KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiya Qarabağı qeyri-rəsmi olaraq işğal edib

Hasan Oktay: Rusiya Qarabağı qeyri-rəsmi olaraq işğal edib

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
249 0

“Rusiyanın 10 noyabr razılaşmasından dərhal sonra Qarabağa “Sülhməramlılar” adı ilə qoşun yeritməsi bizim daha əvvəldən izah etməyə çalışdığımız məsələ ilə bağlıdır. Əgər Rusiya Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulmasının qarşısını almaq istəyirdisə, onun əməli cavabı Ermənistan-Türkiyə sərhədində olduğu kimi rus əsgərlərinin müdafiəsi olmalı idi. Amma Rusiya Qarabağı demək olar ki, qeyri-rəsmi olaraq işğal edib. Rusiya mütəmadi münasibətləri qızışdırmaqla Qarabağda qalmasını uzadır”.

Bu barədə bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildiirb. O, deyib ki, “Xocalı” soyqırımı kimi tarixin ən böyük rüsvayçı hadisəsinin arxasında dayanan əsl səbəb Rusiyanın Xocalı vasitəsilə sovet İttifaqını tərk edən türk tayfalarının, dövlətlərinin, şüuraltına psixoloji olaraq buxov vurmaqdır.

Onun sözlərinə görə, erməni tərəfinin ən böyük cinayəti 200 ildir ki, Rusiya ilə birgə hərəkət etməkdən qaynaqlanan səbəb-nəticə əlaqəsi ilə bu gün çatdıqları məqamdır.

“Ermənilər az qala özlərini Rusiyanın regionda cinayət aləti kimi görürdülər. Onlar Xocalı qətliamını, Qarabağın dağlıq hissəsinin və 7 rayonun işğalını Rusiyanın adından bölgədəki təhülkəsizlik qüvvələri kimi həyata keçiriblər. Təbii ki, buna görə, ermənilər ən böyük cəzanı çəkiblər və bundan sonra da çəkəcəklər”-deyən politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu 200 illik taleyi məcrasını dəyişmək üçün 44 günlük Qarabağ müharibəsindən sonra yenidən baş nazir oldu və yeni səhifə açmağa çalışır. H. Oktayın fikrincə, qarşıdakı dövrdə erməni kilsəsi Paşinyanı müqəddəs elan edə bilər. Xocalı qətliamı rusların sifarişi ilə ermənilər tərəfindən həyata keçirilib, bu reallıqdır. Rusiyanın postsovet strategiyasının mühüm məqamlarından biri olan problemlər vasitəsilə regionda öz effektivliyini saxlamaq taktikası saat mexanizmi kimi işləyirdi.

Amma bu gün xüsusən də Ukrayna böhranından sonra Rusiya bu prossesi idarə etmək iqtidarında deyil.

İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/443656.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir