KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Liderlərin Soçi görüşü: Tərəflərin ortaq məxrəcə gəldikləri məsələlər çoxdur, amma…

Hasan Oktay: Liderlərin Soçi görüşü: Tərəflərin ortaq məxrəcə gəldikləri məsələlər çoxdur, amma…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
190 0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında uzun müddətdir gözlənilən görüş baş tutdu. Danışıqlar ümumilikdə 3 saata yaxın davam edib.

Bakıvaxtı.az xatırladır ki, liderlər arasında ikitərəfli əlaqələr, regional məsələlər, “taxıl sazişi” və digər önəmli mövzular müzakirə predmeti olub. Türkiyə lideri “taxıl sazişi” ilə bağlı yeni təkliflərin olduğunu söyləyib. Rusiya rəhbəri isə müzakirələrin başlaması üçün sanksiyaların ləğvini tələb edib.

“Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli professor Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib ki, dünyada liderlər arasında ən çox görüşən, sıx təmasda olan rəhbərlər məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putindir.

Professorun sözlərinə görə, Türkiyə və Rusiya arasında ciddi problemlər olsa da, tərəflərin birgə müzakirə nəticəsində ortaq məxrəcə gəldikləri məsələlər çoxdur: “Ancaq Birləşmiş Millətlər Təşkilatının iclası öncəsi “taxıl sazişi” ilə bağlı gözlənti özünü doğrultmadı. Bu da əslində “taxıl anlaşması” ilə bağlı problemin həllinin nə qədər böyük olduğuna dəlalət edir. Nəzərə alaq ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsindən sonra dünyanın diqqəti Qara dənizdəki proseslərə yönəlib”.

Hasan Oktay: Birləşmiş Millətlər Təşkilatının iclası öncəsi “taxıl sazişi” ilə bağlı gözlənti özünü doğrultmadı

H.Oktay bildirib ki, Ərdoğan BMT-nin toplantısına qatılarkən əlinin güclü olmasını istəyirdi: “Lakin görünən odur ki, indiki məqamda toplantıdan gözlənilən nəticə çıxmayacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdad-Kiyev-Moskva-Tehran turu və görüşləri arzulanan nəticələr vermədi. O baxımdan Soçi müzakirələrinin də gözləntiləri doğrultmadığı qənaətindəyəm”.

Aydın Baxış
https://bakivaxti.az/az/posts/detail/liderlerin-soci-gorusu-tereflerin-ortaq-mexrece-geldikleri-meseleler-coxdur-amma-1693907008?fbclid=IwAR162yyfOTIukH6ObPiRvR8-F48HjVOH1V5CEGey1QGjS6BsEH5f9VZTJy8

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir