KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Qərb Türkiyə ilə 100 il əvvəlki hesabı qapatmaq istəyir?

Hasan Oktay: Qərb Türkiyə ilə 100 il əvvəlki hesabı qapatmaq istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
264 0

Bu gün “Beştepede” Türkiyə Nazirlər Kabinetinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında Yunanıstanın Egey dənizində Türkiyəyə qarşı əks mövqeyi fonunda başlayan davranışları müzakirə olunacaq.

“Anadolu” agentliyinin Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla verdiyi məlumata əsasən, Aralıq dənizində Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən Türkiyənin patrul təyyarəsinə hücum olunub: “Yunanıstan Hərbi Hava Qüvvələri NATO-nun Aralıq dənizi bölgəsində təhlükəsizliyi təmin etmək üçün “Sea Guardian” missiyası çərçivəsində Türkiyə patrul təyyarəsinin qarşısını almağa cəhd edib. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin silahlı olmadığını vurğulayıb. Nazirlikdən bildirilib ki, Yunanıstan tərəfinin hərəkətlərinə cavab verilib”.

Məlumat üçün bildirək ki, Türkiyə-Yunanıstan münasibətləri Türkiyənin Milli İstiqlal Mübarizəsindən bu yana gərgin olaraq qalmaqdadır. Mübarizənin tarixinə gəlincə isə, Böyük Britaniyanın himayədarlığı ilə yunanlar Anadolunu işğal etdikdən sonra, bəzi Qərb dövlətləri Yunanıstan vasitəsilə keçmiş Osmanlı İmperiyasına qarşı əks cəbhə açmış oldular. Milli mübarizənin qəhrəmanları Mustafa Kamal və onun silahdaşları yunanların hücumlarını dəf etdilər. Zəifləmiş Osmanlı İmperiyasının süqutunu elan edərək bu gün dünyanın ən güclü dövlətləri sırasında olan Türkiyə Cümhuriyyətini qurdular.

Türkiyəli siyasi ekspert Hasan Oktayın sözlərinə görə, Avropa və Qərbin Türkiyəyə qarşı forpost kimi istifadə etdiyi Yunanıstan hər fürsətdə Türkiyə əleyhinə bəyanatlar verir: “Yunanlar arxasında duran güclərə güvənərək bu açıqlamaları verdikləri üçün Türkiyəyə hücum etməkdən çəkinirlər və bir müddət sonra işlər yoluna düşür. Ancaq Türkiyə bu hadisələri çox yaxşı gördüyü və nəticə çıxardığı üçün Yunasıtanla baş verən böhran son zamanlarda daha da şiddətlənə bilər. Yaxın günlərdə Türkiyədə prezident seçkiləri olacaq. Ola bilər ki, Qərb Türkiyə hakimiyyətinin bu seçkilərə hazırlaşdığını bilərək ortalığı qarışdırmağa çalışacaq. Təbii ki, Türkiyənin də səbr kasası dolmaq üzrədir. Türkiyə ordusu Yunanıstan ordusundan müqayisə olunmayacaq dərəcədə güclüdür.

Ərdoğan qısamüddətli qarşıdurma da olsa, Yunanıstanda mübarizə aparmaq riskini gözə ala bilər, amma burada belə bir vəziyyət var. Rusiya Ukraynaya qarşı müharibə apararkən bir həftəyə nəticə əldə edəcəyinə ümid edirdi, amma Rusiya-Ukrayna müharibəsi hələ də davam etməkdədir. Bu mənada Avropa və NATO-nun Yunanıstana gizli dəstək göstərməklə 100 il əvvəl Yunanıstan üzərindən Türkiyə ilə açdığı hesabı qapatmaq və Türkiyəyə dərs vermək istəyi ola bilər, amma bunun nə Türkiyə, nə də Avropaya heç bir xeyri olmayacaq”.

Leyla Şah
https://moderator.az/read/548782

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir