KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Qərb Rusiya ərazisində sui-qəsdlər edə bilər

Hasan Oktay: Qərb Rusiya ərazisində sui-qəsdlər edə bilər

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
287 0

Rusiya ilə Ukrayna arasındakı vəziyyət getdikcə beynəlxalq böhrana çevrilir.

Bu sözləri Axar.az-a Rusiyanın taxıl sazişindən çəkilməsini şərh edən Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay deyib.

Professor xatırladıb ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Qara dənizin Sevastopol sahilində rus gəmilərinə doqquz PUA və beş insansız dəniz texnikası ilə hücum təşkil edildiyini açıqlayıb:

“Rusiya bu məsələdə Britaniyanı günahlandırıb. Həmçinin Ukraynada xidmətdə olan ingilis kəşfiyyatçıların Şimal Axını-2 kəmərinə təxribat cəhdi etdiyini bildirilib”.

H.Oqtayın sözlərinə görə, Ukrayna taxıl dəhlizi vasitəsilə 10 milyard dollar gəlir əldə edəcəkdi:

“Digər tərəfdən yeni biçilən məhsulun yığılması üçün anbarlar boşalacaqdı. Rusiya taxıl sazişindən çəkilməklə həm Kiyevin bu gəliri əldə etməsinə, həm də dünya bazarına məhsulun ötürülməsinə mane oldu”.

Professor qeyd edib ki, Krım körpüsü vurulandan sonra Rusiya Ukraynaya aktiv şəkildə raket hücumları təşkil etdi və İrandan alınan dronlarla ölkənin demək olar ki, bütün infrastrukturunu hədəf aldı:

“Bundan sonra ABŞ B-52 və F-16 döyüş təyyarələri ilə nüvə başlıqlı bombaların da atıldığı təlim keçirdi. Sözügedən təlim Krım körpüsünün vurulması ilə Rusiyanın nüvə silahından istifadə riskinə ABŞ-ın qabaqlayıcı xarakterli cavabı idi. İndi İngiltərənin adının daha çox hallandığı Sevastopol hücumu ilə toqquşma sahələrinin daha da genişlənmə ehtimalı var. Münaqişənin Ukrayna sərhədlərindən kənara çıxması nüvə böhranını da özü ilə bərabər gətirə bilər. Bununla yanaşı tərəflər arasında sülh masasının qurulmasında və taxıl sazişinin imzalanmasında vasitəçi olan Türkiyə yeni vəziyyəti və şərtləri yenidən gözdən keçirərək diplomatik səylərini ciddi surətdə artırmalıdır. Çünki öz sərhədlərini keçən atışmalar istər-istəməz Türkiyəyə də təsir göstərəcək. Rusiya müdafiə naziri Sergey Şoyqunun üç yüz min rus əsgərinə Ukrayna müharibəsinə qatılmaq üçün təlimlərin keçirildiyini açıqlamasından sonra bəhs etdiyimiz hadisələrin baş verməsi bu qış tərəflər arasında şiddətli döyüşlərin olacağını göstərir. Qərb bütün imkanlarından Ukraynada Rusiyanı dayandırmaq üçün istifadə edəcək. Hətta Qərbin həmlələri bununla məhdudlaşmayacaq. Rusiyada hakimiyyət çevrilişinə və sui-qəsdlərin təşkilinə cəhdlərin olması da mümkündür”.

Söhrab İsmayıl

https://axar.az/news/gundem/686804.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir