KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qarabağda münaqişə yenidən alovlana bilər

Hasan Oktay: Qarabağda münaqişə yenidən alovlana bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
267 0

“Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin beynəlxalq münasibətlər tarixinin ən çox bir-birilə görüşən liderləri olaraq bu gün Soçidə yenidən görüşürlər. 17 gün əvvəl Tehranda gerçəkləşən “Üçlü Zirvə”də Türkiyə gözlədiyini əldə etməyib. Soçi görüşündən yeni nəticələr gözlənilir”.

Bunu Bakupost.az-a Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq dr. Həsən Oktay deyib.

O, Soçi görüşündə Suriya məsələsinin önəmli mövzulardan biri olduğunu diqqətə çatdırıb:

“Tehran zirvəsinə gedərkən Türkiyənin ən önəmli mövzusu Şimali Suriyadakı terror təşkilatlarının artan fəaliyyəti, Türkiyəyə qarşı mümkün terror hərəkətlərinin qarşısını almaq üçün rəsmi Ankaranın Suriyada əməliyyat aparması müzakirə mövzusu idi. İran tərəfi bu əməliyyata qarşı çıxıldığı üçün gözlənilən nəticəni almaq olmayıb. Amma iyulun 7-də Rusiya Xarici İşlər naziri Lavrov Türkiyəyə gəlib. Burada da Türkiyənin Suriyada aparacağı əməliyyat mövzusu gündəmə gəlib. Rusiya tərəfi məsələyə yaxşı baxmadığını ifadə edib. Bu açıqlamalar isə terror təşkillatlarının fəaliyyətini artmasına şərait yaradıb. Ona görə də Soçi görüşündə Prezident Ərdoğan digər məsələlərlə bərabər Suriya məsələsini də Putinlə müzakirə edəcək. Bu görüşdə Türkiyənin arzu etdiyi bir nəticə olmasa belə, mövcud hadisələri nəzərə alaraq Türkiyə Suriya əməliyyatını gündəmdə saxlayacaq”.

Həsən Oktay liderlərin taxıl dəhlizilə bağlı məsələnin də müzakirə edəcəklərini deyib:

“Taxıl dəhlizinin rahat işləyə bilməsi, müdaxilə olunmaması üçün Putin və Ərdoğan arasında detallı müzakirələr olacaq. Burada Putinin xüsusilə üzərində dayandığı mövzu taxıl daşıyacaq gəmilərin Ukraynaya silah daşıma riskidir. Həmçinin Rusiya daim limanlara döşənən minalardan bəhs edirdi. Gördü ki, Ukrayna artıq minaları təmizləyib və limandan problemsizə çıxa bilirlər. Rusiyanın həmin təmizlənən ərazilərdən istifadə edib Ukrayna sahillərini işğal etmək təhlükəsi də var. Ərdoğan Putinə taxıl dəhlizlərindən Ukraynaya qarşı istifadə etməməsini istəyəcək. Hazırda Türkiyə dünya ilə Rusiya arasında çox önəmli vasitəçi rolunu gerçəkləşdirir. Türkiyə NATO ölkəsidir. Bütün Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq etsə də, Türkiyə bu sırada yer almadı. Bu da Rusiyanın Türkiyədən açılan nəfəs borusu deməkdir. Əgər Rusiya bu nəfəs borusunu bağlasa, önümüzdəki günlərdə çox mürəkkəb hadisələr baş verə bilər”.

Politoloq hesab edir ki, son günlər Qarabağda baş verən hadisələr də lidelərin gündəmində olacaq:

“Türkiyə Azərbaycanla Şuşa bəyannaməsi imzalayıb. Həmin bəyannamənin maddələrinə baxanda görərik ki, Azərbaycan çətin vəziyyətə düşdüyündə Türkiyənin dəstək olacağı göstərilir. Gərginliklər önümüzdəki zamanda Cənubi Qafqazda yeni bir münaqişə ehtimalını daha çox ortaya çıxarır. Soçidə bunlar danışılıb, gərginlik azaldıla bilir. Çünki ermənilərin 10 noyabr 2020-ci ildə imzalanan bəyannamənin bəzi maddələrini yerinə yetirmədiyini görürürk. Xüsusilə Qarabağdan qeyri-qanuni silahlı birləşmələrin çıxarılması baş verməyib. Əgər ermənilər bu bəyannamənin şərtlərinə əməl etməyərək, yenidən təxribatlara davam edərsə, önümüzdəki günlərdə bölgədə yeni bir münaqişə ola bilər”.

Fərid
Baku Post

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir