4892/rusiya-ukrayna-muharibesi-gurcustan-neden-ehtiyat-edir-turk-professor?fbclid=IwAR1hale9NXx8QkcYMBVt39_FXG31o_fkci6crYBBO5hVrqCR1i4zhTiYzAU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir