KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Hasan Oktay: Münaqişənin yenidən alovlanmasında Rusiya maraqlıdır”

Hasan Oktay: Münaqişənin yenidən alovlanmasında Rusiya maraqlıdır”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
32 0

Son günlər Erməni mətbuatında Azərbaycan-Ermənistan arasında yeni müharibənin başlayacağı ilə bağlı fikirlər yer almaqdadır. Artıq Qarabağ ətrafındakı ermənilər də qorxuya düşərək evlərini tərk etməyə başlayıblar. Sirr deyil ki, bu xəbərlərin sürətlə yayılmasının arxasında hansısa qüvvələrin maraqları var.

“Əvvəla, noyabrın 10-da imzalanan sazişin heç bir bəndi Ermənistan tərəfindən yerinə yetirilmədi. Sərhəd məsələlərində irəliləyiş olmadı və 3 ildən sonra müqaviləyə əsasən Rusiya dağlıq Qarabağdan çəkiləcək. Rusiyanın bölgədə mövcudluğunu gecikdirəcək yeganə məsələ atəşkəs pozuntularının, hətta aşağı intensivlikli müharibənin davam etməsidir”.

Bu fikirləri Bizim.Media-ya Türkiyədə yaşayan siyasi ekspert Hasan Oktay söyləyib. Ekspertin fikrincə, erməni mətbuatında tirajlanan bu ideya erməni müxalifəti və Rusiyanın əli ilə gündəm olur:

“Rusiya diqqətləri Ukrayna üzərindən Qafqaza çəkmək istəyir. Amma bir şeyi bilmək lazımdır ki, əgər yenidən müharibə baş verərsə, Ermənistanın məğlubiyyəti qaçılmazdır və strateji planda Rusiya da uduzacaq”.

Ekspert bildirib ki, məsələyə Türkiyə və Azərbaycan nöqteyi-nəzərindən baxanda isə onun faydalı və zərərli tərəfləri kifayət qədər müxtəlifdir:

“44 günlük müharibədən sonra gözlənilən sülh əldə olunmadığından Türkiyə ilə Azərbaycan arasında keçid yaradıla bilmədi, yəni Zəngəzur dəhlizi açılmadı. Yeni bir müharibə başladığı təqdirdə Zəngəzur dəhlizi məsələsi tamamilə sıradan çıxa bilər. Bundan başqa, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə, Rusiyapərəst qüvvələrin hakimiyyəti ələ götürmək şansı yaranacaq”.

Hasan Oktay düşünür ki, hazırki vəziyyətdə belə bir gedişat arzu olunan deyil. Ona görə də Türkiyə Qafqazda sülhün bərqərar olması üçün əlindən gələni edir:

“Ankara əvvəlcə altı tərəfli təklif irəli sürdü, sonra bunu Ermənistan-Türkiyə münasibətlərinə də daxil etdi. Türkiyə bütün bu prosesi Azərbaycanla daim məsləhətləşərək aparır”

Azərbaycan-Ermənistan arasında imzalana biləcək yekun sülhün böigədə yaratdacağı imkanlardan danışan ekspert söyləyib ki, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə arasında əldə olunacaq sülh regionun bütün dövlətlərinə fayda verəcək:

“Cənubi Qafqazdakı problemləri danışıqlar yolu ilə, diplomatiyanın uğurlarına kölgə salmadan həll etmək lazımdır. Həm Rusiya, həm də İran Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırmasını, Ermənistan isə Azərbaycan və Türkiyə ilə üçtərəfli danışıqlarının başlamasını istəyir. Cənubi Qafqaza gələcək sülh məhz bu üçtərəfli görüşdən asılıdır. Əgər yaxın üç -dörd ay ərzində Azərbaycanla Ermənistan arasında münaqişə baş verməsə, Rusiya sülhməramlılarının bölgədə qalma səbəbi aradan qalxacaq. Məlumdur ki, bu müddət ərzində Rusiya istənilən halda Ermənistan və Azərbaycan tərəflərini təxribata çəkərək münaqişə yaratmağa çalışacaq ki, bölgədən uzaqlaşmasın”.

Leyla Şah, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.