KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiya qorxur, amma türk cümhuriyyətlərini də qorxutmağa çalışır“

Hasan Oktay: Rusiya qorxur, amma türk cümhuriyyətlərini də qorxutmağa çalışır“

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
292 0

Türkiyənin Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayın “Yeni Sabah”a müsahibəsi:

– Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) XİN rəhbərlərinin onlayn toplantısı başlayır. Gündəmdə əsas məsələ Qazaxıstandır. Bu ölkədə baş verən verən hadisələr haqqında ilkin bəyanata nisbətən ikinci bəyanat daha kəskin ola bilərmi?

– Bu suala ətraflı cavab vermək üçün ilk növbədə Türk Dövlətləri Təşkilatının funksiyasını nəzərdən keçirmək lazımdır. TDT Türk dünyası arasında mədəni fəaliyyətləri yeni bir çərçivədə təşkil edən bir orqandır. Yəni TDT Türk dövlətləri arasında təhlükəsizliyi təmin edən orqan deyil. Ona görə də TDT-nin sabahkı toplantısına bu kontekstdən baxılmalıdır.

TDT-nin Qazaxıstan hadisələri haqqında ilk bəyanatı həm ictimaiyyətə, həm də administrasiyaya bərabər münasibət göstərən xarakter daşıyırdı. Bununla belə, TDT-nin ilk açıqlaması ilə bu gün verəcəyi açıqlamalar arasındakı müddətdə vəziyyətin nisbətən sabitləşməsi TDT-nin münasibətində də özünü göstərəcək.

Təşkilat ilk növbədə, Qazaxıstanın suverenliyini vurğulayacaq, qarşıdurmanı pisləyəcək və qanuni idarəçiliyə dəstəyi açıq şəkildə ifadə edəcək. Ona görə də, TDT-nin toplantısı Qazaxıstana və Qazaxıstan administrasiyasına etimadın təzələnməsi xarakteri daşıyacaq. Bu çərçivədə TDT xarici işlər nazirləri humanitar yardım və s. təkliflər irəli sürəcək.

– Rus mediası, xüsusən rus politoloqların KTMT hərbi kontingentinin Qazaxıstana müdaxiləsi ilə “Böyük Turanın qarşısı alındı” tezisini son günlər kütləvi şəkildə tirajlamağa başlayıblar. XX əsrin əvvəllərində dəbdə olmuş pantürkizmlə mübarizənin yenidən gündəmə gətirilməsi ilə Türkiyəyə mənfi siqnal göndərilirmi?

– Qazaxıstanda baş verən hadisələrin qalibi, şübhəsiz, Rusiya oldu. Onların sülhməramlı missiya ilə bölgəyə daxil olma imkanı var idi. Əvvəlcə say 3 min idisə, bu gün bölgəyə daha çox rus əsgərinin göndərildiyi bildirilir. Bundan başqa, Rusiyanın bölgədə sülhməramlı qüvvə adı altında yerləşdirdiyi silahların xarakterinə də diqqət yetirmək lazımdır. Normalda sülhməramlıların ağır silahları olmur. Bununla belə, Rusiya bölgəyə ağır texnika yerləşdirməyə davam edir. Bu baxımdan deyə bilərik ki, Rusiya Qazaxıstanda daimi “məskunlaşır”.

Rusiyanın Qazaxıstanda daimi mövcudluğu Orta Asiyanın ən qüdrətli dövləti olan Qazaxıstanın, dolayısıyla Türk dünyasının təsirini məhdudlaşdırmaq deməkdir. Ona görə də, Rusiya indiki şəraitdə Qazaxıstan vasitəsilə Türk dünyasının birləşməsini pozmağa müvəffəq olub.

– Qazaxıstan həm də Suriya münaqişəsinin nizamlanması üzrə Astan prosesinin mərkəzidir. Hazırda bölgədə antitürk ritorikanın cövlan etməsi ilə yanaşı, İranda da Vyana danışıqları çərçivəsində anti-Rusiya meylləri güclənir. Belə bir təzadlı vəziyyət Türkiyə və İranı Astana prosesində Rusiyaya qarşı vahid cəbhədə biləşdirə bilərmi?

– Astana prosesi, əsasən, Türkiyə ilə Rusiyanın təmas platformasıdır. Astana bu danışıqlara sadəcə ev sahibliyi edir. Vyana nüvə danışıqları və Astana prosesi bir-birindən fərqlidir. İran və Rusiya Suriyada müttəfiq olsalar da, aralarında böyük problemlər var. İran və Türkiyənin Astan açərçivəsində birgə fəaliyyət göstərməsinin böyük geosiyasi və teosiyasi maneələri var.

Qazaxıstanda baş verən hadisələrə qayıtsaq, Rusiyanı təhdid etdiyi üçün Kreml böyük təlaş keçirir və bunu Türkiyə əleyhinə çevirməklə bərabər, türk cümhuriyyətlərini qorxutmağa çalışır.

Rafi MÜSLÜMOV

https://yenisabah.az/turk-ekspert-kreml-boyuk-telas-kecirirve-turk-cumhuriyyetlerini-qorxutmaga-calisir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir