KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: NATO-ya baş katiblik niyə türklərə həvalə olunmur?

Hasan Oktay: NATO-ya baş katiblik niyə türklərə həvalə olunmur?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
38 0

NATO qurulduğu gündən indiyə qədər heç bir türk baş katib olmadı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin direktoru Hasan Oktay söyləyib.

Ekspertin sözlərinə görə, bütün bunlar Türkiyəni düşündürməyə bilməz. Ona görə də NATO üçün Türkiyədən güzəştli addımların da bir həddi olmalıdır.

Hazırkı məqamda Türkiyənin irəli sürdüyü iddia edilən şərtlər arasında F35 sisteminin istifadəsinə təkrar geri dönmək, F16 ilə bağlı uyğulanan embarqonun qaldırılması, Rusyadan alınan S 400 mövzusunda NATO-nun münasibətinin dəyişdirilməsi var:

“Bununla yanaşı İsveç və Finlandiyanın Türkiyəyə qarşı terror təşkilatlarına vermiş olduğu dəstəyin dərhal sonlandırılması isə irəli sürülən ən əsas şərtdir”.

Hasan Oqtay qeyd edib ki, Türkiyənin bəzi tarixi səhvlərdən də nəticə çıxarıb. Ona görə də digər ölkələrin NATO-ya üzvlük məsələsində daha təmkinli davranacağını bildirib:

“1980-ci ildə Yunanıstanın NATO-ya girməsi ilə bağlı Qərbin sakit davranış göstərməsi Türkiyənin daha sonrakı proseslərdə ciddi problemlərlə qarşı-qarşıya qalmasına səbəb oldu. İndi Türkiyə NATO üzərindən bazarlıq edən qərb dünyasının Türkiyəyə tətbiq etdiyi ikiüzlü siyasətlərinin dəyişməsini təmin etmək istəyir”.

Leyla Şah, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.