İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

Hasan Oktay: “Qərb İran-Ermənistan əlaqələrini də nəzərdən keçirəcək”

Gündem 16 Mart 2019
56

“Bu mənada yaxın gələcəkdə İran-Ermənistan əlaqələrində bir geriləmənin olacağını gözləmək mümkündür”
Ötən ayın sonunda Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfəri və bu zaman baş verənlər İran-Ermənistan münasibətləri ilə bağlı müzakirələri yenidən alovlandırıb. Qeyd edək ki, Azərbaycanda geniş yayılmış fikir ondan ibarətdir ki, məhz İranın Ermənistanla sərhədləri açıq saxlaması, ticarət və iqtisadi sahədə əməkdaşlığının olması düşmən ölkəni xilas edib.

Məsələ ondadır ki, uzun illər Azərbaycan Ermənistanı təcrid etməyə çalışır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı bir sıra regional enerji və nəqliyyat layihələrindən kənarda saxlayır. Üstəlik Türkiyə kimi Türkiyə kimi İran da Ermənistanla sərhədlərini bağlayarsa Ermənistan iqtisadiyyatı tənəzzül edə və ölkə sülhə məcbur ola bilər.

Və təbii ki, bu mövqeni Azərbaycan hökuməti dəfələrlə rəsmi tribunalardan bəyan edib və İran rəhbərlərinin də diqqətinə çatdırıb. Ancaq İran hakimiyyəti Ermənistanla əlaqələrini dayandırmır. Tehran açıq və ya üstüörtülü şəkildə Ermənistanla əlaqələrinin olmasına özünün də ehtiyacının olduğunu etiraf edir. Eyni zamanda qonşusu ilə əlaqələri tamamilə dayandırmaq istəmədiyini vurğulayır. Nəhayət İran rəsmiləri medianın dili ilə digər qonşu ölkələrin, o cümlədən Gürcüstan və Türkiyənin də Ermənistanla əlaqələrinin mövcud olduğunu xatırladır.

İran Ermənistanla əlaqələrini məhdudlaşdıra bilərmi? Əgər bu olarsa, həqiqətən də münaqişənin həllinə təsir edərmi? Bu suallarla Ankarada fəaliyyət göstərən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktaya müraciət etdik. H.Oktay deyir ki, İran-Ermənistan əlaqələri yalnız Ermənistan üçün deyil, həm də İran üçün lazımlıdır: “İran-Ermənistan əlaqələri xüsusən də İrana qarşı tətbiq olunan embarqo səbəbindən ciddi mənada inkişaf edib. İrana qarşı embarqonu Tehranın böyük ölçüdə həm də Ermənistan üzərindən yardığı da ”Wikileks” sənədlərində üzə çıxmışdı. İran bir tərəfdən Qərb dünyasına qarşı müqavimət göstərdiyi halda, digər tərəfdən Qərbin bölgədəki forpostu rolunu üzərinə götürən Ermənistanla ticarət əlaqələrini artırmaqla bir mənada ziddiyyətli vəziyyət yaradır.

İran bunu bir mənada “savaş həm də hiylədir” deyiminə uyğun olaraq həyata keçirir. Eyni zamanda Qərb də Ermənistan üzərindən İranın içinə sıza bilirdi. Xüsusən də son bir ildə Qərbin Ermənistan üzərində təsirini artırması İran-Ermənistan əlaqələrini də nəzərdən keçirməsinə səbəb olacaq. İran bir tərəfdən Qərbə qarşı müqavimət göstərdiyi halda digər tərəfdən zərurətdən Ermənistanla yaxşı əlaqələr qurmasının cəzasını çəkə bilər”.

H.Oktay deyir ki, proseslər bu cür davam edəcəyi halda İran Ermənistanla əlaqələri zəiflədə bilər: “İran-Ermənistan əlaqələri islam dünyasında və türk dünyasında ciddi mənada tənqid olunur və artıq Tehran bu məsələdə itirdiyini anlayır. Bu mənada yaxın gələcəkdə İran-Ermənistan əlaqələrində bir geriləmənin olacağını gözləmək mümkündür. Belə olarsa bu, Ermənistanda ciddi bir böhrana səbəb ola bilər. Bu halda İrəvan böhranın daha da dərinləşməməsi üçün Azərbaycanla münaqişəni həll etmək üçün danışıqlar masasına qayıda bilər. bu baxımdan indi Ermənistan baş naziri Nikol Paşinyanın hərəkətlərini yaxından izləmək lazımdır. Görünən odur ki, Ermənistan baş naziri son zamanlarda çox ciddi diplomatik görüşlər silsiləsini davam etdirir və Qarabağ münaqişəsi məsələsində bir yumşalma və sakitləşdirici bir xətt tutmağa çalışır. Baxmayaraq ki, Ermənistanın içərisində olduğu siyasi proseslər və hətta yarana biləcək böhran daxili və xarici siyasətdə qeyri-sabitlik istər-istəməz baş naziri bəzi məsələlərdə müdaxiləçi davranmağa sövq edir”.

Eyni zamanda ekspertin fikrincə, indi həddən artıq həssas məqam yaranıb, münaqişənin sülh yolu ilə həll imkanı yaranıb: “Azərbaycanın bütün diqqəti Ermənistanın daxili və xarici siyasətdəki həmlələrinə çevirib Qarabağda yeni bir savaşa səbəb vermədən münaqişənin diplomatik və sülh yolu ilə həll edilməsi üçün lazım olan addımları atmasına ehtiyac var. Savaş son vasitədir. Əlbəttə savaşı da gözardı etmək olmaz. Ancaq dünyadakı proseslər göstərir ki, bu günlərdə Ermənistan baş naziri həm çox çətin vəziyyətdədir, həm də bu çətinliyi aşmaq üçün gözləniləndən çox və ya fərqli bir yolla hərəkət edəcək kimi görünür”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar