KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: NATO-nun bu sammitinin əsas gündəmi Ukrayna böhranı

Hasan Oktay: NATO-nun bu sammitinin əsas gündəmi Ukrayna böhranı

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
159 0

Ərdoğanın ABŞ səfəri: NATO sammitində nələr müzakirə olunacaq? –

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçiriləcək NATO ölkələri sammitində iştirak etmək üçün iyulun 9-11-də ABŞ-a səfər edəcək. Sammitdə nələr müzakirə olunacaq? Gələcək perspektivlər nədir?

KAFKASSAM sədri, politoloq Hasan Oqtay məsələ ilə bağlı Ednews-a danışıb. O, görüşdə NATO-nun genişlənməsi, Çinin Avropada artan rolu kimi məsələlərin müzakirə olunacağını deyib:

hI5PDxz9YkVZPF3awLA9.jpg

“Hər il mütəmadi olaraq NATO liderlərinin sammitləri keçirilir. İyulun 9-11-də ABŞ-da keçiriləcək sammit, bəlkə də Amerika prezidenti Baydenin qatılacağı sonuncu NATO sammiti olacaq. Bu sammitdə Türkiyə Respublikasının Prezidenti Ərdoğan da iştirak edəcək. Ərdoğan-Putin görüşü iyulun 5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində baş tutdu. Burada İstanbul sülh masasının vurğulanması və noyabrda Amerikada keçiriləcək seçkilərə qədər Ukraynada sülhün əldə olunub-olunmayacağı məsələsi NATO-nun mühüm gündəm bəndləri arasında olacaq. Ərdoğan NATO üzvü kimi Putinlə ən çox görüşən liderdir. Bunu üstünlüyə çevirmək üçün NATO ilə Putin arasında vasitəçi rolu Ərdoğanın üzərinə düşür.

NATO-nun Ukrayna ilə bağlı mövqeyi bəllidir: işğalçı Rusiyanı bölgədən çıxarmaq, Ukraynanı Avropa İttifaqı və NATO-ya üzv etmək. Bunun baş verməsi üçün ilk növbədə Rusiya ilə sülh əldə edilməlidir. 3 ildən artıqdır ki, davam edən Ukrayna böhranına Rusiya perspektivindən baxıldıqda Trampın seçilməsi Rusiyaya ciddi qazanc gətirəcək. Bayden isə seçilərsə, Amerika NATO-ya daha da bağlanacaq, Avropa Rusiyaya qarşı daha müqavimətli olacaq, onun fikrincə, o, ciddi bir mövqe tutacaq və Rusiyanı bölgədən uzaqlaşdıracaq. Bu gərginlik şəraitində NATO-nun bu toplantısı diqqət çəkəcək və Ərdoğan Bayden görüşü də yaxından izləniləcək. NATO-nun bu sammitinin əsas gündəmi Ukrayna böhranı və NATO-nun genişlənmə planları ilə formalaşacaq Çinin gələcəyi olacaq”.

Əkbər Novruz
https://ednews.net/az/news/politics/669011-erdoganin-abs-seferi-nato-sammitinde

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir