KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qərb və NATO Putinsiz Rusiyaya hazırlaşır

Hasan Oktay: Qərb və NATO Putinsiz Rusiyaya hazırlaşır

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
304 0

Xüsusilə enerji böhranı Putinə mənfi təsir göstərəcək və Putinsiz Rusiya prosesi başlayacaq”

“Ərdoğan, İ.Əliyev, N. Paşinyan danışıqları üçtərəfli razılaşmaya çevrilərsə, bu, Ermənistanın KTMT-dən çıxmağını sürətləndirəcək”

“Yaxın 5 ildə İran, Rusiya və Çində sistem dəyişikliyi olacaq. Əsasları Praqada qoyulacaq”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
Türkiyəli ekspert bildirib ki, hazırda Ukrayna böhranı Rusiya Prezidenti Vladimir Putini dünya balansında sıxışdırıb:

“Əgər Azərbaycan Prezidenti İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda problemlər həll olunsa, Rusiya-İran ittifaqı sıradan çıxsa, Cənubi Qafqazda türk dünyasının təməl daşı yerinə oturacaq.

Ərdoğan hələ də Putin üçün şansdır. Həmin şansı davam etdirmək üçün Praqa görüşünün nəticəsini gözləyəcək. Qərb və NATO Putinsiz Rusiyaya hazırlaşır. Xüsusilə enerji böhranı Putinə mənfi təsir göstərəcək və Putinsiz Rusiya prosesi başlayacaq.

Ərdoğan, İ.Əliyev, N. Paşinyan danışıqları üçtərəfli razılaşmaya çevrilərsə, bu, Ermənistanın KTMT-dən çıxmağını sürətləndirəcək. Təxribatlar davam edərsə, Putin bölgədə qala bilmək üçün Ermənistan-Azərbaycan sərhədlərini rus əsgərlərinin qorumasını gündəmə gətirəcək.
Bundan əlavə, Putinin Ukraynadakı işğal zonalarını ilhaq etməsi Qarabağda müəyyən problemlər yarada bilər”.

Qeyd edək ki, bu gün Praqada Avropa Siyasi Birliyinin (ASB) sammiti keçirilir. Sammit çərçivəsində dünya liderləri Moskvaya Rusiyasız yeni dünya nizamının axtarışı barədə siqnal göndərəcəklər. Birliyin ilk iclasında 44 ölkənin, o cümlədən Aİ-yə üzv olan 27 dövlətin, həmçinin Azərbaycan, Ermənistan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrin liderləri iştirak edəcəklər.

Aygün Tahir
https://sherg.az/aktual/208227

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir