KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Moskva razılaşması regiona sülh gətirməyib

Hasan Oktay: Moskva razılaşması regiona sülh gətirməyib

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
287 0

“Dağlıq Qarabağdan kənarda işğal olunmuş ərazilərin 44 günlük müharibədə azad edilməsindən sonra Ermənistanla münasibətlər ciddi şəkildə yaxşılaşıb. İlkin şərt olmadan Moskvada başlayan danışıqlar indi Vyanada davam etdiriləcək. Ola bilsin ki, Vyananın seçilməsi neytral zona olduğuna görədir və medianın diqqətini daha çox cəlb etmək üçün edilib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyənin Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay fevralın 24-də Vyanada baş tutacaq Türkiyə-Ermənistan görüşlərinin ikinci hissəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, birinci görüş, eləcə də, ikinci görüş və bundan sonra davam edəcək danışıqlar bütünlüklə Türkiyə-Ermənistan münasibətlərinə aiddir və mövzu Azərbaycanla yaxından bağlıdır:

“Əvvəla, tərəflər ilk görüşdən sonra xəbərin müsbət və mənfi tərəflərini yenidən qiymətləndirmək və daha sağlam zəminə doğru hərəkət etmək istəyəcəklər. 2009-cu il Sürix protokolları Türkiyə və Ermənistan üçün təcrübə idi. O dövrün şərtləri ilə indiki şərait fərqli olduğu üçün üstünlük daha böyükdür, amma yenə də bu danışıqların ləğvi ehtimalı olduğundan tərəflər heç bir ilkin şərt irəli sürmədən görüşü gündəmə gətirdilər ki, bu da əslində, yaxşı inkişafdır.

Türkiyə Ermənistanla münasibətlərini gündəmə gətirərkən, 44 günlük müharibə nəticəsində ortaya çıxan boz mənzərəni dəyişmək üçün bu addımı atıb. Çünki 10 noyabr razılaşması nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə olacaq nəticə verdi. Bəli, Azərbaycan mübahisəli Dağlıq Qarabağdan kənarda işğal olunmuş 7 rayonu azad edib, lakin Dağlıq Qarabağda vəziyyət hələ aydın deyil. Zəngəzur dəhlizi, deyəsən, açılmayacaq. Bu şərtlər daxilində “Sülh Korpusu” adı ilə Dağlıq Qarabağda yerləşən Rusiya sərhədlərdəki münaqişədən ən çox qazanc əldə edəcək, çünki sərhədlərdəki münaqişə yeni bir münaqişə riski yaradır. Bu şəraitdə qarşıdakı 30 ili münaqişədə keçirmək istəməyən Azərbaycan və Ermənistan Türkiyənin rəhbərliyi altında sülh zəminini tapmalıdır.

2009 Sürix protokollarından sonrakı hadisələrə münasibət bildirən mütəxəssis qeyd edib:

“Türkiyə 2009-cu ildə müəyyən çətinliklərlə üzləşib və Azərbaycanla Türkiyə arasında ciddi gərginlik yaşanıb. İndi bu gərginliyi yaşamamaq üçün Ermənistanla danışıqları davam etdirərkən, bunu Azərbaycanın xeyrinə çevirmək istəyir. Türkiyə 1991-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistanı birlikdə tanıyanda sərhəd qapılarını açıb. Lakin Laçının və digər 6 rayonun işğalı səbəbi ilə sərhəd qapıları bağlanıb. İndi işğal aradan qaldırılıb və Türkiyənin sərhəd qapılarını bağlamaq səbəbi ortadan qalxıb. Bu nöqtədə Türkiyə Ermənistanla sərhəd qapılarını açmalıdır. Lakin Türkiyə Ermənistanla hadisələri Azərbaycanın xeyrinə dəyişdirmək üçün danışıqları davam etdirir. İndi hadisələri dəyərləndirərkən, daxildə açılacaq imkanların daha çox olduğunu görmək lazımdır. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında baş verən hər bir münaqişə ilə Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvə adı altında qalma müddəti uzadılacaq. Bu, özlüyündə Türkiyə-Ermənistan münasibətlərinin niyə tez bir zamanda yaxşılaşmalı olduğunu göstərmək baxımından çox əhəmiyyətli bir mövqedir”.

“Ermənistanda mövcud hakimiyyətin keçmişdə Ermənistanı idarə edən “Qarabağ klanı”na qarşı üsyan etməsi Azərbaycanın yaxından izləməli olduğu məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıqlardan danışıb. İndi Türkiyə sülh adı altında Ermənistanı razı salmağa çalışarkən, həm Ermənistandakı, həm də Azərbaycandakı vəziyyəti nəzərə alan strategiya hazırlayır. Çünki Moskva razılaşması regiona sülh gətirməyib. Zəngəzur dəhlizi açılmır və Azərbaycan özünü tərk edilmiş hiss etmək riski ilə üz-üzədir. Türkiyə və Azərbaycanın maraqlarını ən yüksək səviyyədə saxlamaq üçün Ermənistanla sülh mütləqdir. Ona görə də, İstanbul və İrəvan arasındakı uçuşlar simvolik olsa da sınaqdan keçirildi”, – deyə ekspert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV
https://yenisabah.az/turk-ekspert-moskva-razilasmasi-regiona-sulh-getirmeyib

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir