KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiya öz ordusunun Azərbaycanda qalma müddətini uzatmaq istəyir

Hasan Oktay: Rusiya öz ordusunun Azərbaycanda qalma müddətini uzatmaq istəyir

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
271 0

Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prossesində birbaşa iştirakını dəstəkləyib.

Bundan sonra Fransa Brüssel danışıqlarında iştirak etməyəcək və onun yerini Türkiyə tuta bilər. Türkiyənin Brüssel görüşlərində iştirakı tez bir zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. 2020-ci il 44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan bütün danışıqlarda sülh müqaviləsi ilə razılaşdığını bildirsə də, görüşlər başa çatdıqdan sonra Rusiyanın təzyiqi altında başqa siyasət həyata keçirir. Bu isə sülh müqaviləsinin imzalanmasının gecikməsi ilə nəticələnir. Sülh müqaviləsi yoxdursa, müharibə hələ davam edir deməkdir.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr bəyannaməsinin mətnində əslində Türkiyə yer almaq istəyirdi. Ən azından hazırda Qarabağın dağlıq hissəsində yerləşən Rusiya sülhməramlılarının arasında Türkiyənin də olması gözlənilirdi.

“İndi bölgədə meydana çıxan hadisələrə baxdığımızda görürük ki, Rusiya sülməramlı silahlı ordusunun Azərbaycan torpaqlarınıda qalma müddətini uzatmaq üçün xüsusi fəaliyyət göstərir.

Türkiyə sülhməramlılar arasında yer alsaydı, “Bəyannamənin şərtləri həyata keçirildi, sülhməramlılar artıq vəzifəsini bitirdi”deyərək, Rus əsgərlərinin Qarabağdan çıxmasını təmin edə bilərdi. Amma indi Rusiya hərbçiərinin mandatının müddətinin uzadılmasından söhbət gedir”,- deyə Hasan Oktay bildirib.

Politoloq Türkiyənin Brüssel görüşünə qatılması məsələsinə şərh verərkən qeyd eidb ki, burada Fransanın yerinə Türkiyənin olması Türkiyənin Cənubi Qafqazda sülh və sabitlik mövzusunda daha istəkli olması səbəbindən öz nəticəsini verəcək. Politoloq hesab edir ki, hazırda Fransa və Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmir. Bu istəksizlik qarşısında Türkiyənin açıq və konkret mövqeyi ortaya gələrsə, gözlənilən tarixi hadisə reallaşar.

“Hazırda Azərbaycan İran və Qarabağa görə Rusiya ilə ciddi bir gərginlik dövrü yaşayır. Bu gərginlik ancaq Türkiyə məsələlərə qarışarsa, normallaşa bilər. Hazırda Qərb tərəfindən Rusiya və ya İran ilə kiçik həcmli də olsa, müharibə ssenarisinin təməli hazırlanır. Türkiyə hər zaman Azərbaycanı qoruyur, müdafiə edir. Azərbaycan da diplomatiya və beynəlxalq münasibətlər arenasında atacağı addımları Türkiyə ilə birlikdə atmalıdır”,- deyə H.Oktay vurğualyıb.

Politoloq bildirir ki, Türkiyə tarixi keçmişi və dövlət təcrübələrini hər sahədə Azərbaycana əks etdirmək, yönləndirmək istəyir. Azərbaycan bu tarixi keçmişdən bəhrələnərək bölgədə daha da çiçəklənən, inkişaf edən bir dövlət olmaq fürsətini əldən buraxmamalıdır.

“Laçındakı aksiyalar, Brüsseldəki görüş və İran-Azərbaycan gərginliyi Türkiyənin müdaxiləsi ilə Azərbaycanın lehinə nəticələnəcək”,- deyə politoloq bildirib.

P.S. Türkiyə Azərbaycanın sözün əsl mənasında böyük qardaşıdır. Azərbaycan qarşılaşdığı çətinliklər, təhdidlər fonunda hər zaman Türkiyənin dəstəyini hiss edib. Türkiyə də heç zaman Azərbaycanı tək buraxmayıb. Brüssel görüşlərində Türkiyənin iştirakı sülhü tezləşdirəcək. Çünki bölgədə sülhün bərqərar olması Türk Dünyası üçün də böyük əhəmiyyət daşıyır. Sülh müqaviləsi imzalanarsa, bundan Ermənistan da faydalana biləcək. Əgər “qardaşları” İran və Fransa, himayədarı Rusiya imkan verərsə, təbii ki!?

İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/434235.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir