KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Putinin Türkiyəyə gəlişində hansı gizli məqamlar var?

Hasan Oktay: Putinin Türkiyəyə gəlişində hansı gizli məqamlar var?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
213 0
Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Mersindəki Akkuyu AES-ə yanacaq yükləmək üçün Türkiyəyə gələ bilər, bu barədə Ərdoğan bildirib. Putinin Türkiyəyə səfəri hansı məqsəd daşıya bilər və bu Ukrayna məsələsinə necə təsir edə bilər? 
Xatırladaq ki, Ukraynada sülh üçün Ərdoğan dəfələrlə Türkiyədə görüş təşkil edib. Son açıqlamasında Ərdoğan “Ukrayna-Rusiya  danışıqlarını İstanbulda yenidən bərpa etmək niyyətindəyik”,- deyə bildirib.
Məsələ ilə bağlı Ednews-a danışan Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirib ki, mayın 14-də Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri təkcə Türkiyə üçün deyil, dünya üçün də çox önəmlidir. Qərb və Rusiya bu seçkilərin nəticələrinə görə, Türkiyənin tutacağı mövqe və münasibətə olduqca maraqlıdır.
“Son 3 ayda kifayət qədər yaxşı olan Türkiyə-Rusiya münasibətlərində soyuqluq iddia edilsə də, Putinin Türkiyəni Avropaya nəql olunacaq qaz mövzusunda əhəmiyyətli bir mövqeyə gətirərək qərb qarşısında ölkəmizi yanında tutmağa çalışması açıq görülür. Qərb tərəfdən də seçkilər prosesi izlənilir. Türkiyənin rəftarının Ərdoğanın seçkidə davam edəcəyi, digər tərəfdən isə Qərbin müxalifətə daha yaxın mövqe sərgilədiyi deyilir. Türkiyənin, Finlandiya və İsveçin müxtəlif səbəblərdən NATO-ya üzvlüyü ləngitməsinin Qərb tərəfindən qəbuledilməz olduğu səbəbilə İstanbul başda olmaqla bir çox konsulluq bağlanmışdı. Dövlətin NATO-ya daxil olma münasibəti ən mühüm səbəb idi. Əslində, Türkiyə bu mövqeyə aydınlıq gətirdikdən sonra Rusiya tərəfindən bir qədər təkbaşına buraxıldı. Rusiya üçün NATO-nun Rusiyaya doğru irəliləməsinin həm də NATO dövləti olan Türkiyə tərəfindən əngəllənməsi böyük uğur kimi qiymətləndirildi. Ancaq Türkiyə bu məsələdə Qərbin münasibətinə qarşı Rusiyanın münasibətini formalaşdırmağa çalışdı”.
Politoloq söhbət əsanasında qeyd etdi ki, əslində, bu xəbərlər zaman-zaman təkzib edilsə də, bu fikir ictimaiyyətə daha qabarıq şəkildə çatdırılıb. Rusiya isə Ərdoğanın seçkilərdə uduzması ehtimalını nəzərə alaraq müxalifəti araşdırmağa başlayıb.
“Rusiyanın Türkiyədəki mətbuat nümayəndələri vasitəsilə ciddi ictimai rəy sorğusu aparılıb. Qərbin Ərdoğanın seçkilərdə qalib olması tezisindən çıxış edərək müxalifətə daha yaxın durması, müxalifətin Qərblə təmasları nəticəsində bir az da önə çıxması Rusiyanı narahat edirdi. Bir tərəfdən Ərdoğanın NATO ilə bağlı mövqeyi Rusiyanı narahat edirsə, digər tərəfdən də müxalifətin qalib gəlmə ehtimalı Putini hərəkətə keçməyə məcbur edib. Ərdoğan seçkilərdə qalib gəlmək üçün Qərbin dəstəyini almaqla, daha sonra Rusiya ilə yaxşı münasibətləri bərpa etməklə bu seçkilərdə qalib gəlmək istəyir”.
Oğuz
https://m.ednews.net/az/news/politics/584445-putinin-turkiyeye-gelisinde-hansi-gizli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir