KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiya sistemi çökdüyünü və bu məntiqlə işləməyəcəyini etiraf etməlidir

Hasan Oktay: Rusiya sistemi çökdüyünü və bu məntiqlə işləməyəcəyini etiraf etməlidir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
15 0

Azərbaycan mülki təyyarəsi Qroznı üzərində Rusiya müdafiə sistemi tərəfindən atılan raketlə vurulub. Rusiya rəsmiləri səhvən belə bir hadisə baş verən andan təyyarənin təhlükəsiz enişinə kömək etmək əvəzinə, Xəzər dənizinə düşməsi üçün simptomları aradan qaldırmağa üstünlük veriblər. Təyyarəni idarə edən pilotların böyük uğuru sayəsində sərnişinlərin çoxu təyyarənin sərt enişi zamanı həlak olsa da, bir çox sərnişin sağ qalıb”.

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay bildirib:

“İlkin xəbərə görə, Azərbaycandan havaya qalxan sərnişin təyyarəsi duman səbəbindən Qroznı hava limanına enə bilməyib. Sonra duman səbəbindən yaxınlıqdakı heç bir hava limanına enə bilməyib və Xəzər dənizinin o tayında Qazaxıstana göndərilən təyyarə Aktau hava limanına yönəlib. İlk dəqiqədən təyyarənin bu hava limanına enişinin müxtəlif səbəblərdən yubandığı məlum olub”.

Türkiyəli ekspert qeyd edib ki, Rusiya mətbuatında bunun bir müddət əvvəl Qroznı hava limanına pilotsuz təyyarə hücumu həyata keçirən Ukrayna tərəfindən həyata keçirildiyi iddia edilib. Başqa bir tərəfdən sadəcə inandırmaq üçün təyyarənin quş sürüsünü vurduğu iddia edildi. Lakin Aktau hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin quyruğundakı dəliklərin təyyarəyə kənardan müdaxilə olunduğunu açıq şəkildə nümayiş etdirdikdən sonra hamı məsələyə təyyarənin raket hücumunun qurbanı olması tezisi ilə yanaşdı.

H.Oktay buna bənzər hadisənin İranın müdafiə sisteminin işə salınması zamanı Tehran hava limanında da baş verdiyni xatırladıb.

Ekspert hesab edir ki, hadisəni adi bir qəza kimi izah etməkdənsə, Rusiya sistemi çökdüyünü və bu məntiqlə işləməyəcəyini etiraf etməlidir:

“Rusiyanın 1991-ci ildə Sovet İttifaqı olaraq parçalanması və indi də postsovet kimi tanınan rejimin süqutunun şahidiyik. Rusiya rejiminin uzun illər Ermənistan vasitəsilə Azərbaycana çəkdirdiyi əziyyəti bu fonda yenidən davam etməsi olduqca düşündürücüdür.
Rusların Cənubi Qafqazdan çıxmamaq və Türküstan üzərindəki basqısını davam etdirmək üçün yürütdüyü siyasətin iflas etdiyini artıq bütün Türk dünyası görür. Təyyarənin qara qutusu açılandan sonra nə baş verdiyi tam ortaya çıxacaq. Təyyarədə qəza baş verən zaman pilotun hava limanları ilə qurduğu təmaslar, danışıqları, rusların davranışları ortaya çıxdıqdan sonra məsələ daha da aydınlaşacak.
1979-cu ildə İran inqilabının Orta Doğuya, Sovet sisteminin isə insanlığa çəkdirdiyi zülümlərin fonunda 1991-ci ildə sovetlerin qismən dağılması, 2024-cü il təyyarə hadisəsi Rusyada və İranda sistem deyişikliyini gərçəkləşdirəcək”. /hafta.az/

T.Qafarlı
https://versus.az/article/az/49913

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir